Antropoloji məktəb (XIX əsrin sonu-XX əsrin əvvəlləri): nümayəndələri bir-biri ilə iqtisadi, siyasi, mədəni bağı olmayan xalqların folklorunun bənzərliyini insanlığın ümumi təbiəti ilə əlaqələndirir. Onlara görə bu oxşarlıq tarixi inkişafın eyni mərhələsində duran xalqların psixoloji və düşüncə oxşarlığıyla ələlaqədardır. Onlar hər bir xalqın öz mədəniyyətini müstəqil şəkildə yaratmalarına inanırdı. Antropoloj nəzəriyyənin yaranması tarix elminin inkişafı və araşdırmaların genişlənməsi ilə bağlı idi. Onların düşüncəsinə görə folklor əsərlərinin əsasında mif dayanır. Sonda belə nəticəyə gəldilər ki, bütün xalqlar mədəniyyətin ümumi mərhələlərini keçir. Bu dövrləri keçən xalqlar özündən əvvəlki dövrlərin qalıqlarını saxlayır. Bu nəzəriyyənin əsasını qoyan Edvard Taylordur (1832-1917). Endri Lanq (1844-1912) və Ceyms Frezer (1854-1912) onun ardıcıllarıdır. Sözügedən folklorşünaslıq məktəblərinin apardığı araşdırmaların və topladıqları nəhəng materialların dünya folklorşünaslığının inkişafında mühüm rol oynamışdır.
Mifoloji məktəb
Mifoloji məktəb: Müəyyən elmi prinsiplərə söykənərək folkloru araşdıran məktəblərdən biri XIX əsrin I yarsında Almaniyada yaranan mifoloji məktəb idi. Onu ortaya çıxaran, əsas etibarilə, F.Şellinq və mifologiyanı “təbii din” adlandıran A.Şlegel və estetikası olmuşdur. Bu məktəbin yaranmasında xüsusi rol oynayan Y. və V. Qrimm qardaşları hesab edirdirlər ki, milli mədəniyyətin kökləri qədim bütpərəst inanışlara gedib çıxır. Onlar öz araşdırmalarıında mifologiyanın, dilin və xalq yaradıcılığının sıx əlaqədə olduğunu əsaslanırdılar. Onlar folklora şüursuz və şəxssiz “xalq ruhu”nun kollektiv yaradıcılığının məhsulu kimi baxırdı. Müxtəlif xalqların folklorundakı oxşarlığı onlar bu xalqların təbiətə ümumi baxışları ilə izah edirdilər. Bu məktəbi həm də “ari nəzəriyyəsi” adlandırırlar. Çünki onlar qədim arilərin mifologiyasını, dilini və folklorunu bərpa etmək məqsədini qarşıya qoymuşdular.
XIX əsrin II yarısında mifoloji məktəbin Almaniyada A.Kun, V.Şvarts, İngiltərədə M.Müller, C.Koks kimi nümayəndələri ortaya çıxdı. Mifoloji məktəbin nümayəndələrinə görə, bütün nağıllar ən qədim dövrlərdə mif şəklində mövcud olub. Dünya xalqlarının nağılları arasında oxşarlıq isə hind-Avropa xalqlarının qohumluğu ilə bağlıdır. Məsələyə belə yanaşma həm Avropa, həm də M.Makarov, F.Buslayev, A.Afanasyev kimi rus alimlərinin əsərlərində özünü göstərir.