Fənn: Müasir Diplomatiya Müəllim: Mahirə Əzizova Tələbə



Yüklə 32,05 Kb.
səhifə1/9
tarix02.01.2022
ölçüsü32,05 Kb.
#45182
  1   2   3   4   5   6   7   8   9
Bilalzadə Orxan. Müasir Diplomatiya. Sərbəst iş.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI SLAVYAN UNİVERSİTETİ



Fakultə: Beynəlxalq münasibətlər , Regionşünaslıq və Jurnalistika

İxtisas: Regionşünaslıq (Azərbaycan)

Fənn: Müasir Diplomatiya

Müəllim: Mahirə Əzizova

Tələbə: Bilalzadə Orxan

Qrup: R 201 (alt qrup)

Mövzu: XİN-in fəaliyyətnin başlıca formaları

BAKI-2021

XİN-in fəaliyyətnin başlıca formaları

Xarici işlər nazirliyi dövlətin xarici siyasətini bilavasitə həyata keçirən əsas təşkilatdır. XİN gündəlik işində xaricdəki əlaqələrdə, həmçinin ölkəyə ya akkreditə edilmiş, ya da bu və ya digər səbəbdən gəlmiş səfirlərlə - xarici dövlətlərin nümayəndələri ilə görüşlərdə hökuməti və dövləti təmsil edir. Nazirlik, həmçinin dövlətin xarici siyasətinin həyata keçirilməsi üçün əməli fəaliyyət göstərir, ardıcıl surətdə ölkə rəhbərliyi üçün informasiya və ümumiləşdirmələr, müvafiq təkliflər hazırlayır, bu sahədə qəbul edilmiş qərarları yerinə yetirir.. Bəzi ölkələrdə xarici işlər nazirlikləri xarici siyasət və xarici ölkələrlə əlaqə məsələləri ilə məşğul olan idarələrə sistematik nəzarət edir və bu idarələrin üzərinə qoyulmuş funksiyaların həyata keçirilməsinə yardım göstərirlər.

Xarici işlər nazirliyi gündəlik işində xaricdəki diplomatik nümayəndəliklərə rəhbərlik edir, diplomatik kadrların hazırlanması ilə məşğul olur, xarici siyasət sahəsində arxiv materiallarının hazırlanması və bu məsələlərlə əlaqədar rəsmi sənədlərin nəşrinə rəhbərlik edir. XİN aparatının əməkdaşları xarici dövlət və hökumət nümayəndə heyətlərinin qəbuluna hazırlıqda və qəbulunda iştirak edir, dövlət nümayəndələrinin xarici ölkələrə səfərini təşkil edirlər. Nazirliyin nümayəndələri müxtəlif beynəlxalq konfrans və məclislərin işində iştirak edir, müqavilə və razılaşmaların layihələrini hazırlayırlar. Beynəlxalq münasibətlər sahəsində dövlətin hüquq və mənafelərinin müdafiəsi - xarici işlər nazirliyinin və onun bütün bölmələrinin əsas vəzifələrindən biridir.

Xarici işlər nazirliyinin strukturu bu ümumi vəzifələrə və bütün işin xarakterinə müvafiq olaraq qurulur. Bir qayda olaraq nazirliyin rəhbərliyini nazir, onun müavinləri və kolleqiya üzvləri təşkil edir. Nazirliyin strukturunda xüsusi tapşırıqları yerinə yetirən səfirlər, nazirlər yanında müşavirlər, baş və ya ümumi katiblik, operativ diplomatik və funksional idarələr, inzibatitəsərrüfat xidməti olur. Operativ rəhbərlik baxımından XİN aparatında ən mühüm halqa operativ diplomatik idarələrdir. Onlar fəaliyyət xarakterinə görə ərazi və funksional operativ diplomatik idarələrə bölünürlər. Ərazi şöbələri və ya idarələri müəyyən qrup ölkələrlə xarici əlaqələr məsələsilə məşğul olurlar. Bir qayda olaraq bu ölkələr regional əlamətlərə görə müəyyən edilir. Misal üçün, Avropa idarəsi, ABŞ və Latın Amerikası idarəsi, Yaxın və Orta Şərq ölkələri idarəsi, Afrika idarəsi, Çənub-Şərqi və Cənubi Asiya idarəsi və b. XİN aparatının funksional idarələrə bölünməsi bir çox ölkədə qəbul edilmişdir, və buraya konsul idarəsi, protokol idarəsi, müqavilə-hüquq idarəsi mətbuat və informasiya idarəsi, beynəlxalq təşkilatlar, xarici ölkələrlə mədəni əlaqələr idarəsi, xarici siyasət tədbirlərinin planlaşdırılması üzrə idarə, beynəlxalq məsələlər üzrə idarə aiddir. Nazirliyin funksional xidməti haqqında təsəvvürə malik olmaq üçün protokol idarəsinin fəaliyyətini nəzərdən keçirmək kifayətdir. Diplomatik nümayəndəliyin başçıları gəldikləri ölkə ilə ilk əlaqələrini bu idarə vasitəsilə yaradır və ölkənin siyasətinin əsasları ilə tanış olurlar. Protokol idarəsi vasitəsilə XİN rəhbərliyi hər bir ölkə ilə münasibətinin adi və münasib formada tənzimləmək imkanına malik olur. Səfirlərin qarşılanması və yerləşdirilməsi, səfirliyin işinin təşkilində onlara yardım edilməsi idarənin işinin ən mühüm hissəsidir. Səfir etimadnamə təqdim edənə qədər onun XİN ilə və digər rəsmi idarələrlə münasibəti protokol idarəsi vasitəsilə həyata keçirilir.

Protokol idarəsi diplomatik qəbulların, muzeylərə və tarixi yerlərə ekskursiyaların, başqa şəhərlərə səfərlərin təşkilində diplomatik nümayəndəliklərə yardım edir, diplomatik korpus əməkdaşlarının istirahət və boş vaxtlarını mənalı keçirmələri üçün şərait yaradır. Diplomatik korpus üzvlərinin hamı tərəfindən qəbul edilmiş, beynəlxalq hüquqa əsaslanan imtiyazlarına əməl olunmasına nəzarət funksiyasını da protokol xidməti yerinə yetirir. Bunlar - şəxsi toxunulmazlıq (immunitet), diplomatik nümayəndəliklər yerləşən binaların və onların əmlakının toxunulmazlığı, vergi və gömrük güzəştləri, öz hökumətilə şifrəli yazışma hüququ, iqamətgahı üzərində və nəqliyyat vasitələrində bayraq qaldırmaq hüququ və diplomatın rütbəsindən asılı olaraq bəzi mərasim imtiyazlarıdır. Protokol idarəsi həm də xarici dövlət başçılarının, hökumət rəhbərlərinin, xarici işlər nazirlərinin, digər hökumət nümayəndə heyətlərinin ölkəyə gəlməsilə əlaqədar müvafiq mərasimlər təşkil edir. Bu xüsusda hər bir ölkənin özünün protokol qayda və adətləri vardır.



Beləliklə, XİN protokol idarəsi nazirliyin diplomatikoperativ idarəsi olub, bilavasitə diplomatik korpusun, hökumət və dövlət başçılarının, müxtəlif səviyyəli dövlət nümayəndə heyətlərinin gəlişi ilə müxtəlif protokol və tanışlıq-informasiya tədbirlərinin keçirilməsilə bağlı məsələlərin geniş dairəsini əhatə edir. Tamamilə təbiidir ki, bu iş yerinə yetirilərkən öz ölkəsi ilə təmsil edilən nər bir xarici dövlət arasındakı münasibətlərin xarakter və səviyyəsini nəzərə almaq zəruridir. Protokol idarəsinin bütün fəaliyyətinin beynəlxalqhüquqi əsasını diplomatik münasibətlər haqqında 1961-ci il Vyana konvensiyası təşkil edir. Bu Konvensiya diplomatik nümayəndəliklərin fəaliyyətinə aid beynəlxalq hüquq normalarını kodifikasiya edir, diplomatik və texniki heyətin şəxsi imtiyazlarını müəyyənləşdirir. Nazirliyin strukturunda, həmçinin elə şöbə və idarələr var ki, onlar bilavasitə xarici əlaqələri həyata keçirmirlər, bununla belə dövlətin xarici siyasətilə birbaşa əlaqədardırlar. Bunlakargüzarlıq, diplomatik və gizli əlaqə, tarixi-dipiomatik profilli şöbələr, XİN-in bütün mərkəzi və xarici aparatlarına xidmət edən bir sıra inzibati-təsərrüfat şöbələridir. Nazirliyin tərkibində ölkədə akkreditə edilmiş diplomatlarla işləyən daha bir idarə vardır. Bu diplomatik korpusa xidmət idarəsidir. Bu orqan diplomatlara öz məişət məsələlərinin həllində kömək edir, diplomatik korpusa təsərrüfat xidməti göstərir. Aparatın diplomatik işi xaricdəki səfirliklərdən, digər beynəlxalq təşkilatlardan informasiya almaq və müvafiq surətdə cavab verməklə bitmir.

XİN işinin mühüm istiqaməti - ölkədə akkreditə edilmiş səfirliklər, missiyalarla diplomatik əməkdaşlığıdır. Xarici ölkə səfirləri və missiya əməkdaşları vaxtaşırı nazirliyə gəlir, nazir, onun müavinləri, idarə və şöbə rəhbərləri ilə söhbətlər aparırlar. Diplomatik nümayəndəliklərin rəhbərlərinin və əməkdaşlarınn qəbulu xarici işlər nazirliyinin və onun rəhbərliyinin işinin mühüm hissəsini təşkil edir. Bu qəbullar mühüm əhəmiyyətə malikdir, belə ki, öz səfirləri vasitəsilə müvafiq dövlətin hökumətin yerləşmə ölkə hökuməti qarşısında bu ölkələrə aid olan beynəlxalq problemlər üzrə, ümumi xarakterli bilavasitə hər iki tərəfi maraqlandıran məsələlər qaldırır. Bundan başqa, çox vaxt hökumət xarici işlər nazirinə və ya onun müavinlərinə mühüm xəbərləri və təklifləri müvafiq dövlətin səfirləri vasitəsilə çatdırmağı həvalə edir. Bu və ya digər hökumətin mövqeyi haqqında mühüm informasiyanı, bir çox hallarda isə təfsilatı ilə almağa bu və ya digər səfirlə şəxsi ünsiyyət imkan verir. Diplomatik nümayəndəliyin başçısı ilə şəxsi görüş mühüm dplomatiik aksiyadır və hər bir başçı bu görüşə səylə hazırlaşır. O, əvvəlcədən söhbətdə qaldırıla biləcək məsələlərlə tanış olur, hansı məsələləri qaldıra biləcəyini və qaldırmalı olduğunu, söhbətin getməsi yolların və müxtəlif variantlarını götür - qoy edir. Bu hazırlıq, şübhəsiz ki, operativ diplomatik xidmət rəhbərləri, bəzən isə konkret beynəlxalq məsələlər üzrə müxtəlif mütəxəssislər cəlb edilməklə aparılır. Danışıqlarda müzakirə ediləcək məsələlər üzrə XİN müvafiq təkliflər hazırlayır, danışıqlardakı mövqeyi nəzərdə tutan müəyyən sənədləri tərtib edir. Bir qayda olaraq, danışıqların nəticləri danışıqlarda iştirak edən tərəflərin imzaladıqları rəsmi məlumat və ya sazişlərdə öz əksini tapır. Nazirliyin rəhbərliyi, işçiləri daima müxtəlif diplomatik qəbullarda iştirak edirlər. Bu qəbullara onları yubiley və təntənəli mərasimlərlə və ya ölkədəki hər hansı tədbirlərlə əlaqədar da dəvət edirlər. Bir qayda olaraq, bu qəbullardan iştirakçılar fikir mübadiləsi, müxtəlif müqavilələrin, bu və ya digər qərarın əvvəlcədən hazırlanması üçün istifadə edirlər. Bəzi hallarda bu söhbət və fikir mübadilələrində daha böyük nəticələr əldə edilir, nəinki rəsmi danışıqlarda. Məhz buna görə də qəbullar, səhər və günorta yeməkləri, xüsusilə əgər bunlarda hökumət və nazirliyin rəhbərləri iştirak edirlərsə diplomatik praktikanın mühüm hissəsidir. Konkret ölkələrlə münasibətlərin inkişafının təhlili ilə XİN-in müvafiq diplomatik şöbələri məşğul olur. Onlar rəhbərliyin vaxtlı-vaxtında məlumatlandırılmasını və konkret ölkədə baş verən bu və ya digər hadisəyə dərhal münasibət bildirlməsini təmin edir, bu ölkə ilə qarşılıqlı münasibətlərə və ya müəyyən beynəlxalq məsələ üzrə mövqelərin möhkəmlənməsinə dair təkliflər işləyib hazırlayırlar. XİN fəaliyyəinin digər istiqaməti - səfirlik və missiyalarla diplomatik kontaktların saxlanılmasıdır: ölkələri təmsil edən səfirlik və missiyalarla əlaqədar müvafiq addımlar atmaq; səfirlərin, müşavirlərin və səfirliklərin digər işçilərinin qəbulu; nazirlik və müvafiq səfirliklərlə nota yazışmaları; diplomatik qəbullarda iştirak, bu qəbullarda diplomatik işdir.


Yüklə 32,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə