Fənn:Psixologiya Müəllim: p.ü.f.d Həsənli Solmaz Tələbə: İbrahimova Totu Qrup: TQM2113M Mövzu: “Çətin” uşaqlar və onlarla aparılan işin xüsusiyyətləri
“Çətin” uşaqlar
Psixoloji və pedaqoji ədəbiyyatda tez-tez “çətin uşaqlar” sözünə rast gəlmək olur. Müəllim və tərbiyəçilər çox vaxt bəzi uşaqların “çətinliyindən” şikayətlənirlər. Bunun səbəbini isə bir çox amillərlə izah edirlər.
“Çətin” uşaqlar dedikdə çox vaxt sözə baxmayan, şıltaq, tərs, intizamsız, kobud, tənbəl, yalançı, dərsi pozan uşaqlar nəzərdə tutulur. Buna pedaqoji baxımsızlıq səbəbindən yaranan uşaqları aid edirlər.
“Çətİn” uşaqların psixoloji təhlili
Psixoloji ədəbiyyatda “çətin” uşaqların psixoloji təhlilini belə verirlər:
Adətən, elə bir uşaq tapmaq olmaz ki, həyatında heç olmazsa bir dəfə təcavüzkar hərəkət etməmiş olsun. Lakin bunların hamısını “təcavüzkar” adlandırmaq olmaz. Bu qrupa yalnız o uşaqları aid etmək olar ki, onların təcavüzkar hərəkətləri, reaksiyaları özünün davamlılığı, affektiv davranışa səbəb olma xarakteri ilə fərqlənsinlər
Yüksək, idarə olunmayan səviyyəyə çatan emosionallığa malik olan uşaqlar
Bu tipə daxil edilən uşaqlar hər şeyə çox sərt reaksiya verirlər. Əgər onlar hər hansı bir sevinc, şadlıq hissi keçirirlərsə, öz ekspressiv davranışları sayəsində bütün sinfi hərəkətə gətirirlər; əgər onlar əzab, iztirab hissləri keçirirlərsə - onların iniltisi, ah-vayı, ağlamağı həddindən artıq uca və diqqətcəlbedici olacaqdır.
Hədsiz dərəcədə utancaq, hər şeydən tez təsirlənən, küsəyən, qorxaq, həyəcanlı uşaqlar
Bu tipə aid uşaqlar isə öz hisslərini həddindən artıq ucadan və aydın ifadə etməyə utanır, başqalarının diqqətini cəlb etməkdən qorxduqlarına görə öz problemlərini sakit keçirirlər.
“Çətin” uşaqların meydana gəlmə səbəbləri
Ailədə valideynlər arasında uşaqların tərbiyəsində vahid tələbin olmaması;
Uşağın tərbiyəsi və onun şəxsiyyətinin inkişafı üçün müvafiq şəraitin yaradılmaması;
Valideynlər arasında ciddi konfliktin olması;
Valideynlərin davranışında uşağa mənfi təsir edəcək qüsurların mövcudluğu;
Ailədə əxlaq, ictimai münasibət normalarına uyğun olmayan sərvət və normalar sisteminin formalaşması
Onlarla iş aparmaq və onlarda özünü göstərən qüsurları aradan qaldırmaq üçün bu cür uşaqların əmələ gəlməsinin səbəblərini araşdırmaq, psixoprofilaktika və psixokorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazım gəlir. Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi iş düşür.
Burada birinci növbədə əsas diqqət şəxsiyyəti sosial cəhətdən deformasiyaya uğrayan, asosial uşaqların vaxtında diaqnostikasını verməyə yönəldilməlidir. Bu zaman uşaqda “çətinliyin” yaranması səbəblərinin aşkara çıxarılmasına da xüsusi diqqət yetirilməlidir. Bütün bunların əsasında və uşağın fərdi xüsusiyyətini nəzərə almaqla onunla aparılacaq tərbiyəvi iş sistemi müəyyənləşdirilməlidir.
Şagirdlərdə yaranan bu cür qüsurları aradan qaldırmaq üçün bu istiqamətlərdən istifadə etmək olar:
Məktəbə yeni daxil olan şagirdlə, onun valideynləri ilə, uşağa aid bütün sənədlərlə tanış olmaq və bu zaman həmin şagirdin tərbiyəsindəki çətin cəhətləri aşkara çıxarmağa çalışmaq;
“Çətin” şagirdin kollektivə alışmasına köməklik göstərmək, sinif rəhbəri ilə birlikdə şagirdin davranışında mövcud olan qüsurları aradan qaldırmağın planını hazırlamaq;
Davranışında və şəxiyyətinin inkişafında qüsurlar olan şagirdləri dərindən öyrənmək, bu zaman peşə etikası normalarına əməl etmək, imkan daxilində şagirdə yoxlanmasının həqiqi məqsədini bildirməmək. Lazım gələrsə, psixoloq həmin şagirdin əqli inkişaf səviyyəsini müəyyənləşdirmək üçün müvafiq mütəxəssislərlə (məsələn, psixiatr, həkim və b) əlaqə saxlamalıdır. Əgər uşağın inkişafında qüsurlar, psixi normalara uyğun gəlməmək halları müəyyənləşdirilsə, məktəb psixoloqu ona fərdi yanaşmaqla əlaqədar müəllimlərə və valideynlərə məsləhət verə bilər.