Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


T. Benfey və miqrasionizm



Yüklə 110,53 Kb.
səhifə5/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   2   3   4   5   6   7   8   9   ...   41
Şifahi xalq ədəbiyyatı

T. Benfey və miqrasionizm

Süjetlərin köçü haqqında fikirlər alman alimi T.Benfeyə qədər səslənmişdi. Ancaq T.Benfey bu məsələni ayrıca araşdırma predmetinə çevirdi. IV əsrə aid hind nağıl, təmsil, əhvalatlardan və s. ibarət “Pançatandra”nı 1859cu ildə alman dilinə çevirən T.Benfey 2 cilddən ibarət olan kitabın birinci cildini süjetlərin miqrasiyası ilə bağlı fikirlərinə həsr etmişdir. Benfeyin araşdırması Avropa folklorşünaslığının dönüş nöqtəsi sayılır. Müəllif öz təhlillərini köhnə bərpa metodu, sezmə, etimoloji yozumlar və tənqidi təhlil üsulu ilə aparır. O, bu araşdırmaların nəticəsində belə fikrə gəlir ki, Ezopun təmsillərindən başqa, “nağılların və hekayələrin” böyük bir hissəsi Hindistandan dünyaya yayılıb. T.Benfey göstərir ki, hind əsərləri Qərbi Asiyaya, oradan Afrikanın içərilərinə qədər yayılıb. Müəllifə görə, süjetlər Avropaya bir neçə yolla keçib:
1.Bizans vasitəsilə.
2.Afrika vasitəsilə İtaliya və İspaniyaya.
3.Üçüncü yol, müəllifə görə, daha mürəkkəbdir: süjetlər Hindistandan şimala və şərqə yayılır. Bu süjetlər bir tərəfdən Tailanda gedir. Eranın I əsrindən Buddizm vasitəsilə Tibetə və Çinə gedir. Tibetin sərhədlərini keçərək monqollar arasında yayılır. Monqollar ruslara, ruslar litva, çex və serblərə verir. Müəllif bu əsərlərin yaranmasını buddizmlə bağlayır və onların Budda təlimini yayma məqsədilə yarandığını söyləyir. Buddizm braxmanizm tərəfindən sıxışdırlandan sonra onlar başqa rəng almağa başlayır. Ona görə də T.Benfey bu nağıl və hekayələrdə buddizm izləri axtarmağa çalışırdı.
T.Benfeyin dünyanın bir çox ölkələrində, o cümlədən İngiltərədə, İtaliyada, Polşada, Rusiyada və s. ardıcılları olmuşdur. Miqrasionizm T.Benfeyin düşündüyü şəkildə olmasa da müasir folklorşünaslıqda bu və ya başqa şəkildə özünü göstərməkdədir.


6. Antropoloji məktəb
Antropoloji məktəb (XIX əsrin sonu-XX əsrin əvvəlləri): nümayəndələri bir-biri ilə iqtisadi, siyasi, mədəni bağı olmayan xalqların folklorunun bənzərliyini insanlığın ümumi təbiəti ilə əlaqələndirir. Onlara görə bu oxşarlıq tarixi inkişafın eyni mərhələsində duran xalqların psixoloji və düşüncə oxşarlığıyla ələlaqədardır. Onlar hər bir xalqın öz mədəniyyətini müstəqil şəkildə yaratmalarına inanırdı. Antropoloj nəzəriyyənin yaranması tarix elminin inkişafı və araşdırmaların genişlənməsi ilə bağlı idi. Nəticədə, Afrika, Cənubi Amerika, Avstraliya aborigenlərinin kültür materialları dövriyyəyə daxil oldu və onların oxşarlığını göstərdi və oxşarlığı xalqların qohumluğu ilə əlaqələndirən mifoloji məktəbi, süjet köçü şəklində izah edən miqrasionizmi fakt qarşısında qoydu. Bu mənada antroploji məktəb sözügedən bu iki məktəbə münasibətdə mütərəqqi hadisə sayılır. Onların düşüncəsinə görə, folklor əsərlərinin əsasında mif dayanır. Onlar bu nəticəyə gəldilər ki, bütün xalqlar mədəniyyətin ümumi mərhələlərini keçir. Bu dövrləri keçən xalqlar özündən əvvəlki dövrlərin qalıqlarını saxlayır. Bu nəzəriyyənin əsasını qoyan Edvard Taylordur (1832-1917). Endri Lanq (1844-1912) və Ceyms Frezer (1854-1912) onun ardıcıllarıdır. Sözügedən folklorşünaslıq məktəblərinin apardığı araşdırmaların və topladıqları nəhəng materialların dünya folklorşünaslığının inkişafında mühüm rol oynamışdır.


  1. Yüklə 110,53 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin