Firma, rəqabət Bəhsetmə bazar iqtisadiyyatında cox muhum amildir



Yüklə 19,14 Kb.
tarix29.04.2022
ölçüsü19,14 Kb.
#56634
Belge (1)


Firma, rəqabət

Bəhsetmə bazar iqtisadiyyatında cox muhum amildir.

İnsanların təsərrufat fəaliyyətini xeyli dərəcədə muəyyənləşdirən bəhsetmənin ən parlaq təzahuru isə rəqabətdir.

Rəqabət – eyni məhsul istehsalcılarının bazarda mumkun qədər cox alıcı cəlb etmək və bunun sayəsində daha cox xeyir goturmək uğrunda apardığı iqtisadi yarışdır. Bazar sistemində rəqabət nəzarətin muhum vasitəsidir. Tələb və təkliflə əlaqədar bazar mexanizmi istehsalcıların istəkləri əsasında istehsal edilən məhsulu muəssisələrə və onların koməyi ilə resurs satıcılarına catdırır.

Rəqabət istehsalın genişləndirilməsinə və məhsulun qiymətinin istehsal xərclərinə muvafiq səviyyəyə endirilməsinə səbəb olur. Lakin rəqabətin iqtisadiyyata, onun səmərəliliyinə musbət təsiri təkcə sadaladığımız amillərlə bitmir. Rəqabət muəssisənin elmi-texniki nailiyyətlərdən daha geniş istifadə etməsinə, muasir texnika və texnologiyanın istehsala tətbiq edilməsinə stimul yaradır.

İnhisarcılıq rəqabətin əksidir. İnhisarcılıq şəraitində bazarda yalnız bir satıcı və coxlu alıcı olur. İnhisarcı muəyyən əmtəənin yeganə istehsalcısı olduğundan, bazarda cəmiyyət artıq xərc cəkməli olacaqdır. Cunki inhisarcılıq şəraitində istehsal olunmuş və alıcılara təklif edilən malın miqdarı onu alan iştirakcıların tələbinə nisbətən az olacaq, həmin mal alanlar isə ondan otru daha cox pul odəyəcəklər. Azad rəqabət şəraitində inhisarcının təklifi daha az olur.

Onu da qeyd etmək lazımdır ki, muəyyən malın yeganə istehsalcısı vəziyyətində olmaq inhisarcı ucun sərfəlidir. O, həmin malın qiymətini asanlıqla artıra bilər, cunki bu halda inhisarcı onunla rəqabət aparan istehsalcıların bu mala daha aşağı qiymət qoymaqla həmin istehsalcıların bazarı ələ kecirəcəyindən ehtiyat etmir. Lakin bu hec də o demək deyil ki, inhisarcı malın qiymətini istədiyi qədər artıra bilər. İnhisarcı malın qiyməti barədə qərar qəbul etməzdən əvvəl bazarda həmin mala tələbatı oyrənir, oz muəssisələrində istehsal xərclərini və məhsulun satışı ilə bağlı xərcləri təhlil edir. Tələbatın xarakterinə muvafiq olaraq, malın qiyməti nə qədər yuksək olsa, ona tələbat bir o qədər az olur və əksinə.

İnhisarcı bunları nəzərə alaraq mala qiymət qoyur, onun istehsal həcmini və goturəcəyi gəliri muəyyən edir. Kicik muəssisələr rəqabətə nə dərəcədə davamlıdırlar? Onlar iri muəssisələrin qarşısında davam gətirə bilərmi? İqtisadcıların fikrincə, əməli təcrubəyə əsaslanan qərbin bəzi iri şirkətləri kicik muəssisələrə xas olan bir sıra musbət xususiyyətlərdən mərhumdurlar.



Bəs iri şirkətlərin səciyyəvi qusurları nədən ibarətdir?

Əvvəla, onlar ozlərinin butun əlaqələrinə və bazarlara nəzarət edə bilmirlər. Hər hansı əsaslı dəyişiklikləri risk hesab edirlər. İri muəssisələr «divanə» adamlarla dil tapa bilmirlər, halbuki cox vaxt yeni ideyaların təşəbbuskarları məhz bu cur adamlar olur. İri firmalar, məsələn, iyirmi ildən sonra gəlir verməyə başlayacaq layihədə sərmayə qoymaq barədə cox cətinliklə qərar qəbul edirlər. Onlar oz vəsaitlərini cox surətlə xərcləyirlər. Vəsaitin tezliklə gətirəcəyi gəliri gozləmək bu cur şirkətləri zəruri potensial imkanlardan mərhum edir. Nəhayət, iri firmalarda sahibkarları riskə gorə mukafatlandırmaq praktikası qəbul edilməmişdir. Bu cur şirkətlərin mudirləri əmtəə barədə deyil, planlar barədə rəy soyləyir, onları təsdiq edirlər. İri şirkətlərdən fərqli olaraq, kicik firmalar «ehtiyaca gorə səmtləşmə» prinsipi uzrə fəaliyyət gostərirlər. Onların bazarda nə isə təzə, real səmərə verəcək şeylər təklif etmələri həyatı əhəmiyyət kəsb edir. Bir qayda olaraq, kicik firmalarda hər hansı yenilik bu sahədə lazımi biliklərə malik olan bir nəfər əzmkar adamın təşəbbusu ilə ozunə yol tapır. Qeyd etmək lazımdır ki, yeni malların boyuk əksəriyyəti məhz kicik firmalarda yaranır. Kicik firmalar perspektivi goturməyi, buna muvafiq duşunməyi bacarırlar. Bu firmalarda istehsal prosesinin başlanğıc mərhələsində cəkiləcək xərclər nisbətən az olur, cunki bu mərhələnin uzun surməsi yeni məhsulun mənimsənilməsinə və onun buraxılmasına mənfi təsir gostərə bilər. Nəhayət, kicik firmalar riskli muəssisələrə kapital qoyan adamlarla işləməyi bacarırlar. Burada sərmayədar bilir ki, bir uğurlu iş bir necə uğursuzluğun əvəzini cıxa bilər. İri firmada isə birgə işguzarlıq butovlukdə firmanın işinə ciddi zərər vura bilər. Beləliklə, kicik firmaların sadaladığımız ustunlukləri gostərir ki, onlar rəqabət mubarizəsini muvəffəqiyyətlə apara bilərlər.
Yüklə 19,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin