Fənn: İnsan ekologiyası və sağlam həyat tərzi. Müəllim: Aslanlı Gültən Tələbə: Mustafayeva Esma



Yüklə 302,53 Kb.
tarix31.12.2021
ölçüsü302,53 Kb.
#49654
suyun ekoloji və bioloji əhəmiyyəti



İxtisas: Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə

Qrup: Əq-020

Fənn: İnsan ekologiyası və sağlam həyat tərzi.

Müəllim: Aslanlı Gültən

Tələbə: Mustafayeva Esma

Sərbəst iş:

Suyun ekoloji və bioloji əhəmiyyəti.

Su – Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirən şəffaf və rəngsizə yaxın kimyəvi maddədir. Yerin su örtüyünün 94%-i okeanların,dənizlərin duzlu sularından və bütün şirin suların 75%-ni təşkil edən Arktika və Antarktidada konservləşdirilmiş, içməli sular təşkil edir.

Dünyadakı bütün canlıların (bitkilərheyvanlarinsanlar) orqanizmi bu və ya digər nisbətdə, sudan ibarətdir. İnsanın vücudunun hər yerində — qandasümükdəəzələdə, daxili orqanlarda və s. az və ya çox miqdarda su olur. Bioloji mayelərdə — qan, limfa, tüpürcək və mədə şirəsində suyun miqdarı 90–99%, sümük hüceyrələrində isə 20–24% olur. Canlı orqanizmlərdə suyun əsas hissəsi lokallaşmışdır. Buna hüceyrədaxili su deyilir. hüceyrəarası boşluqların və bioloji mayelərin tərkibinə daxil olan su isə hüceyrəxarici su adlanır. İnsan orqanizmindəki suyun 2/3 hissəsi hüceyrədaxili, 1/3 hissəsi isə hüceyrəxarici sudur. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2–3 litr intervalında su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil.

Suyun dünyanın müxtəlif regionlarında istifadəsi müxtəlif şəkildə həyata keçirilir.Məlumata görə dünyada kənd təsərrüfatında hər il 3500-3600 km3 su işlədilir, bunun 70% suvarmaya sərf olunur. Kənd təsərrüfatında istifadə olunan suyun miqdarı sənayedə istifadə olunan suyun miqdarından 3-4 dəfə çoxdur. Sudan sənayedə həlledici kimi istifadə olunduqda o hazır məhsulun tərkibinə daxil olur,texnoloji prosesdə iştirak edir.Sənayedə sudan qızmış aqreqat ,mexanizm,alətlərin və s-nin soyudulmasında istifadə olunur.

Alimlərin hesablamalarına görə XXI əsrin 20-ci illərinə qədər inkişaf etmiş ölkələrdə suqəbuledicilər 10-25% artacaqdır. XXI əsrin əvvəllərinə dünyada sənaye və energetikada suyun istifadə olunmasının vəziyyəti aşağıdakı cədvəldə göstərildiyi kimi proqnozlaşdırılır.

Təbii suların əsas çirklənmə mənbələri sənaye və kommunal çirkab suları,kənd təsərrüfatında istifadə olunan mineral,üzvi kübrələr və başqa zərərli kimyəvi maddələr,radioaktiv tullantılar,istilik və atom elektrik stansıyalarının isti suları və atmosferdir.

Çay və göllərin ekoloji vəziyyəti mühüm əhəmiyyət kəsb edir. Göllərdə suyun keyfiyyəti ora tökülən çayların çirklənmə dərəcəsindən , onların yatağının səhiyyə-gigiena vəziyyətindən və b.amillərdən asılıdır. Əvvəllər kiçik su hövzələri antropogen evtrofikasiyaya məruz qalırdısa, indiki dövrdə kaskadla tənzimlənən su anbarlarında-göllərdə suyun çirklənməsi baş verir.

Azərbaycanda su anbarlarının çirklənməsi çayların güclü çirklənməsi ilə əlaqədardır.Hazırda göllərdəki suyun keyfiyyəti onların nəinki rekreasiya ,hətta texniki ehtiyaclarını ödəmək üçün də yararlı deyildir.

Beləliklə, Azərbaycan Respublikası indi və gələcəkdə də su hövzələrinin və Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün dünyanın müasir texnologiyalarını tətbiq etməklə həyata keçirəcəkdir.

Su olduqca qiymətli sərvətdir. O,üzvi həyatı təşkil edən maddələr mübadiləsi proseslərində çox mühüm rol oynayır. Suyun sənayedə və kənd təsərrüfatı istehsalında böyük əhəmiyyəti vardır. Torpağın tərkibində də su vardır. Bütün canlı orqanızmlərin, bitkilərin, heyvanların tərkibinə su daxil olur. İnsan orqanizminin ümumi kütləsinin 2/3-si , qanın 80 %-i sudan təşkil olunmuşdur. Bir çox tərəvəz və meyvələrin kütləsinin 90-95%-i sudan ibarətdir. Su olmadıqda həyat da dayanır,çatışmadıqda bitkinin məhsuldarlığı da aşağı düşür. Bir çox canlılar su mühitində yaşayır.

Yerin hidrosferinin ,həmçinin onun istənilən hissəsinin vəziyyəti su balansı ilə səciyyələnir. Yerin hidroloji vəziyyəti dünyada suyun ümumi həcminin dəyişməsi ilə deyil, suyun məkanca paylanması,xüsusilə okeanlarda və buzlaqlardakı su su ehtiyatının nisbətinin dəyişməsilə bağlıdır. Yerdə buzlaqların geniş inkişafı zamanı hidrosferin suyu ən çox buzlaqlarda (cəmlənir) toplanır və Dünya okeanının səviyyəsi aşağı düşür. Əksinə, okeanın səviyyəsinin yüksək olması buzlaq örtüyünün nisbətən az həcmli olmasına uyğun gəlir. Belə bir nisbətin təzahürü hazırda da müşahidə olunur. Bu haqda iqlimin dəyişməsinin nəticələrindən bəhs edərkən danışılmışdır.

Dünyanın su balansı komponentlərinə insan fəaliyyətinin təsiri hələ dəqiq təyin olunmayıb. Lakin iqlimin sirkuliyasiyası qlobal modeli göstərir ki, iqlimin antropogen dəyişilməsi qlobal hidroloji sikldə su mübadiləsinin intensivliyini artıracaq. Ayrı-ayrı regionlarda iqlimin dəyişməsinin hidroloji gedişi (vəziyyəti) daha böyük miqyasda dəyişəcək.

Su təbiətdə dövran edərək Yer səthinin formalaşmasında iştirak edir. Su müxtəlif qeyri-üzvi maddələri dağıdaraq, əridərək və daşıyaraq çökmə süxurların yaranmasına və torpağın əmələ gəlməsinə səbəb olur.

Təbiətdə su bir çox qarşılıqlı əlaqələrin , o cümlədən digər geosferlərin mərkəzində dayanır. Cəmiyyətdə bir sıra iqtisadi,ictimai və siyasi problemlərin böhranlı faktoru sayılır. Ekoloji baxımdan,ümumi şəkildə demək olar ki, qurunun suyu ekosferdə üç əsas mühüm funksiyanı daşıyır:



  1. Maddələrin qlobal siklində iştirakçı, çox vaxt aparıcı və birləşdirici iştirakçı.

  2. Ekosistemlərin, xüsusilə çay və göllərin indikatoru

  3. Ən geniş istifadə edilən təbii sərvət.

Çox hallarda su əsas qlobal ekoloji problemlərin hakim faktoru sayılır. Su karbon qazı, azot,kükürd,fosfor və b.elementləri qlobal biokimyəvi sikllərin və böyük geoloji siklin ekzogen hissəsinin (eroziyasedimentasiya siklinin) mühüm faktorudur.Qlobal hidroloji sikl ekosferin əsas həyattəminedici mexanizmidir.

Bir sıra gərgin ekoloji problemlər su problemləri ilə əlaqədardır.Antropogen təbii və kənd təsərrüfatı sistemlərin vəziyyətinin pisləşməsi, ya su rejiminin dəyişməsi nəticəsində (çox vaxt insanın fəaliyyəti nəticəsində) baş verir, və ya əksinə , sistemin antropogen dəyişməsi torpağın susaxlama qabiliyyətinin,bitki tərəfindən suyun tutulub saxlanmasının, torpağın susızdırma qabiliyyətinin və ona uyğun hidroloji rejimin dəyişməsinə səbəb olur.

Ekosferdə bir çox proseslər turşu-qələvi reaksiyası ilə təyin olunur,yəni PH- göstəricisinin ölcüsündən asılıdır. Su hövzələrində gedən bioloji proseslər –yosunların inkişafı,mikroorqanizmlərin parçalanması,nitrifikasiya və denifitrikasiya PH-dan asılıdır.PH-ın optimal ölçüsü 6-8 arasında optimal ölçü hesab olunur.Su ekosistemlərində flora və faunanın dəyişməsi asidifikasiyanın mühüm indikatoru sayılır. Şərqi Kanada göllərində PH-6 olduqda xərçəngkimilər,həşəratlar,bəzi yosunlar və zooplankton yoxa çıxır. PH 5-dən az olduqda balıq populyasiyaları da yoxa çıxır, suda-quruda yaşayanların reproduksiyası məhdudlaşır.

Susuz həyat yoxdur. Canlı orqanizmlər 10—20% su itirdikdə məhv olur. Normal həyat fəaliyyəti üçün insana sutkada 2 l-ə qədər su lazımdır. Su minlərlə bitki və heyvan üçün yaşayış mühitidir. Atmosferdə oksigenin sabit saxlanması da yaşıl bitkilərin sudan istifadə edərək fotosintez reaksiyası əsasında oksigen ayrılması ilə əlaqədardır.

Yer səthinin təxminən 70%-nin su ilə örtülməsinə baxmayaraq, ildən-ilə su çatışmazlığı problemi artmaqdadır. Çünki insanlar və bütün сanlılar yalnız şirin sudan istifadə edə bilir. Təbii suların çox hissəsi (~98%) isə şordur. Onlar istifadə üçün yararlı olmayan dəniz və okean sularıdır. 

Dəniz sahilləri antropogen təzyiqlərə daha çox məruz qalan və bu təzyiqlər durmadan artan şəraitdə quru,okean və atmosferin qarşılıqlı əlaqədə olan Yer səthinin bir hissəsidir. Bu üç geosferin qarşılıqlı əlaqəsi nisbətən enli olmayan zonası olmaqla,həm də spesifik sahilyanı təbii təsərrüfat sistemi fəaliyyət göstərən enli zolaqdır.

Dəniz sahilboyu ərazi dedikdə adətən şərti olaraq dəniz səviyyəsindən 200 m-ə qədər izogips və dəniz səviyyəsindən 200 m qədər izobat arasındakı ərazi başa düşülür.Dəniz sahilboyu təbii-təsərrüfat sistemi-ekosferin olduqca mühüm komponenti olub həm dünya təsərrüfatına,həm də qlobal təbii proseslərə təsir göstərir.

-200 m ilə + 200 m arasında yerləşən dəniz sahili zonası aşağıdakı əsas xüsusiyyətləri ilə seçilərək ekosferdəki olduqca mühüm rolunu göstərir

-Bu zonada dünya əhalisinin 60%-ə yaşayır.

-Bu Yer səthinin 18%-ni təşkil edir. -Burada dünya əhalisinin 2/3-si yaşayır (1,7 milyard) -Burada dünyanın ilkin bioloji məhsulunun 25%-ə qədəri formalaşır.

-Dünyada ovlanan balığın 90%-ə qədəri bura düşür. Sahil zonası Dünya okeanının cəmi 8%-ni tutur və onun həcmi 0,5 %-ə qədər təşkil edir. Lakin burada okeanın bioloji məhsulunun 18-33%-i formalaşır. Sahil zonası çayların gətirmə axınlarının çirkləndirici maddələrlə birlikdə 75-90%-ni qəbul edir(udur).Burada düyadakı müasir yumşaq(ovulan) çöküntülərin 90%- iakkumulyasiya olunur. Burada həmçinin karbon qazının qlobal siklinin aktiv hissəsindən ayrılan üzvi maddələrin 80%-i toplanır.

Yuxarıdakı məlumatlar sahil zonasının mühüm ümumdünya əhəmiyyəti olduğunu göstərirİqlimin dəyişməsilə əlaqədar okeanın səviyyəsinin qalxmasının sahilyanı zolağa təsiri aşağıdakı kimi göstərilir..

-Dənizin çoxillik orta səviyyəsinin qalxmasi nəticəsində bir başa su basan zonalar.

-Sahillərin dağılması nəticəsində sahil xəttinin geri çəkilməsinin ölçüsü.

-Fırtına vaxtı su basan zona.

Sahilyani ekosistemlər bioloji müxtəlifliyi baxımından dünyada ən zəngin ekositemlərdən olub dünya sahillərinin demək olar ki,yarısı dağılmaq,hətta məhv olmaq təhlükəsi qarşısındadır. Daxili dənizlərə çoxlu çay sularının axması , onların morfoloji xüsusiyyətləri ilə əlaqədar Dünya okeanı ilə zəif su mübadiləsinin yaranması daxili dənizlərin sularının okean sularına nisbətən 2-3 dəfə aşağı duzluluğuna səbəb olur. Çay suları ilə sutoplayıcılardan çirkləndiricilərin gətirilməsi daxili dənizlərin ekoloji vəziyyətinə ciddi təsir göstərir. Onlar bütün akvatoriyasında,xüsusilə sahilyanı zonada getdikcə artan antropogen yükə məruz qalır.

1954-cü ildə Londonda beynəlxalq konfrans keçiriləcək dəniz mühitini çirklənmədən qorumaq üzrə qarşısında razılaşdırılmış məqsəd qoydu.Bəşəriyyət tarixində ilk dəfə Beynəlxalq hüquqi sənəd qəbul edilərək dövlətlər dəniz mühitini qorumağı öhdələrinə götürdülər.Dənizləri neftlə çirklənmədən qorumaq üzrə 1954-cü il Beynəlxalq konvensiya BMT tərəfindən qeydə alındı.

Dünya okeanının qorunması haqqında sonrakı fikir (qayğı) öz ifadəsini 1958-ci ildə BMT-nin Cenevrədə dəniz hüququ üzrə keçirdiyi I Beynəlxalq konfransının 4 konvensiyasında öz ifadəsini tapdı : açıq dəniz haqqında , ərazi dənizi və ona bitişik zona haqqında,kontinental şelf haqqında, balıqçılıq və dənizin canlı resurslarınn qorunması haqqında. Bu konvensiyalar dəniz hüququnun prinsipləri və normalarını hüquqi baxımdan möhkəmlətdi.

Qeyd edək ki,Dünya okeanında elə orqanizmlər yaşayır ki, onlar özünəməxsus “Sanitar” rolunu oynayaraq,suyu təmizləyir. Belə ki,molyuskalar qida tapdıqda , suyu özünün qəlsəmə quruluşundan keçirərək süzür. Alimlərin hesablamalarına görə ölçüsü 2 sm olan hər bir dəniz molyuskası (midiya0 sutka ərzində özündən 12 litr təmiz su keçirir. Okeanın biofiltratının təmizlədiyi suyun ümumi həcmi 100km3 təşkil edir. Ehtimal ki, çirklənməyə qarşı istiqamətlərdən biri belə “Sanitar” növlərini sayını artırmaqdır.

Lakin Okeanın mühafizəsi və səmərəli istifadəsi məsələsinin həllinin əsasının qarşısında 3 təxirəsalınmaz məsələ durur:



  1. Okeanın bütövlüyü təsərrüfat fəaliyyətinin effektiv qlobal rejiminin tənzimlənməsini tələb edir.

  2. Bir çox regional dənizlərin resurslarını ayrı-ayrı dövlətlərin istismar etməsi resurslarından istifadənin regional nizamlanmasının müəyyən öhdəçiliklərini tələb edir.

  3. Okean üçün quru mənbələrdən ciddi təhlükənin olması effektiv milli fəaliyyət tələb edir.

Lakin neftlə çirklənməni tam aradan qaldırmaq üzrə effektiv üsulların axtarışında bir çox naaliyyətlər əldə olunmağına baxmayaraq bu problemin həlli haqqında danışmaq hələ tezdir. Çirklənməni təmizləməkdə yalnız ən effektiv metodların tətbiqi ilə dəniz və okeanların təmizliyini təmin etmək mümkün deyil. Çirklənmənin qarşısının alınması kimi mühüm vəzifəni bu işdə marağı olan bütün ölkələrin birgə səyi lazımdır.

Xəzər dənizinin ekoloji vəziyyətinin dəyişməsində dənizin səviyyəsinin tərəddüdü və çirklənməsi əsas rol oynayır. Qlobal miqyasda isə Xəzərin dəyişməsi dənizin və onun hövzəsinin çirklənməsinin artması nəticəsində baş vermişdir. M.Ə.salmanovun qeyd etdiyi kimi, Xəzərin çirklənməsi barədə olduqca çoxlu məlumatlar mövcuddur,bu məsələ ilə yüzlərlə mütəxəssislər məşğul olmuş,onlarla simpozium,konfranslarda müzakirə olunmuş,ən yüksək səviyyədə qərarlar qəbul edilmişdir.

Xəzərin təmiz saxlanmasının vacibliyi bütün xəzəryanı dövlətlər tərəfindən təsdiq edilsə də o, yenə də həmişə olduğu kimi çirklənməkdə davam edir. Hazırda Xəzərı tökülən çaylar dənizi üzvi maddələrlə, biogen elementlərlə də zənginləşdirir. Apardığı tədqiqatlara əsaslanaraq M.Ə.Salmanov belə nəticəyə gəlir ki, Xəzərin ekosistemlərinin sabitliyini bərpa etmək üçün çayların axınına sanitar nəzarət ən mühüm tədbirlərdən biri sayılmalıdır. Tədqiqatçının Volqa, Kür,Ural və Terek çaylarında apardığı kompleks tədqiqatlar göstərdi ki, hazırda bu çaylarda özünütəmizləmə prosesləri hər yerdə pozulmuşdur. Xəzər dənizinin çoxkomponentli çirklənməsi bir çox sənaye obyektləri növlərinin məskunlaşdığı mühüm sanitar-gigiyena vəziyyətinin dəyişməsinə təsir göstərən amil olmuşdur. Qiymətli balıq növlərinin kütləvi qırılması adi hadisəyə çevrilmişdir.

Su canlıların həyatında oksigendən sonra gələn ən vacib maddədir. Təbiətin rəngarəngliyi və gözəlliyi üçün biz suyun varlığına borcuyuq. Canlı orqanizmlərin çox hissəsini su təşkil edir. Canlıların yaşaması üçün suyun nə qədər əhəmiyyətli olmasına baxaq, insan qidasız 40 gün və bəlkədə daha çox yaşaya bilər, ancaq susuz 3 gün qala bilər.

Bütün canlılar da belədir, nə qədər suzuzluğa dözümlü  canlı olursa olsun təmamən susuz yaşaya bilməz. Ən çox suya dözümlü heyvan sayılan dəvə uzun müddət susuz qaldıqda bir dəfəyə 200 ltirdən çox su içir.

Yer üzərində suyun çox olmasına baxmayaraq içmək üçün suyun çox az olduğunu nəzərə alsaq onun hər damlasının bizim və ya canlı aləmin varlığı üçün nə qədər əhəmiyyətli olduğunu başa düşərik.



Suyun çirklənməsi onda həll olmuş oksigenin də miqdarının azalmasına səbəb olur. Oksigenin azlığı isə suda yaşayan bitkilər və heyvanların həyat fəaliyyətini çətinləşdirir, biokimyəvi proseslərin normal gedişi üçün əlverişli olmayan mühit yaradır.

Məişət tullantılarının suya axıdılması da hidrosferi çirkləndirdiyi üçün zərərli sayılır. Bu tullantıların tərkibində olan üzvi maddələr suda mikrofloranın sürətlə artmasına və bununla da oksigenin azalmasına, çox zaman, hətta tam tükənməsinə səbəb olur. Belə mühitdə isə yalnız anaerob mikroblar1 artıb çoxalır. Anaerob mikrobların həyat fəaliyyəti nəticəsində əmələ gələn H2S, N2, NH3, CH4 və s. qazlar mühitdəki canlılar üçün ikinci ölüm vasitəsinə çevrilir.

Suyun çiçəklənməsi təkcə sudan istifadəni pisləşdirmir, həm də onun tərkibində suda həll olmuş üzvi birləşmələrin miqdarını artırır, yosunların kütləvi inkişafı suda PH-ı yüksəldir. Əl-tor Xolera xəstəliyinin 1970-1971-ci illərdə 35 ölkədə sürətlə yayılması bu hadisə ilə bağlıdır. Bir qayda olaraq insan, yosunlarla çirklənmiş sudan istifadə etmir, çünki bu sular dadına və qoxusuna görə fərqlənir. Buna baxmayaraq, öz toxumalarında toksinlər toplanmış balıqla qidalandıqda ciddi zəhərlənmə baş verir. Heyvanlar isə belə sulardan istifadə etməyə məcbur olurlar. Dünyanın bir çox regionlarında iri buynuzlu heyvanların və digər kənd təsərrüfat heyvanlarının kütləvi qırılması baş verir.

Su hövzələri və içməli suyun çirklənməsini, III və IV təhlükəlilik sinfinə aid olan maddələrlə xarakterizə edən, eləcə də, suyun fiziki – kimyəvi xassələri və orqanoleptik xarakteristikası əlavə göstəricilərdir. Onlardan prioritet göstəricilərə görə müəyyən olunmuş, su hövzələrinin antropogen çirklənməsinin intensivlik dərəcəsini təsdiq etmək üçün istifadə olunur.

Suyun keyfiyyətinin qiymətləndirilməsinin müxtəlif kriteriyalarının tətbiqi kriteriyaları daha kəskin olan tələbatların üstünlüyünə əsaslanmalıdır. Məsələn, əgər su obyekti eyni zamanda həm içməli su, həm də balıq təsərrüfatı üçün nəzərdə tutulursa, onda suyun keyfiyyətinin qiymətləndirilməsinə daha kəskin tələbatlar qoyulur (ekoloji və balıq təsərrüfatı).



Suyun insan həyatında əhəmiyyəti Suyun hər şeydə faydası var: yemək bişirməkdə, yumaqda, təmizləməkdə, yumaqda və müxtəlif məmulatların istehsalında. Su hər şeydə faydalıdır: yemək bişirmək, yumaq, təmizləmək, yumaq və müxtəlif məmulatlar hazırlamaq. Sağlamlığın qorunmasında suyun rolu çox vacibdir, çünki orqanizmin daimi susuzlaşması çoxlu sayda xəstəliyə səbəb olur. Sağlamlığın qorunmasında suyun rolu çox vacibdir, çünki orqanizmin daimi susuzlaşması çoxlu sayda xəstəliyə səbəb olur. Suyun mənasını hamı bilir, bədənimizdə su olmayacaq, biz də olmayacaq. Bununla belə, biz hələ də xəstəyik. Suyun mənasını hamı bilir, bədənimizdə su olmayacaq, biz də olmayacaq. Bununla belə, biz hələ də xəstəyik.

Təbiətdə su dövranı Təbiətdə su dövranı (hidroloji dövr) yerin biosferində suyun dövri hərəkəti prosesidir. Buxarlanma, kondensasiya və yağıntıdan ibarətdir. Təbiətdəki su dövrü (hidroloji dövr) yerin biosferində suyun dövri hərəkəti prosesidir. Buxarlanma, kondensasiya və yağıntıdan ibarətdir. Dənizlər buxarlanma nəticəsində yağıntı ilə aldıqları sudan daha çox su itirirlər, quruda isə vəziyyət əksinədir. Su dünya ətrafında davamlı olaraq dövr edir, ümumi miqdarı isə dəyişməz qalır. Dənizlər buxarlanma nəticəsində yağıntı ilə aldıqları sudan daha çox su itirirlər, quruda isə vəziyyət əksinədir. Su dünya ətrafında davamlı olaraq dövr edir, ümumi miqdarı isə dəyişməz qalır. Yer üzündə su üç birləşmə vəziyyətində mövcuddur: maye, bərk və qaz. Canlı orqanizmlərin mövcudluğu su olmadan mümkün deyil. İstənilən orqanizmdə su kimyəvi reaksiyaların getdiyi bir mühitdir, onsuz canlı orqanizmlər yaşaya bilməz. Su ən qiymətli və ən dəyərlidir əsas maddə canlı orqanizmlərin həyatı üçün. Yer üzündə su üç birləşmə vəziyyətində mövcuddur: maye, bərk və qaz. Canlı orqanizmlərin mövcudluğu su olmadan mümkün deyil. İstənilən orqanizmdə su kimyəvi reaksiyaların getdiyi bir mühitdir, onsuz canlı orqanizmlər yaşaya bilməz. Su canlı orqanizmlərin həyatı üçün ən qiymətli və zəruri maddədir. Su insanlar üçün həyati əhəmiyyət kəsb edir. Su təkcə həyat mənbəyi deyil, həm də insan orqanizminin mühüm tərkib hissəsidir.

İnsan orqanizmi üçün çox əhəmiyyətli olan suyun miqdarında gün ərzində reallaşan ən kiçik dəyişiklikləri də hiss edən sistemlər var. Bunlardan ən əsası beynimizin noxud dənəsi böyüklüyündə olan hipotalamus hissəsidir. Hipotalamus qanda su nisbəti azaldığında bunu dərhal hiss edir və buna qarşı hipotalamusun alt hissəsində yerləşən 1 sm3 böyüklüyündəki hipofiz vəzi “ADH” adlanan hormon ifraz edir.

Bütün canlıların, həmçinin insanların da əhəmiyyətli həyat qaynağı sudur. Su bədən temperaturunun nizamlanması, qida maddələri və oksigenin daşınması, tullantı maddələrin hüceyrələrdən uzaqlaşdırılması və həzmin asanlaşdırılması kimi insan bədənində reallaşan hər prosesdə iştirak edir. Bundan əlavə orqan və hüceyrələrin qorunmasını təmin edir. Məsələn, hüceyrələrimizi əhatə edən suyun yalnız iki faizini itirsək, təxminən 20%-lik bir enerji itkisinə məruz qalarıq və bu da özümüzü yorğun hiss etməyimizə səbəb olar. Təkcə bu misal suyun insan həyatında nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün kifayətdir.

Təbiətdə oksigen və hidrogen atomları çoxdur. Amma bunlar heç vaxt bir anda bir-birlərinə bağlanaraq suyu meydana gətirmirlər. Hidrogen və oksigen atomlarının birləşərək suyu meydana gətirmələri üçün onlar  toqquşmalıdırlar.  Toqquşma əsnasında hidrogen və oksigen atomlarını meydana gətirən bağlar zəifləyir və bu atomlar yeni molekul olan suyu meydana gətirmək üzrə birləşirlər. Suyu meydana gətirmək üçün zəruri olan bu toqquşma isə ancaq çox yüksək temperaturda və yüksək enerji səviyyəsində baş verir. Hal-hazırda yer üzündə suyu meydana gətirəcək qədər yüksək temperatur yoxdur. Bu səbəbdən də yeni su molekullarının meydana gəlməsi qeyri-mümkündür. Dünyada hal-hazırda mövcud olan, içdiyimiz, istifadə etdiyimiz, dənizləri, okeanları meydana gətirən su – dünyanın yaradılışı dövründəki yüksək temperatur nəticəsində yaranan sudur. Ancaq suyun möcüzəvi xüsusiyyətləri bununla məhdudlaşmır.

Ədəbiyyat siyahısı

https://quedeus.com/az/canli-alemin-heyatinda-suyun-ehemiyyeti-nedir/

http://unec.edu.az/application/uploads/2016/07/Az_rbaycanda-su-ehtiyatlar_n_n-t_s_rrufat-v_-ekoloji-_h_miyy_t_-dissertasiya.pdf

Əliyev.Ekologiya.Ali məktəblər üçün dərslik.Bakı”Elm”-2012.



Ekologiya.Dərs vəsaiti.Bakı.”iqtisad Universiteti”Nəşriyyatı
Yüklə 302,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin