Fövqəladə hallarda (FH) əhali arasında itkilərin qarşısının alınması



Yüklə 121,7 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix21.12.2023
ölçüsü121,7 Kb.
#187505
  1   2   3   4   5   6   7   8   9
dMovzu-9-MM-muhafiz-qur-ular-1







Fövqəladə hallarda (FH) əhali arasında itkilərin qarşısının alınması 
və ya maksimum dərəcədə azaldılmasına yönəldilən mühəndis-texniki 
tədbirlər kompleksinə mühəndis-mühafizə sistemi deyilir. Bu 
kompleksə (mühəndis tədbirlərinə) aid edilən əsas tədbirlərdən biri də 
mühafizə qurğularının inşaatıdır.
Mülki müdafiənin mühafizə qurğuları fövqəladə hallarda 
adamların daldanıb hər cür zədələyici vasitələrdən qorunması üçündür 
və onlardan sülh dövründə müəssisələrin ehtiyacları və əhaliyə xidmət 
məqsədilə istifadə edilməlidir.


Fövqəladə hallar qəflətən yaranan hallarda belə xüsusi qurğular 
əhalinin mühafizəsi üçün ən etibarlı və səmərəli vasitədir.


Təyinatına görə
Yerləşdirilməsinə görə
Tikilmə müddətlərinə görə
Yüklənən konstruksiyaların materialına görə
Mühafizə xassələrinə görə










MM qurğularının təyinatı, təsnifatı 
Böyük şəhərlərdə və iri obyektlərdə əhalinin mühafizəsi üçün 
əvvəlcədən sənaye avadanlıqlı sığınacaqlar tikilir ki, bunlardan sülh 
dövründə təsərrüfatın ehtiyacları üçün istifadə edilməlidir.
Belə sığınacaqlar təsdiq olunmuş təsərrüfat və sosial planlara 
uyğun olaraq nazirliklərin və baş idarələrin tikinti təşkilatları tərəfindən 
əsaslı təmir və ya yenidən qurulma zamanı inşa edilirlər.
Əvvəlcədən tikilən sığınacaqların inşa müddəti onların 
tutumundan asılı olaraq 1 ildən 1,5 ilə qədərdir.

Yüklə 121,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin