Filologiya məsələləri, №4 2019



Yüklə 98,5 Kb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü98,5 Kb.
#39724
4n-123-128
Kubra, Nergiz-lll cild-2, KY0000415, 522174617, 5-13, Ilqar Fehmi-Aktrisa, 679, elmi-ish 857 86-90


Filologiya məsələləri, № 4 2019 

 

123



 

AYTƏN CAVADOVA 

 BDU 

 Ayten.cavadova95@mail.ru 



 

EKSPRESSİV MƏTNİN FORMALAŞMASINDA 

 TƏKRARLARIN ROLU 

 

Açar sözlər: mətn, ekspressivlik, təkrarlar, leksik təkrarlar 



Ключевые  фразы:  текст,  экспрессивность,  повторение,  лексические 

повторение 

Key words: text, ekspressiviness, repetition, lexical repetition 

 

 



Ekspressivlik nitq istifadəçisinin nitqin məzmununa və  ya haqqında 

danışılan  şəxsə  münasibətinin  ifadə  olunma  vasitəsidir.  Ekspressivlik  dilin 

və nitq prosesinin mühüm bir hissəsini təşkil edir və fikrin müxtəlif şəkildə, 

müxtəlif  vasitələrlə  əks  etdirilməsini  təmin  edir.  Ekspressivlik,  nitqi  daha 

qabarıq,  daha  təsirli  etmək  məqsədilə  dildə  mövcud  olan  fonetik, 

leksik,morfoloji  və  sintaktik  vasitələrdən  istifadə  etməklə  söylənilən  fikrin 

ifadəliliyinin,  təsirliliyinin  qüvvətləndirilməsinə,  deyilənlərin  təsir  gücünün 

artırılmasına və bununla da dinləyiciyə müəyyən emosional təsir göstərməyə 

xidmət edir.  

Mətndə  sözlər  bir-biri  ilə  sintaktik,  struktur  və  semantik  vasitələrin 

köməyi  ilə  əlaqələnir.  Mətn  vahidində  ilkin  əlaqə  sintaktik  üsulla  yaranır. 

Sintaktik  üsulun  ən  kiçik  üslubi  ifadə  vasitəsi  söz  birləşmələridir.  Söz 

birləşməsində  informasiya  əsasdır  və  müəyyən  istiqamətlidir.  Struktur 

planda  tekst  yaradıcı  faktorlardan  biri,  mətndaxili  əlaqələrdən  biri  olan 

təkrarlardır.  Təkrarlar  mətnin  komponentləri  arasında  əlaqə  vasitələrinin 

universal növü olub, xüsusi məna ifadə edən temanın ön plana çıxarılması ilə 

əlaqədardır. 

Təkrarlar  mətnin  sintaktik,  leksik  və  semantik  əlaqələrinin  hər  birinin 

daxilində  yarımqrup  təşkil  edir.  Təkrarlar  müxtəlif  növdə  olur.  Üslubi 

imkanlarının əhatəliliyi ilə seçilən təkrarlar sintaktik və leksik təkrar olmaqla 

iki  yerə  ayrılır.  Sintaktik  təkrarlar  özünü  sintaktik  vahidlər  səviyyəsində 

göstərir.  Leksik  təkrarlar  isə  özünü  leksik  vahidlər  səviyyəsində  göstərir. 

Mətnlərin  təşkil  edilməsində  təkrarların  rolu  böyükdür.  Təkrarlar  fikrin 

dolğun,  qüvvətli  çatdırılmasına,  müəyyən  bir  ideya  və  düşüncənin 

vurğulanmasına xidmət edir.  

 

Mətndə təkrar üslubdan aslıdır və mətn vahidlərini semantik cəhətdən 



bir-birinə  bağlayır.  “Bədii  mətndə  semantik  əlaqələrin  iki  tipini-konnotativ 

və assosiativ tiplərini ayırmaq mümkündür. Hər iki tip poetik əsərlərdə geniş 




Filologiya məsələləri, № 4 2019 

 

124



istifadə  olunur”.  Azərbaycan  aşıq  yaradıcılığında,  klassik  ədəbiyyat 

nümunələrində,  məsələn,  Vidadinin  qəzəllərində  əlaqənin  konnotativ  və 

assosiativ  tiplərindən  istifadə  olunur.  Bu  tip  əlaqələr  feili  təkrarların 

işlədilməsi müşahidə olunur. Məsələn; 

 

 

Eylədim təhqiq kim qövsi-qaşın tək növnəhal 



 Hüsn bağində qədin rəftarə gəlmiş, gəlməmiş. (Vidadi) 

Burada  “gəlmiş-gəlməmiş”  tipli  feili  təkrarlar  əlaqə  yaratmaqla 

informasiyanın  təsirliliyini  artırır.  Bu  feili  təkrarlar  konnotativ,  həm  də 

assosiativ əlaqə növlərinin yaranmasında iştirak edir. 

Təkrarlar mətnin yaranmasında xüsusi roloynayır. Mətndə özünü göstərən 

təkrarların  müxtəlif  struktur  növlərinə  rast  gəlmək  olur  və  prinsip  etibarilə 

mətnin  bütövlüyünə  xidmət  edən  sementvari  üsul  kimi  üzə  çıxır.  Təkrar 

olunan  komponentlər  mətnin  emosionallığını  artıran  vasitə  kimi  çıxış  edir. 

Mətndə  takrar  heç  də  həmişə  vahidi  olduğu  kimi  təkrarlamır,  bəzən  vahid 

transformasiyaya  uğraya  bilir.  Ilk  cümlədə  verilən  vahid  orta  cümlələrdə 

transformayiya uğrayır və son cümlədə ellipsisə uğrayır. 

Məsələn ; Müqəddəsin qəbri Şuşadan bir saatlıq yol uzaqlığında idi. Hər 

il  bütün  şəhər  bu  qəbrin  yanına  səcdəyə  gəlir  və  müqəddəs  ağaclıqda 

xudmani  məclis  qurub  bayram  edirdi.  Xüsusilə  mömin  olanlar  bu  qəbrə 

qədər uzanan yolu ayaqla deyil, diz üstə sürünə-sürünə qət edirdilər. Qəbrin 

üstündəki ağaclara əl vurmaq qadağan idi. Kim ağacların bircə yarpağına 

toxunsaydı, elə yerindəcə iflic olurdu. (Qurban Səid) 

Müqəddəsin  qəbri  bütün  mətn  boyu  transformasiyaya  uğrayıb.  Birinci, 

ikinci və üçüncü cümlələrdə söz birləşməsi transformasiya nəticəsində qəbir 

sözü ilə əvəz olunur. Sonuncu cümlədə söz göstərilmir. 

Mətn  daxilində  özünü  göstərən  təkrarlar  bəzən  tematik  proqressiyaya 

səbəb olur. Tematik proqressiya hadisəsi odur ki, əvvəlki cümlənin reması, 

sonrakı  cümlənin  temasına  çevrilir.  Bu  hadisə  ilə  tema-rema  əvəzlənməsi 

inkişaf edir. 

Məsələn  ;  Xudayar  bəyin  övrətinin  adı  Şərəfdi.  Şərəf  ortabab,  qara  və 

arıq övrətdi ; yəni göyçək övrət deyil. Yaşı olar qırx, bəlkə də bir az artıq ; 

bəlkə ki, sinndə Xudayar bəydən böyükdü. (Cəlil Məmmədquluzadə) 

Bu misalda birinci cümlədə Şərəf sözü cümlənin reması, ikinci cümlədə 

isə cümlənin temasıdır. Birinci cümlədə yenini , ikinci cümlədə isə məlum 

olanı bildirir və artıq burada Şərəf xanımın görünüşü ilə bağlı yeni məlumat 

verilir. 

 

 Leksik təkrarlar özünü leksik vahidlər səviyyəsində göstərir. “Leksik 



təkrarlar  məna  müxtəlifliyinə  imkan  vermir,  mənanın  həmin  təkrarlanan 

vahid ətrafında formalaşması üçün şərait yaradır”. Leksik təkrarların təsnifatı 

maraqlı və mürəkkəb xarakter daşıyır. Mürəkkəblik əsasən cümlə təkrarına 

xidmət  etməklə,  xəbərdə  tam  və  natamam  formada  özünü  göstərir.  Kamal 




Filologiya məsələləri, № 4 2019 

 

125



Abdullayev  belə  qeyd  edir;  “Xəbərin  təkrarı  tam  və  natamam  ola  bilir. 

Natamam  təkrarlardan  o  zaman  danışmaq  olur  ki,  paralel  komponentlərdə 

müxtəlif subyektlər iştirak edir və uzlaşma eyni şəkildə həyata keçirilmir”. 

Leksik  təkrarlar  mətnin  struktur  xüsusiyyətlərindən  asılı  olaraq  eksplisit 

və  implisit,  tam  və  ya  natamam  şəkildə  təzahür  edə  bilərlər.  Eksplisit 

təkrarın aşkar şəkildə, implisit isə gizli şəkildə əks olunmasıdır. Tam leksik 

təkrar  zamanı  mətnin  əvvəlki  cümləsində  istifadə  olunmuş  leksik  vahid 

sonrakı digər cümlələrdə də hər hansı dəyişikliklə deyil, tam formada təkrar 

olunur. Tam leksik təkrarlar fikrin daha qabarıq çatdırılmasında, mətnin dərk 

olunmasında önəmli yer tuturlar. Leksik təkrarın digər təzahür forması olan 

natamam təkrarlar isə mətnin sonrakı komponentlərində ilk cümlədə olduğu 

kimi deyil, müəyyən dəyişikliklərə məruz qalaraq çıxış edirlər. 

 

Uğurlu  və  mətn  yaradıcılığının  tələblərinə  cavab  verən  əsərlərdə 



leksik  təkrarlar  mühüm  yer  tutur,  məzmun  və  ideyanın  dərk  olunmasında 

açar rolunu oynayırlar. Mövlud Süleymanlının əsərlərində  işlədilmiş  leksik 

təkrarlar da öz üslubi xidmətləri ilə seçilir. “Yanğın” hekayəsində yer almış 

leksik təkrarları nəzərdən keçirdiyimiz zaman bunun şahidi ola bilərik ki, bu 

vahidlər ekspressivlik  və intensivlik  daşıyıcısı  kimi çıxış  edə  bilərlər ; Sən 

elə yat – dedi! – Gözün yuxudan açılmasın, yat, sənnən ötrü qazanır, yetim 

Xıdır, yat... 

 

Bu  göstərilən  nümunə  tam  leksik  təkrara  aid  nümunədir.  Əvvəlki 



cümlədə  işlənmiş  söz  digər  cümlədə  də  olduğu  kimi  təkrar  olunur,  heç  bir 

dəyişikliyə  uğramır.  Bu  cür  təkrarlar  mətndəki  məzmunu  daha  qabarıq 

çatdırmağa  kömək  edir  və  əsasən  klassik  ədəbiyyatda  daha  çox  istifadə 

olunur. 


 

Təkrarları  qruplaşdırarkən  cümlə  daxilində  işlənən  təkrarlara  sadə 

leksik  təkrarları  daxil edirik ki, bunlar içərisində  ən çox işlənən  növü  eyni 

leksik vahidin cümlə daxilində bir dəfə deyil, bir neçə dəfə işlədilməsidir. Bu 

cür təkrarlar, təkrar olunan vahidin həmin kontekstdə ifadə etdiyi mənasını 

gücləndirmək,  emosioal  çalarlığı  artırmaq  və  həmin  təkrar  olunan  sözün 

ətrafında cəmləşmiş informasiyanın əhəmiyyətini qabartmaqdır. 

Məsələn; Ah, zavallı qadınlar!... Bütün mühit və qanunlar onlara düşman

bütün din və adətlər düşman; bütün təbiət və kainat düşman!... 

 

Leksik  təkrarlar  leksik  vahidlərin,  yəni  söz  və  söz  birləşmələrinin 



vasitəsilə  yaranır.  Leksik  təkrarlara  həmçinin  cümlələrin  təkrarını  da  aid 

etmək  olar.  Sözlərin  söz  birləşmələrinin  və  cümlənin  təkrarına  nümunə 

olaraq Kitabi Dədə Qorquddan nümunələr göstərmək olar; 

 

Belə  dedikdə  qız  tanıdı-  bildi  ki,  Beyrəkdir.  Cübbə  çuxası  əynində 



Beyrəyin ayağına düşdü. Dayələr Beyrəyə təzə qaftan geyindirdilər. Bu anda 

qız  sıçrayıb  ata  mindi,  çarparaq  muştuluq  üçün  Beyrəyin  ata-  anasına 

xəbərə getdi. 



Filologiya məsələləri, № 4 2019 

 

126



 

Qanlı Qoca deyir: “Oğul, səhər vaxtı gedib günorta gəlmək olmaz. 

Günorta  gedib  axşam  gəlmək  olmaz.  Oğul,  sən  tələs,  mal  yığ,  mən  sənə 

gedim  qız  axtarım!”.  Bu  mətnlərdə  isimlərin  təkrarı  olmuşdur.  Birinci 

mətndə Beyrək sözü dörd dəfə, ikinci mətndə isə oğul sözü  iki dəfə  təkrar 

olunmuşdur.  Birinci  misal  natam  təkrar,  ikinci  misal  isə  tam  təkrar 

nümunəsidir. 

 

Sözlərlə  yanaşı  söz  birləşmələrinin  də  təkrarı  mətnin 



formalaşmasında  əhəmiyyətli  rol  oynayır.  Söz  birləşmələri  mətnlərdə 

müxtəlif  cür özünü göstərə  bilir ; sifət- isim, say-  isim,  əvəzlik-  isim,  isim- 

isim və s ; 

Qırx  igidinə  çalmasını  yellədi,  əl  eylədi.  Qırx  igid  bədəvi  atını  oynatdı, 

oğlanın yanına yığıldı. 

 

Bu misalda natamam leksik təkrardan istifadə olunmuşdur. Igid sözü 



dəyişikliyə  uğramışdır.  Mətndə  ekspressivlik  yaradan  vasitələrdən  biri  də 

cümlələrin təkrarıdır. Bu cür leksik təkrarlar mətndə əlaqələnməni yaradır və 

mətnin  mənasının  açılmasına  xidmət  edir.  Lakin  mətn  daxilində  cümlə 

təkrarlandıqca müstəqilliyini müəyyən dərəcədə itirmiş olur. Mətndə bəzən 

elə məqamlar olur ki, onu yalnız cümlənin təkrarı vasitəsilə çatdırmaq olur 

və cümlənin təkrarı əsas rol oynayır. Cümlənin təkrarı tam təkrar formasında 

özünü göstərir. Mətndə onu təşkil edən cümlələr təkrar edilməklə bir- birinə 

koherent  şəkildə  bağlanır.  Belə  mətnləri  tədqiqatçılar  zəncirvari 

mikrostrukturların  birliyi  hesab  edirlər.Bütün  bu  göstərdiyimiz  nümunələr, 

sözlərin,  söz  birləşmələrinin  və  cümlələrin  təkrarı  mətndə  mənanın  daha 

qabarıq çatdırılmasında kömək edirlər.  

 

İstifadə olunmuş ədəbiyyat 



 

1. Abdullayev K. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı; 

Maarif, 1998. 

2. Adilov M. Azərbaycan dilində təkrarlar sistemi. Fil.elm.dokt.diss. Bakı, 

1967. 

3. Bəylərov A. “Bədii dildə üslubi fiqurlar. Bakı; Nurlan, 2008. 



4. Тураева З.Я. “Лингвистика текста”. М., 1986 

 

 



 

 

 



 

 

 




Filologiya məsələləri, № 4 2019 

 

127



         А. Джавадова 

 

Роль повторении в оформлении экспрессивного текста 



 

Резюме 


 

 

Экспрессивность  отражает  разные  мысли  и  обеспечивает 



варазительность  мыслей.  Экспрессивность  обширно  выражается  на 

фонетическом,  лексическом  и  синтаксическом  уровне.  Повторение 

текста, как творческий фактор обеспечивает выражение своей мысли в 

более  сильном  или  слабом  уровне.  Повторение,  как  лексическое  и 

синтаксическое  делитая  на  2  группы.  По  структуре  встречаются 

повторения слов, словосочетаний и предложений.  

Начало  предложений  бывают  в  анофонической  форме,  конец 

предложений  бывают  в  эпизодической  форме.  Подвергаясь 

трансформации, они употребляются. Лексические повторения, будучи в 

уровне  лексической  единицы,  бывают  в  палной  или  непалной  форме. 

Полные  лексические  повторения  играют  важное  место  в  усвоении 

текста и повторяются в полной форме.  

В  отличии  от  полных  повторений,  в  непалных  повторениях 

компоненты текста, подвергаясь изменению повторяются. Лексическое 

повторение  имеет  такие  стили,  как  образность,  эмоциональность, 

экспрессивность. Повторение словосочетаний, предложений обогащает 

структуру  текста.  Выходя  из  этого,  можно  сказать,  что  лексическое 

повторение это одно из важных средст образования экспрессивности.  

 

 

 



  

 

 



 

 

A.Cavadova  



The role of repetition in the formulation of expressive text 

 

Summary 



 

Expressiveness promotes the expression of the idea by strengthening the 

effectiveness  of  the  idea,  its  effectiveness.  Expressiveness  at  phonetic, 

lexical, syntactic level is extensive. Repetitive as one of the creative factors 

of the text, enables idea to be strong or weak.  

Repetition is divided into two groups: lexical and syntactic repetition. In 

the  form  of  repetition  of  words,  vocabulary  and  sentences  in  the  text 

according to its structure.  

 

Repetitions are anaphoric at the begining of the sentence and in epiphoric 



form  at  the  end  of  the  sentence.  Lexical  repetitions  at  the  level  of  lexical 

units  are  complete  and  incomplete.  Complete  lexical  repetitions  play  an 




Filologiya məsələləri, № 4 2019 

 

128



important  role  in  comprehension  of  text  and  repeated  in  full  from  without 

any  change.  Unlike  complete  repeats,  the  component  of  the  incomplete 

repeatis  repeatedly  modified.  Lexical  repetitions  have  styles  such  as 

imagery, emotionality, expressiveness.  

Repetition of word combinations, sentences, has a richer text. Based on 

all these statements, one can say that lexical repetitions are one of the key 

means of expressiveness and one of great importance. 

 

 



Rəyçi: Elmira Həsənova 

Filologiya elmləri doktoru, professor  



 

    


 

Yüklə 98,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə