AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ
QRUP: TB-20
FƏNN:Turizm bələdçiliyi
MÖVZU: Milli mətbəx turizmi :Çay və kofe turları marşurutları
TƏLƏBƏ: Cəbrayılov Anur
MÜƏLLİM: Səbinə Babayeva
BAKI – 2023
Milli mətbəx turizmi :Çay və kofe turları marşurutları Milli mətbəx turizm sektoru üçün geniş imkanlar təklif edir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Bişirilməsi, tünd ədviyyat və tamlı əlavələr qatılmasına görə digər Şərq ölkələrinin mətbəxinə yaxındır. Hazırda Azərbaycanda xörəklərin hazırlanmasının qədim üsullarının spesifik xüsusiyyətləri saxlanılmaqla yanaşı, müasir kulinariyanın tələbləri də geniş surətdə nəzərə alınır. Ölkəmizin gözəl təbiəti, təbii sərvətləri, çayları, gölləri, Xəzər dənizi geniş və əvəzolunmaz milli mətbəxi formalaşdırmağa imkan verib. Buraya yüksək kalorili ət və balıq yeməklərini, vegetarian tələblərə uyğun göyərti və tərəvəzdən hazırlanan təamlarıda əlavə edə bilərik. Mətbəximiz müxtəlif yerli şərabları, mineral suları, turşuları və şirniyyatları ilə də diqqətəlayiqdir.
Azərbaycanın mətbəx turizmi potensialının nümayişi məqsədilə hazırlanmış kulinariya marşrutu üzrə ölkəmizə gələn turist qrupları üçün müxtəlif turlar təşkil olunur. İl boyu təqdim olunan bu turlara hava limanında qarşılama, yerləşdirmə, Bakı-Qəbələ-Şəki (360 km) və Bakı-Masallı (245 km) marşrutları üzrə bölgələrdə mili mətbəx nümunələrini təklif edən restoranlarda səhər, nahar və şam yeməkləri, habelə müxtəlif tarixi abidələrin, görməli yerlərin ziyarəti, ekskursiyalar daxildir. Menyularda milli mətbəx nümunələri, bölgələrin özünəməxsus yeməkləri, eləcə də Cənubi Qafqaza xas olan yeməklər təklif olunur. Qonaqlara həmçinin Xəzərin nemətlərindən hazırlanmış balıq yeməkləri dadmaq imkanı yaradılır.