Maliyyə hesabatının mahiyyəti:
Maliyyə hesabatı təşkilatın təsərrüfat proseslərinin dərk olunmasının
başlıca informasiya mənbəyidir. Mühasibat uçotu təşkilatın təsərrüfat-
maliyyə proseslərinin maliyyə hesabatının tələblərinə uyğun işlənməsində
özünəməxsus üsullardan istifadə edir və bu üsullar uçotun digər
növlərində tətbiq olunmur. Mühasibat uçotunda təsərrüfat faktlarının
qeydə alınmasının və ümumiləşdirilməsinin məntiqi davamı öz əksini
maliyyə hesabatında tapır. Uçot informasiyalarının işlənilməsinin və
maliyyə hesabatının göstəricilərinin formalaşması məntiqinin dərk
olunması, bütövlükdə maliyyə və idarəetmə qərarlarının qəbulu üçün çox
mühüm şərtdir. Müxtəlif ölkələrdə maliyyə hesabatları bütövlükdə eyni
mahiyyət kəsb etsə də onların tərtib olunması qaydası müxtəlifdir. Bəzi
ölkələrdə hesabatın tərtib olunması qaydası və prinsipləri, burada uçot
informasiyalarının açıqlanması, qanunvericilik səviyyəsində tənzimlənir.
Digər ölkələrdə isə bu məsələ ilə bilavasitə hesabatı tərtib edənlər məşğul
olur. Buna görə də iqtisadi fəaliyyət subyektləri tərəfindən tərtib olunan
hesabatlar həm özünün xarici görüşünə, həm də daxili məzmununa görə
fərqli ola bilər. Mühasibat uçotu və hesabatın milli sistemlərinin
harmonizasiyası üçün bir sıra ölkələrdə onların Beynəlxalq Satandartlara
uyğunlaşdırılması istiqamətində çox böyük işlər görülmüşdür. Şübhə
yoxdur ki, hesabatın tərtibinə xaotik yanaşma ilə müqaisədə onların
harmonizasiyası, bəzən də standartlaşdırılması biznes üçün əlverişli şərait
yaradır.
Mühasibat uçotunun son məhsulu dedikdə, maliyyə hesabatı başa
düşülür. 2005-2008-ci illər ərzində Respublika Maliyyə Nazirliyi
Kommersiya təşkilatları üçün 37, büdcə təşkilatları üçün 24 və qeyri-
hökumət təşkilatları üçün 1 Milli Mühasibat Uçotu Standartları
hazırlamışdır. Həmin standartlar respublikanın uçot və hesabat
praktikasında 2008-ci ildən etibarən tətbiq olunmağa başlanılmışdır.
Maraqlı istifadəçilərin ümumi ehtiyaclarını ödəmək üçün mühasibat
uçotunda aşağıdakı informasiyalar formalaşır:
• Təsərrüfat subyektinin maliyyə vəziyyəti haqqında informasiyalar;
• Təsərrüfat subyektinin maliyyə nəticələri haqqında informasiyalar;
• Təsərrüfat subyektinin maliyyə vəziyyətində dəyişikliklər, yaxud pul
vəsaitlərinin hərəkəti haqqında informasiyalar.
Məlum olduğu kimi, təşkilatın maliyyə vəziyyəti haqqında informasiyalar
əsasən mühasibat balansı şəklində, maliyyə nəticələri haqqında
informasiyalar mənfəət və zərərlər haqqında hesabat şəklində, maliyyə
vəziyyətindəki dəyişikliklər haqqında informasiyalar isə pul vəsaitlərinin
hərəkəti haqqında hesabat şəklində formalaşdırılır.
Hazırkı mövzunun məqsədi maliyyə hesabatları üzrə Konseptual
Əsaslarda Mühasibat Uçotunun Beynəlxalq Standartlarının və Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarının əsaslandığı ehtimallar və
keyfiyyət
xüsusiyyətləri,
maliyyə
hesabatlarının
tanınması
və
qiymətləndirilməsini konkret misallar üzrə şərh etməkdir.
Konseptual Əsaslar, sözügedən standartların, həmin standartlarla
müəyyən olunmuş prosedurların və onlarırın tətbiqini təmin edən
mühasibat uçotunu tənzimləyən milli qaydalarının – qanunvericiliyimizlə
qəbul olunmuş uyğunlaşdırması məqsədi ilə Mühasibat Uçotunun
Beynəlxalq Standartları Komitəsi (MUBSK) hazırlanmışdır.
Bununla bağlı hökumətlər Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarının Konseptual Əsaslarla müəyyən olunmuş yanaşmalara
zidd olçmayan öz məqsədləri üçün fərqli və ya əlavə tələblər müəyyən edə
bilər.
Belə ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respubliasının
Qanununun 2.1.1. maddəsinə əsasən Uçot qaydaları mühasibat uçotu
subyektlərində mühasibat uçotunun aparılması, mühasibat uçotunun tərtib
edilməsi, habelə ayrı-ayrı maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat
uçotunda əks etdirlməsi üzrə normativ hüquqi aktlardır.
Mühasibat Uçotunun Beynəlxalq Standartları və Maliyyə Hesabatlarının
Beynəlxalq Standartları əsasında hazırlanan maliyyə hesabatları
istifadəçilərin ümumi ehtiyaclarına cavab verdiyindən, onlar tərəfindən
aşağıdakı məsələlər üzrə əsaslandırılmış iqtisadi qərarların qəbul
edilməsini mümkün edir:
(a) səhm investisiyasını nə zaman almaq, saxlamaq yaxud satmaq
barədə;
(b) rəhbərliyin idarəetmə qabiliyyətini və ya hesabatlılığını
qiymətləndirmək barədə;
(c) qurumun öz işçilərinə ödənişlər etmək və digər mükafatlarla təmin
etmək imkanını qiymətləndirmək barədə;
(d) müəssisəyə borc olaraq verilmiş məbləğlər üzrə zəmanətləri
qiymətləndirmək barədə;
(e) vergiqoyma siyasətlərini müəyyən etmək barədə;
(f) bölüşdürülə bilən mənfəət və dividendlərin müəyyən edilməsi
barədə;
(g) milli gəlir statistikasının hazırlanması və istifadəsi barədə; və ya
(h) qurumun fəaliyyətinin tənzimlənməsi barədə.
Konseptual Əsaslarda, onların təyinatı, məqsədi, tətbiqi sahasi və
Mühasinat Uçotunun Beynəlxalq Standartları və Maliyyə Hesabatlarının
Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanan maliyyə hesabatlarının
məqsədi, bu hesabatların alınmasında maraqlı olan istifadəçilər barədə
məlumatlar verilmiş, həmçinin faydalı maliyyə informasiyalarının keyfiyyət
xüsusiyyətlərinin maliyyə hesabatlarında təqdim edilməsi, maliyyə
hesabatlarının elementlərinin (aktivlər, öhdəliklər, kapital, gəlir və
xərclərin) tanınması, qimətləndirilməsi və kapitalın saxlanılması kimi
konsepsiyalar öz əksini tapmışdır.
Beləliklə, Konseptual Əsaslar Mühasinat Uçotunun Beynəlxalq
Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi
və onların əsasında maliyyə hesabatlarının hazırlanması barədə daha
ətraflı bilik və bacarıqlarının əldə olunmasında mühüm rol oynayan sənəd
kimi qiymətləndirilməlidir.
Dostları ilə paylaş: |