Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


XIX əsrdə yaranmış folklor məktəbləri



Yüklə 110,53 Kb.
səhifə2/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   2   3   4   5   6   7   8   9   ...   41
Şifahi xalq ədəbiyyatı

XIX əsrdə yaranmış folklor məktəbləri;

Folklor yarandığı dövrdən etibarən inkişaf etmiş və hələ də etməyə davam edir. Folklorun öyrənilməsində müxtəlif dahilərin, alimlərin rolu böyükdür. Bununla yanaşı bəzi nəsəriyyələrə əsasən yaranan məktəblər də folklorun öyrənilməsində mühüm yer tutur. XIX əsrdə yaranmış folklor məktəbləri bunlardır: Mifoloji məktəb, Tarixi-coğrafi məktəb və Antropoloji məktəb.
Mifoloji məktəb: XIX əsrin I yarsında Almaniyada yaranmışdır. Əsasını qoyan F.Şellinq və mifologiyanı “təbii din” adlandıran A.Şlegel və estetikası olmuşdur. Milli mədəniyyətin kökləri qədim bütpərəst inanışlara gedib çıxır. Onlar öz araşdırmalarıında mifologiyanın, dilin və xalq yaradıcılığının sıx əlaqədə olduğunu əsaslanırdılar. Onlar folklora “xalq ruhu”nun kollektiv yaradıcılığının məhsulu kimi baxırdı. Müxtəlif xalqların folklorundakı oxşarlığı onlar bu xalqların təbiətə ümumi baxışları ilə izah edirdilər. Mifoloji məktəbi həm də “ari nəzəriyyəsi” adlandırırlar. Onlar qədim arilərin mifologiyasını, dilini və folklorunu bərpa etmək məqsədini qarşıya qoymuşdular.
XIX əsrin II yarısında mifoloji məktəbin Almaniyada A.Kun, V.Şvarts, İngiltərədə M.Müller, C.Koks kimi nümayəndələri ortaya çıxdı. Mifoloji məktəbin nümayəndələrinə görə, bütün nağıllar ən qədim dövrlərdə mif şəklində mövcud olub. Dünya xalqlarının nağılları arasında oxşarlıq isə hind-Avropa xalqlarının qohumluğu ilə bağlıdır. Məsələyə belə yanaşma həm Avropa, həm də M.Makarov, F.Buslayev, A.Afanasyev kimi rus alimlərinin əsərlərində özünü göstərir.
Tarixi-coğrafi məktəb. 1901-ci ildə Helsinkidə Folkorçuların Beynəlxalq federasiyası yarandı. Onun əsasını Kaarl Kron, K.Sidov və A.Olrik qoymuşdu. Onların əsərləri Folklorşünaslar Federasiyasının Nəşrlərində çap olunurdu. Bu təşkilat xüsusi metodoloji konsepsiya irəli sürdü və ona uyğun şəkildə də araşdırma apardı.
Onların araşdırmaları, adətən, konkret bir süjetin araşdırılmasına həsr olunurdu. Bu zaman, öncə, süjetin nömrələnmiş bütün variantlarının siyahısı tutulur. Material etnik prinsip üzrə paylanır, hər bir xalq üçün şifr müəyyən olunur. Daha sonra onlar süjeti təşkil edən motivləri tutuşdurub müqayisə edirlər və bütün hallar qeyd olunur. Burada məqsəd ondan ibarətdir ki, hansı formanın sıx şəkildə işləndiyini müəyyən etsinlər. Nisbətən sıx şəkildə işlənən formanı əsl və qədim hesab edirdilər. Sonda isə süjetin vətəni və onun tarixi öyrənilir. Elə ona görə də bu məktəb tarixi-coğrafi adı alıb.
B.Y.Propp bu məktəbi tənqid edərək göstərir ki, bütöv variantların yazıya alınmasına cəhd həmişə nisbi olur. Çünki zaman keçdikcə yeni mətnlər yazıya alınır və araşdırmadan alınan nəticə həmişə özünü doğrultmur. Müəllif fin məktəbini süjetlərin müxtəlif xalqlarda müstəqil şəkildə yarana biləcəyi və bir süjetin başqa süjetdən törəməsi ehtimalını nəzərə almamaqda günahlandırır. V.Y.Propp dünyanın əksər ölkələrində toplamanın zəif və ya heç aparılmadığını nəzərə alaraq toplanmış mətnlərin məsələnin əsl üzünü göstərmədiyini diqqətə çatdırır.

Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin