Feldşer ixtisası üzrə yeni izahlı nümunəvi suallar



Yüklə 416,22 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix16.01.2020
ölçüsü416,22 Kb.
#30200
  1   2   3
2019-12-06 12-04-17


 

 



Feldşer ixtisası üzrə yeni izahlı nümunəvi suallar 

 

 

1)  Həll  edilmiş  BCJ,  qızılca,  məxmərək,  parotit  vaksinlərinin  istifadə 

müddəti maksimum nə qədərdir? 

 

BCJ,  qızılca,  məxmərək,  parotit  vaksinlərini  həll  etdikdən  sonra  +2  +8 



temperaturda 6 saatdan çox olmamaq şərti ilə soyuducuda saxlamaq olar, sonra 

məhv edilməlidir.  

 

Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 23 

 

2)  İmmun  çatışmazlığı  virusuna  yoluxmuş  uşaqlarda  hansı  yaşda  qızılca 

əleyhinə peyvəndin aparılması düzgündür? 

 

İmmun çatışmazlığı virusuna yoluxmuş uşaqların immunobioloji müqaviməti çox 



aşağı  olduğuna  görə  belə  uşaqlara  qızılcaya  qarşı  vaksini  heç  vaxt  vurmaq 

olmaz.  

 

Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 25 

 

3)  Cansız  vaksinlərin  yeridilməsindən  sonra  hansı  yerli  reaksiya  müşahidə 

olunur? 

 

Cansız  vaksinlərlə  vaksinasiyadan  sonra  bəzən  uşaqlarda  yüngül  reaksiyalar 



inyeksiya yerində ağrı və şişkinlik baş verir. Bu əlamətlər 2 - 3 günə keçib gedir.  

 

Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 25 



 

4) Uşaqda qlomerulonefritin yaranmasına səbəb olan xəstəlik hansıdır? 

 

. Qlomerulonefrit zamanı mikrobun  toksini qana keçərək böyrək toxumasına təsir 



edir – nəticədə qlomerulonefrit yaranır. Angina və skarlatinanın törədiciləri isə β 

-  hemolitik steplokokklardır. 

Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 218 

 

5) Pielonefrit xəstəliyi olan uşağın qidası necə olmalıdır? 

 

Pielonefrit – böyrək ləyəni və toxumasının iltihabıdır. Xəstəlik zamanı sidik ifrazı 



pozulur, ödem müşahidə olunur. Sidikdə zülal tapılır. Bədən zülal itirdiyinə görə 

belə xəstələrə zülalla zəngin qidalar verilməlidir.  

 

Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 267 



 

6) Hemofiliyanın ən xarakter əlaməti nədir? 

 

 



 

Hemofiliya qanda laxtalanma amillərinin (VIII - IX - XI) çatışmazlığı nəticəsində 

qarşısı çətin alınan qanaxma ilə özünü biruzə verən irsi qan xəstəliyidir. Əsas 

əlaməti qanaxmadır.  

 

Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 317 



 

7) Qlomerulonefrit zamanı Zimnitski sınağının aparılmasında məqsəd 

nədir? 

 

Qlomerulonefrit böyrək toxumasının iltihabi xəstəliyidir. Xəstəlik zamanı sidik 



ifrazı azalır. Sifətdə ödem əmələ gəlir, sidikdə zülal tapılır. Xəstəyə dəqiq diaqnoz 

qoymaq üçün bir sıra sınaqlardan istifadə edilir. Onlardan ən dəqiqi Zimnitski 

sınağıdır.  

 

Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 84 



 

8) Anus ətrafında qaşınma hansı qurd xəstəliyi üçün xarakterikdir? 

 

Anus ətrafında qaşınma bizquyruq qurdların törətdiyi Enterebioz üçün xarak - 



terikdir. Çünki bu qurdlar anus ətrafında yumurta qoyur və bu da qaşınmaya 

səbəb olur.  

 

Ədəbiyyat: A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 140 



 

9) Difteriya xəstəliyi hansı yolla yayılır? 

 

Difteriya xəstəliyi yoluxucu xəstəlikdir. Xəstəliyin törədicisi Löfler cöpləridir 



Hava - damcı yolu ilə yayılır, daxil olduğu yerdə fibrinoz iltihab əmələ gətirir.  

 

Ədəbiyyat:  Л.  А.  Исаева.  Л.  К.  Важенова  Детское  болезни.  Москва.  1986 



стр522 

 

10) Difteriya xəstəliyi zamanı uşaqlarda hansı əlamət baş verir? 

 

Difteriya  xəstəliyi  olan  uşaqlarda  tədricən  tənəffüsün  çətinləşməsi,  uzaqdan 

eşidilən  səsli  tənəffüs,  sianoz,  tərləmə,  taxikardiya  əlamətləri  baş  verir. 

İntoksikasiya  əlamətləri  artır  və  yardım  edilməzsə  qırtlağın  stenozu  nəticəsində 

həqiqi inaq baş verir 

 

Ədəbiyyat:  Л.  А.  Исаева.  Л.  К.  Важенова  Детское  болезни.  Москва.  1986 



стр526 

 

11) Su çiçəyi zamanı səpkilər hansı xarakterdə olur? 

 


 

 



Su  çiçəyi  yoluxucu  xəstəlik  olub,  səpkilərin  xarakterinə  görə  fərqlənir.  Təzə 

səpkilər papula şəklində, əvvəlki səpkilər isə vezikula və qabıqlanma formasında 

olur. Ona görə də polimorfizm adlanır.  

 

Ədəbiyyat:  Л.  А.  Исаева.  Л.  К.  Важенова  Детское  болезни.  Москва.  1986 



стр500 

 

13)  Bağırsaq  infeksiyasına  yoluxmuş  uşağın  müalicəsi  zamanı  ilk  tədbir 



nədir? 

 

Bağırsaq  infeksiyaları  mədə  -  bağırsaq  sisteminin  selikli  qisasını  zədələyib 



intoksikasiya yaradır. Bu səbəbdən də ilkin olaraq Çay - su fasiləsi və müalicəvi 

qida təyin edilir.  

 

Ədəbiyyat:  Л.  А.  Исаева.  Л.  К.  Важенова  Детское  болезни.  Москва.  1986 

стр369 

 

14) Eksudativ kataral diatezli uşaqlarda hansı əlamətlər olur? 



 

Eksudativ  -  kataral  diatez  bir  sindrom  olaraq  irsi  xarakter  daşıyır.  Uşaqlarda 

bəzən  qidalara  qarşı  allergiya  baş  verir.  Nəticədə  uşağın  dəri  və  selikli 

qişalarında  zədələnmələr  baş  verir,  Belə  uşaqlara  allergiya  törədən    qidalar 

verilməməli, qida rejiminə düzgün riayət edilməlidir. 

 

Ədəbiyyat:  Л.  А.  Исаева.  Л.  К.  Важенова  Детское  болезни.  Москва.  1986 



стр159 

 

15) Raxitin  hansı dövründə vegetativ sinir sisteminin pozğunluğu baş verir? 

 

Raxit  uşaqlar  arasında  ən  çox  rast  gəlınən  xəstəlikdir.  Xəstəlik  orqanizmdə  D 

vitaminin  çatışmazlığı  nəticəsində  baş  verir.  Xəstəliyin  başlanğıc  dövründə 

uşaqda narahatlıq başlayır. Uşaq ağlağan olur, yuxusu pozulur, çox tərləmə və 

qaşınma  baş  verir.  Uşaq  başını  yastığa  sürtdüyü  üçün  ənsə  nahiyyısinin  tükü 

tökülür.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 



190 

 

16)  “Raxit  bilərzikləri”,  toyuq  döş  qəfəsi”,  kraniotabes”  raxit  xəstəliyinin 



hansı dövründə əmələ gəlir? 

 

Raxitin  kəskin  dövründə  uşaq  fiziki  və  psixomator  inkişafdan  geri  qalır,  tərlilik 



artır.  Uşaqda  zəiflik  və  tez  yorulma  olur,  skeletdə  dəyişikliklər  meydana  çıxır. 

Skeletdə  baş  verən  bu  dəyişiliklər  raxit  bilərzikləri,  toyuq  döş  qəfəsi  və 

kraniotabes adlanır.  

 

 



 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 

192 

 

17) Uşaqlarda hansı helmint xolesistitin əmələ gəlməsinə səbəb olur? 



 

Lyambliyalar  12  barmaq  bağırsaqda  və  nazik  bağırsağın  yuxarı  hissəsində 

yaşayır.  Öd  yollarinin  diskineziyasini  əmələ  gətirir  və  xolesistitin  yaranmasına 

səbəb olur.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 



416 

 

18) Spazmofiliyanin profilaktikası necə aparılır? 

 

Spazmofiliya xəstəliyinin qarşısını almaq üçün profilaktik tədbirlər aparılmalıdır. 

İlk  növbədə  raxitin  profilaktikası  və  müalicəsi  düzgün  aparılmalı,  uşağın  qida 

rejimi düzgün qurulmalıdır.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 



203 

 

19)  Uşaqlarda  bronxial  astma  tutması  zamanı  hansı  preparatdan  istifadə 



etmək olar? 

 

Bronxial astma xəstəliyinin tutmaları zamanı xəstənin vəziyyəti ağırlaşır. Öskürək 



əziyyətverici,  səsli  olur,  xəstə döş  qəfəsində ağrı hiss  edir,  təngnəfəslik  yaranır. 

Bu  zaman  eufillin,  efedrin  və  digər  preparatlardan  istifadə  edərək  xəstənin 

vəziyyətini yaxşılaşdırmaq lazımdır.  

 

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 



242 

 

20) Uşaqlarda plevrit hansı əlamətlərlə xarakterizə olunur? 

 

Uşaqlar  arasında  plevritə  bütün  yaş  dövrlərində  rast  gəlinir.  Plevra  boşluğuna 

maye  və  irin  yığıldığına  görə  hərarət  yüksəlir,  dərindən  nəfəs  aldıqda,  nəfəs 

verdikdə, uşaq öskürdükdə şiddətli ağrı əmələ gəlir.  

 

Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 184 



 

21) Uşaqlarda anadangəlmə ürək qüsurunun yaranmasına səbəb nədir? 

 


 

 



Anadangəlmə  ürək  qüsurları  yenidoğulmuşlar  arasında  təsadüf  edilən  inkişaf 

anomaliyaları  arasında  geniş  yer  tutur.  Əsas  səbəblərdən  biri  bətndaxili 

infeksiyalardır.  

 

Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 218 

 

 

22) Uşaqlarda lyambliozun müalicəsində hansı preparat işlədilir? 



 

Lyambiyalar  12  barmaq  bağırsaqda  və  nazik  bağırsağın  yuxarı  hissəsində 

yaşayır.  Uşağın  qarninda,  əsasən  göbək  ətrafında  tutma  şəkilli  ağrılar, 

ürəkbulanma, bəzən qusma olur. Xəstəliyin müalicəsində furazolidondan istifadə 

olunur.  

 

Ədəbiyyat:  Л.  А.  Исаева.  Л.  К.  Важенова  Детское  болезни.  Москва.  1986 



стр416 

 

23) Uşaqlarda larinqotraxeitin əlamətləri necə başlayır? 

 

Larinqotraxeit  qırtlaq  və  nəfəs  borusunun  selikli  qişasının  iltihabi  prosesidir. 



İltihabi proses nəticəsində ödem baş verir, uşağın səsi xırıltılı olur, bəzən batır. 

Tədricən tənəffüs cətinləşir, boğulma da baş verə bilər.  

 

Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 205 



 

24) Uşaqlarda kəskin bronxitin müalicəsində hansı preparatlar işlədilir? 

 

Uşaqlarda kəskin bronxit zamanı bronxların selikli qisası şişir, selik ifrazı artır. 



Belə  xəstələrdə  bəlğəmli  öskürək  olur,  hərarət  qalxır  və  təngnəfəslik  baş  verir. 

Müalicə  zamanı  antibiotiklərdən,  bəlğəmgətiricilərdən  və  hərarətsalıcı 

preparatlardan istifadə olunur.  

 

Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 148 



 

25) Uşaqlarda sadə diarreyanın (dispepsiya) əmələ gəlmə səbəbi nədir? 

 

Sadə  diarreya  kəskin  həzm  pozğunluğudur.  Uşağın  qida  rejimi  düzgün 



qurulmadıqda, onu çox yedizdirdikdə, suyu az verdikdə baş verir. Uşaqda qusma 

və ishal olur. Düzgün qulluq nəticəsində xəstə tez sağalır.  

 

Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 52 



 

26) Uşaqlarda toksik diarreya (dispepsiya) zamanı çay - su fasiləsi neçə saat 

təyin olunur? 

 


 

 



Uşaqlarda toksiki diarreya zamanı infeksiyaların toksinləri əmələ gətirdiyi üçün 

arasıkəsilməz  qusma  və  ishal  olur.  Nəticədə  orqanizmdə  susuzluq  (eksikoz)  və 

toksinlərin  təsirindən  toksikoz  əlamətləri  baş  verir.  Bu  vəziyyətdə  uşağa  kömək 

etmək məqsədi ilə 24 saat çay - su fasiləsi təyin edilir.  

 

Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 54 



 

27) Ensefalopatiyalı uşaqda qıcolmanın qarşısını almaq üçün hansı preparat 

istifadə edilə bilər? 

 

Ensefalopatiya  mərkəzi  sinir  sisteminin  və  beyin  toxumasının  zədələnməsidir. 



Müalicəsi  erkən  aparılmalı  və  kompleksli  olmalıdır.  Orqanizmin  müqavimətini 

artırmaq üçün vitaminlər təyin edilir. Qıcolmanın qarşısını almaq üçün isə uşağa 

fenobarbital verilir.  

 

Ədəbiyyat:  Л.  А.  Исаева.  Л.  К.  Важенова  Детское  болезни.  Москва.  1986 

стр120 

 

28) Duodenal zondlama zamanı A, B, C porsiyası nəyi bildirir? 



 

Duodenal  zondlama  zamanı  3  porsiya  öd  alınır.  Duodenal  öd  A  porsiyası,  öd 

kisəsindən  alınan  öd  B  porsiyası,  qaraciyər  öd  yollarından  alınan  öd  isə  C 

porsiyası adlanir.  

 

Ədəbiyyat: C . N, Hacıyev. R. Y. Əliyev Xəstələrə qulluq. Bakı 1998 səh. 198 

 

29) 

Uşaqlarda  Hemofiliya  xəstəliyini  başqa  xəstəliklərdən  necə 

fərqləndirmək olar? 

 

Hemofiliyalı xəstələri başqa xəstəliklərdən fərqli olaraq zədələnmədən qorumaq 



lazımdır. Çünki belə uşaqlar zədələnərkən bədənində göyərmələr baş verir, bu isə 

qanaxmaya səbəb olur. Belə uşaqlardan  müayinə üçün qan götürdükdə qanaxma 

baş verir.  

 

Ədəbiyyat:  Л.  А.  Исаева.  Л.  К.  Важенова  Детское  болезни.  Москва.  1986 



стр359 

 

30) Hemofiliyalı uşaq kim tərəfindən daim nəzarətdə saxlanılmalıdır? 

 

Hemofiliya ilə xəstə olan uşaqlar daim müalicə almalıdır. Belə uşaqlar dispanser 

qeydiyyata götürülməli və daim hematoluqun nəzarətində olmalıdır.  

 

Ədəbiyyat:  Л.  А.  Исаева.  Л.  К.  Важенова  Детское  болезни.  Москва.  1986 



стр361 

 


 

 



31) Uşaqlara hansı xəstəlik zamanı əlillik verilir? 

 

Hemofiliya irsi xəstəlik olub, tez  - tez təkrarlanan və ağır gedişli qanaxmalarla 



davam edən bir xəstəlikdir. Belə xəstələrə daim qan köçürmək lazım gəlir. Belə 

xəstələrə əlillik verilir.  

 

Ədəbiyyat:  Л.  А.  Исаева.  Л.  К.  Важенова  Детское  болезни.  Москва.  1986 



стр360 

 

32) Yenidoğulmuşda sepsisin olduğuna şübhə olarsa tibb bacısının taktikası 



necə olmalıdır? 

 

Yenidoğulmuşlarda sepsis ağır gedişə malik olur, immun sistemi zəiflədir. Əgər 



tibb  bacısı  uşaqda  sepsis  olduğundan  şübhələnərsə  həkim  çağırmalı  və  xəstəni 

stasionara  köçürmək üçün hazırlamalıdır.  

 

Ədəbiyyat:  Л.  А.  Исаева.  Л.  К.  Важенова  Детское  болезни.  Москва.  1986 



стр140 

 

33) Uşaqda kəskin qarın sindromu olarsa tibb bacısı nə etməlidir? 

 

Kəskin  qarın  sindromu  müxtəlif  səbəblərdən  -  qarın  boşluğu  orqanlarının 

zədələnməsi,  iltihabi    xəstəliklər  və  s.  nəticəsində  baş  verə  bilər.  Tibb  bacısı 

xəstənin qarın nahiyəsinə soyuq qoyaraq təcili hospitalizasiya etməlidir.  

 

Ədəbiyyat: C . N, Hacıyev. R. Y. Əliyev Xəstələrə qulluq. Bakı 1998 səh. 187 



 

34)  Uşaqlarda  revmatizm  residivinin  qarşışını  almaq  üçün  tibb  bacısı  ilk 

növbədə nəyi məsləhət görməlidir? 

 

Revmatizm 



xəstəliyinin 

törədicisi 

olan 

streptokoklar 

badamcıqlarda 

məskunlaşaraq, uşaqda tez - tez anginanın əmələ gəlməsinə səbəb olur. Bu isə öz 

növbəsində revmatizmin yaranmasına səbəb olur. Bu səbəbdən residivin qarşısını 

almaq  üçün  badamcıqların  və  digər  infeksiya  mənbəyinin  sanasiyası 

aparılmalıdır.  

 

Ədəbiyyat:  Л.  А.  Исаева.  Л.  К.  Важенова  Детское  болезни.  Москва.  1986 



стр260 

 

 



35) Dizenteriya xəstəliyi olan uşaq nədən şikayət edir? 

 

Dizenteriya  xəstəliyi  ilə  3  yaşa  qədər  uşaqlar  daha  çox  xəstələnir.  Xəstədə 

intoksikasiya  əlamətləri və  kolitik sindrom  olur.  Nəcis ifrazı sutkada 10 dəfə  və 

 

 



daha  çox  olur.  Xəstə  uşaq  qarnının  aşağı  hissəsində  sancı  şəkilli  ağrı 

tutmalarından şikayət edir.  

 

Ədəbiyyat:  Л.  А.  Исаева.  Л.  К.  Важенова  Детское  болезни.  Москва.  1986 

стр561 

 

36)  Yenidoğulmuşlar  şöbəsində  xəstəxanadaxili  salmonelloz  xəstəliyinin 



infeksiya mənbəyi hansıdır? 

 

Salmonelloz xəstəliyini salmonella növündən olan bakteriyalar törədir. Xəstəliyin 



infeksiya  mənbəyi  xəstə  insan  və  bakteriyagəzdirənlərdir.  Xəstəxana  daxilində 

uşaqlar bu xəstəliyə bakteriyagəzdirən tibb bacısının əllərindən yoluxur.  

 

Ədəbiyyat:  Л.  А.  Исаева.  Л.  К.  Важенова  Детское  болезни.  Москва.  1986 



стр562 

 

37) Uşağın 2 yaşı var , qriplə xəstələnib. Uşaq öskürür, öskürəklə yanaşı 



xırıltı və fit verici nəfəsvermə müşahidə edilir. Xəstəyə hansı ilkin diaqnozu 

qoymaq olar? 

 

Obstruktiv bronxitə daha çox kiçik yaşlı uşaqlar arasında rast gəlinir. Xəstəlik 

rinit, faringit, qrip əlamətləri ilə başlayır. Öskürəklə yanaşı ağciyərlərdə xırıltılar 

baş verir. Hərdənbir nəfəsvermə zamanı fitverici tənəffüs olur.  

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр. 186 

 

 



38) 10 günlük yenidoğulmuşun göbək yarasından irinli ifrazat gəlir. Uşaq 

döşü zəif götürür. Hərarəti 38 - 39

0

 - dir. Göbək ətrafında qızartı və şişkinlik 

var. Nədən şüphələnmək olar? 

 

 Yuxarıdakı əlamətlər uşaqda omfalitin baş verdiyini göstərir.Omfalit göbəyin 



iltihabıdır. Bu göbəyə düzgün və gigiyenik qulluq edilmədikdə əmələ gəlir. Ona 

göbəyə qulluq edərkən aseptika və antiseptika qaydalarına  ciddi əməl 

edilməlidir.  

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр. 186 

 

39) Uşaq 7 aylıqdır, inək südü, mannı sıyığı ilə qidalanır. 3200qr. çəki ilə 



doğulub hazırda 6000 qramdır, oturmur, dişləri yoxdur. Boynunu 3 aylıqdan 

duz tutur, döş qəfəsi bir qədər batıqdır. Hansı xəstəlikdən şüphələnmək 

olar? 

 


 

 



Uşaq süni qidalanıb, çəkisi pis artıb, döş qəfəsi batıqdır, dişi yoxdur. Boynunu 

gec saxlayıb və s. Bunlar raxitə məxsus əlamətlərdir.  

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр. 187 

 

40) Uşağın 1 yaşı var. Hərarəti 38



O

 C – dir. Tez - tez selikli – qanlı  nəcis 

ifraz edir. Uşaqda tenezmlər var. Dəri avazımış , əzələ tonusu azalmış, 

ümumi arıqlama görünür. Hansı xəstəliyin olmasından şüphələnmək olar? 

 

Selik - qanlı nəcis ifrazı və tenezmlər (gücənmə) dizenteriya infeksiyasına xas 



olan əlamətdir.  

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр. 187 

 

41) 5 aylıq uşaqdır. Hərarəti 39



0

 C - dir . Tənəffüsü çətinləşib, ağız - burun 

ətrafında göyərmə var, dəri solgundur, ağciyər üzərində quru və yaş 

xırıltılar eşidilir. İlk növbədə hansı xəstəlikdən şüphələnmək olar? 

 

Hərarət, təngnəfəslik, öskürək , ağız – burun ətrafında sianoz, ağciyərlər üzərində 



xırıltılar pnevmoniya üçün xarakterikdir.  

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр. 188 

 

42) Uşaq 3 günlükdür. 2000 qr çəki ilə doğulub. Anadangəlmə refleksləri 



zəifdir, döşü tuta bilmir. Dərisi sianozlu və tüklüdür, Dərialtı piy qatı sifət və 

ətraflarda azdır. Bu uşaq haqqında aşağıdakı fikirlərdən hansı doğrudur ? 

 

Yuxarıda qeyd edilən əlamətlər çəki azlığı, reflekslərin zəifliyi, dərinin sianozlu 



və tüklü olması və s vaxtından əvvəl doğulmuş uşağa aiddir.  

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр. 189 

 

43) 5 aylıq uşağın boyu və çəkisi nə qədər olmalıdır? 

 

Birinci yarımildə çəkinin aylıq artımı 600 qr, boyun artımı isə hər kvartala 6 - 7 

sm təşkil edir. Buna əsasən 5 aylıq uşağın çəkisi 6500 - 6600 qr. boyu isə 60 - 65 

sm olmalıdır.  

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр. 186 

 


 

 

10 



44) Qəbula 9 yaşlı uşaq gətirilib. Uşaq ürək bulanma, iştahsızlıq və qarında 

ağrıdan şikayət edir. Yuxusu pozulub, əsəbidir, gecələr ağzından su gəlir.Bu 

zaman uşaqda nədən şübhələnmək olar? 

 

Yuxarıda qeyd edilən əlamətlər helmintoza məxsusdur.  

 

Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим 



занятиям» стр. 188 

 


Yüklə 416,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə