Müəyyən bir ərazidə hərbi fəaliyyət, qəza, təbii və s. fəlakətlər nəticəsində əmələ gələn, insanların məhvinə səbəb olan, onların sağlamlığına, həyat fəaliyyətinə, ətraf mühütə zərərli təsir göstərən, əhəmiyyətli dərəcədə maddi-material itkilərlə nəticələnən hallar fövqəladə hallar (FH-lar) adlanır.
FÖVQƏLADƏ HALLARIN TƏSNİFATI
1. Münaqişə xarakterinə görə FH-lar münaqişəli (hərbi toqquşmalar, iqtisadi böhranlar, ekstremist siyasi mübarizələr, sosial partlayışlar, milli və dini münaqişələr, terror, cinayət azğınlığı, böyük miqyaslı korrupsiya və s.) və münaqişəsiz FH-lara (təbii, texnogen, ekoloji, bioloji-sosial xarakterli) bölünürlər.