Konseptual Əsaslarn tətbiqi sahəsi
Bu Konseptual Əsasların tətbiqi sahəsi Mühasibat balansının, Mənfəət və
zərər haqqinda hesabatın, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın
və Kapitalda dəyişikliklər haqqında hesabatın,
həmçinin onlara aid olan
qeydlərin, şərhlərin və digər hesabatların hazırlanması və istifadə
olunması zamanı tətbiq edilən əsas prinsipləri əhatə edir.
Bu Konseptual Əsaslar ilə Kommersiya Təşkilatları üçün Milli Mühasibat
Uçotu Standartlarının tələbləri arasında ziddiyyət yarandıqda,
Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları tətbiq
edilir.
Maliyyə hesabatının konseptual əsasları
Maliyyə hesabatının konseptual əsasları
Beynəlxalq Standartlar
Şurasının hazırladığı və dərc etdiyi Çərçivə Sənədinə əsaslanır.
Konseptual əsaslar mühasibat uçotunun xüsusi tələblərini və ya maliyyə
hesabatının hazırlanması qaydalarını nəzərdə tutur. Həmin tələb və
qaydalar Kommersiya təşkilatları üçün müvafiq MMUS-da qeyd edilir.
Konseptual Əsasların əsas məqsədi maliyyə hesabatının şəffaflığının və
cavabdehliyin təmin edilməsindən ibarətdir. Şəffaflıq məhfumu
müəssisənin cari vəziyyəti, qərarları və fəaliyyəti haqqında informasiyanın
maliyyə hesabatının istifadəçiləri üçün düzgün çatdırılmasını və anlaşıqlı
olmasını nəzərdə tutur. Cavabdehlik məhfumu isə maliyyə hesabatını
hazırlayanlara həvalə edilmiş resursların idarə edilməsi və onların qəbul
etdikləri qərarlar üzrə məsuliyyətin daşınması zərurətini nəzərdə tutur.
Maliyyə
hesabatının
istifadəçiləri
müəssisənin
rəhbərliyindən,
sərmayədarlardan (səhmdarlardan), borcverən və kreditorlardan, muzdlu
işçilərdən, analitiklər və məsləhətçilərdən,
hökümət və cəmiyyətdən,
habelə, işgüzar təmas qruplarından ibarətdir. Səhmdarlar qrupuna
mövcud və potensial mülkiyyətçilər daxildir. Bu qrupun üzvləri
sərmayələrin alınması üzrə düzgün qərarların qəbul edilməsi üçün zəruri
olan informasiyalar ilə təmin olunmalıdır. Borcverənlər qrupuna veksel və
istiqrazların
mövcud və potensial sahibləri, təminatlı və təminatsız
qısamüddətli borcverən subyektlər aiddir. Muzdlu işçilər qrupuna
müəssisədə keçmişdə və hal-hazırda çalışan, habelə gələcəkdə fəaliyyət
göstərə biləcək əməkdaşlar daxildir. Bu qrupun üzvləri müəssisənin
sabitliyinin, onun öz işçilərinə əmək haqqlarının və işdən çıxdıqdan sonra
pensiyaların ödənilməsinin və işçilərin məşğulluğunun
təmin edilməsi
imkanları haqqında zəruri informasiyada maraqlıdırlar. Analitiklər və
məsləhətçilər qrupuna maliyyə ekspertləri və tətqiqatçılar daxildir. Onlar
müəssisənin gələcəkdə mənfəət və pul vəsaitləri əldə etmək imkanlarını
qiymətləndirmək üçün zəruri informasiya ilə təmin olunmalıdır.
Işgüzar
təmas qrupuna tədarükçülər, istehlakçılar və digər oxşar məqsədli tərəflər
daxildir. Hökümət qrupununa təsərrüfat fəaliyyətinə nəzarət edən bütün
müvafiq dövlət və ya hakimiyyət orqanları daxildir. Bu qrupun üzvləri
müəssisənin fəaliyyətini tənzimləmək
üçün tələb olunan müvafiq
informasiya ilə təmin olunmalıdır. Cəmiyyət qrupu dedikdə, buraya
müəssisənin fəaliyyəti ilə təmasda olan və
ya maraqlanan geniş ictimai
qurumlar başa düşülür. Maliyyə hesabatı ictimaiyyəti müəssisənin müxtəlif
sahələrinin fəaliyyətində mövcud olan meyillərdə baş vermiş dəyişikliklər
haqqında informasiya ilə təmin etməklə, ictimaiyyətə yardımçı ola bilər.