Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri



Yüklə 110,53 Kb.
səhifə1/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
  1   2   3   4   5   6   7   8   9   ...   41
Şifahi xalq ədəbiyyatı


ŞİFAHİ XALQ ƏDƏBIYYATI
(cavablar)

  1. Folklorun əsas xüsusiyyətləri.

Folklor xalq biliyi, xalq hikməti adı ilə tanınır. Bu termin 1846-cı ildə ingilis arxeoloqu Vilyam Con Toms işlətmişdir. Folklor kollektiv bilik və ənənədir. Hazırkı dövrdə bu termin dünyanın bir çox ölkələrində şifahi şəkildə yaşayan və nəsildən-nəsilə ötürülən xalq ənənəsini ifadə edir. Bəzi ölkələrdə isə folklor termini xalq ənənəsinin şifahi söz yaradıcılığı hissəsini ifadə edir.
Folklorun əsas xüsusiyyətləri bunlardır:
1.Şifahillik. Şifahi yaradıcılıq ənənədən ənənəyə, nəsildən-nəsilə, ustaddan şagirdə şifahi şəkildə ötürülür və onun varlığı və yaşaması ancaq bu şəkildə mümkün olur. Söyləyici şifahi şəkildə yaradır və şifahi şəkildə də söyləyir. Bununla yanaşı, söyləyici şifahi şəkildə öyrəndiyi mətni söyləyir. Mətnin söyləmə prosesində cilalanmasını da şifahi yaranmanın təzahür xüsusiyyətlərindən biri kimi götürmək olar.
2.Variantlaşma. Söyləyici mətni əzbər bilmir. O, mətni söyləyən zaman nəyisə unudur və nəyisə əlavə edir. Mətn onun şüurunda daha çox mətnin ideyası şəklində mövcud olur. Ona görə də mətn hər söyləmə zamanı yenidən qurulur, yenidən təşkil olunur. Hər bir yazıya alınmış mətnə onun mümkün variantlarından biri kimi yanaşmaq lazımdır. Folklor araşdırıcıları, məlum informasiyanı bir araya gətirmək üçün mövcud variantların hamısını öyrənmək məcburiyyətindədir.
3.Ənənəvilik. Ənənə heç bir müəllifə, heç bir söyləyiciyə məxsus olmayan xalq mədəniyyətinin mətnlər toplusudur. Buraya həm maddi, həm də mənəvi dəyərlər daxildir. Şifahi söz yaradıcılığı ənənəsi müxtəlif müstəvilərdən dəyərləndirilir: məzmun, rəmz, məcaz, struktur baxımından, komunikasiya üsuluna görə, Folklor mətnləri variantlaşarkən ənənənin çərçivəsindən kənara çıxa bilməz.
4.Foklor əsərlərinin müəllifi yoxdur. Onların müəlliflərini aşkarlamaq mümkün deyil. Ona görə ki, folklor ənənəvi düşüncənin məhsuludur, kollektiv bilikdir. Ancaq müəllifi olan folklor nümunələrinin olması faktdır. Bura nümunə kimi aşıq yaradıcılığından danışa bilərik. Aşıq yaradıcılığının folklor şifahi şəkildə yaranır, söylənir, nəsildən-nəsilə şifahi şəkildə ötürülür. Şifahi şəkildə deyildiyi üçün variantlaşır. Aşıq şeiri ənənəvi düşüncə əsasında yaradılır. Ənənəvi düşüncə isə kollektiv bilikdir.
5.Kollektivlik. Folklor kollektiv bilikdir. Yəni müəyyən xalqın mənsubları bu bilikləri bilir və onlara əməl edir. Fransız alimi A.Varanak folkloru “manifesti olmayan kollektiv bilik,nəzəriyyəsi olmayan praktika” şəklində izah etməsi təsadüfi deyil.Kollektivlik anlayışı həm də kollektiv yaradıcılığı ehtiva edir. Yəni çoxsaylı söyləyicilər folklor mətnini ifa etdikcə həm cilalanır, həm də variantlaşır.Şifahi yaradıcılıq prosesi bu şəkildə gedir.
6.Çoxünsürlülük. Folklor sinkretik səciyyə daşıyır. Onu yalnız yazılmış mətn əsasında dəyərləndirmək yetərli deyil. Folklor mətni auditoriyaya ünvanlanır. Bu zaman estetik təsir həm də onun səsləndirilməsindən və söyləyicinin jestlərindən alınır. Lirik folklorun ifası zamanı mətn-ritm və mətn-hava paralelliyi qoşa gedir. Buraya söyləyicinin jestlə bərabər ifa xüsusiyyətlərini və səsinin rəngini də əlavə etmək istərdik. Şifahi mətnin estetik mahiyyəti bütün bu komponentlərin kompleks şəkildə öyrənilməsi ilə ortaya çıxır.




  1. Yüklə 110,53 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin