Maliyyə hesabatının mahiyyəti


 Konseptual Əsasların məqsədi



Yüklə 50,57 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix18.12.2023
ölçüsü50,57 Kb.
#184117
1   2   3   4
Maliyyə hesabatlılığı

2. Konseptual Əsasların məqsədi 
Konseptual Əsasların əsas məqsədi maliyyə hesabatlarının şəffaflığının 
və cavabdehliyin təmin edilməsidir. Şəffaflıq məfhumu mühasibat uçotu 
subyektinin cari vəziyyəti, qərarları və fəaliyyəti haqqında maliyyə 
hesabatlarında göstərilən informasiyanın bu hesabatlarının alınmasında 
maraqlı olan istifadəçilər üçün düzgün çatdırılmasını və anlaşıqlı olmasını 
nəzərdə tutursa, cavabdehlik məfhumu maliyyə hesabatlarını 


hazırlayanlara həvalə edilmiş resursların idarə edilməsi və onların qəbul 
etdikləri qərarlar əsasında məsuliyyətin daşınmasını müəyyən edir. 
İstifadəçilər üçün bu maliyyə hesabatlarının hazırlanması və təqdim 
edilməsi üzrə konsepsiyaları müəyyən edən Konseptual Əsasların 
məqsədi aşağıdakılardan ibarətdir: 
(a) MUBSK-nın İdarə heyətinə yeni Maliyyə Hesabatlarının Beynəlxalq 
Standartlarının işlənib hazırlanmasında və mövcud Muhasibat 
Uçotunun 
Beynəlxalq 
Standartlarının 
yenidən 
nəzərdən 
keçirilməsində kömək etmək; 
(b) Mühasibat Uçotunun Beynəlxalq Standartları və Maliyyə 
Hesabatlarının Beynəlxalq Standartlarının icazə veridyi alternativ 
mühasibat uçotu metodlarının sayının azaldılması üzrə bazanı 
yaratmaqla maliyyə hesabatlarının təqdimatı ilə əlaqədar 
qaydalarda, mühasibat uçotu standartlarında və prosedurlarda 
uyğunluğun təmin edilməsində MUBSK-nın İdarə heyətinə kömək 
etmək; 
(c) milli standartların işlənib hazırlanmasında standartları hazırlayan 
orqanlara kömək etmək; 
(d) Mühasibat Uçotunun Beynəlxalq Standartları və Maliyyə 
Hesabatlarının Beynəlxalq Standartlarının tətbiq olunmasında və 
hələ də bu standartların predmetini təşkil edən mövzularla bağlı 
maliyyə hesabatlarını tərtib edənlərə kömək etmək; 
(e) maliyyə 
hesabatlarının 
Mühasibat 
Uçotunun 
Beynəlxalq 
Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına 
uyğun olub-olmaması ilə bağlı rəylərin hazırlanmasında auditorlara 
kömək etmək; 
(f) Mühasibat Uçotunun Beynəlxalq Standartları və Maliyyə 
Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmış 


maliyyə hesabatlarında olan informasiyaların şərh olunmasında 
maliyyə hesabatı istifadəçilərinə kömək etmək; və 
(g) MUBSK-nın fəaliyyətində marağı olan şəxsləri Mühasibat Uçotunun 
Beynəlxalq Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq 
Standartlarınnın işlənib hazırlanması barədə müvafiq informasiya 
ilə təmin etmək. 

Yüklə 50,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin