2. Fövqəladə hallarda əhalinin köçürülməsi
Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 saylı qərarı ilə təsdiq edilmişdir.
Bu əsasnamədə sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin mühafizəsinin üsullarından biri olan köçürmə tədbirlərinin Azərbaycan Respublikası ərazisində planlaşdırılması və həyata keçirilməsi üzrə əsas tələblər müəyyən edilir. Əsasnamənin əsas müddəaları aşağıdakılardır:
Ümumi müddəalar;
Köçürmə tədbirlərinin planlaşdırılması və təşkili;
Köçürmə tədbirlərinin təminatı .
Əhalinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir müəssisə, idarə, təş- kilat, məktəb üçün təhlükəsiz zonada yerləşmə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləcək fəhlələrin, qulluqçuların və onların ailə üzvlərinin sayından asılı olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər.
Zamandan asılı olaraq təhlükəli zonadanköçürülmə tədbirləri 2 cür həyata keçirilir:
-Qabaqcadan
-Təcili
Kütləvi qırğın vasitələrinin tətbiq edilməsi, təbii fəlaklət və təhlükəli obyektlərdə qəzaların yaranması ehtimalı barədə etibarlı mənbələrdən məlumat gəldikdə əhalinin və obyektlərin personalının təhlükəli ərazidən qabaqcadan köçürülməsi yerinə yetirilir. Bunun həyata keçirilməsinin əsası fövqəladə halın yaranmasının qısamüddətli proqnozlaşdırılmasıdır. Bu proqnozlaşdırma bir neçə saat öncə edilir və həmin müddət ərzində dəqiqləşdirilir.
Fövqəladə vəziyyət yaranarkən əhalinin və obyektlərin personalının fəlakət zonasından təcili köçürülməsi yerinə yetirilir və bu minimal vaxt ərzində həyata keçirilir. Bu müddət bir neçə dəqiqədən bir neçə saata kimi ola bilər. Təcili köçürülmənin xüsusiyyətlərindən də biri odur ki, proses köçürülənlərə müxtəlif təsir şəraitində tamalana bilər.
Miqyasından asılı olaraq təhlükəli zonadan köçürülmə 2 yerə ayrılır.
-Lokal
-Yerli
Lokal köçürülmə.Fövqəladə hal baş vermiş və ya baş verəcək ərazi – şəhər mikrorayonları və ya kiçik tipli yaşayış məntəqələri olarsa bu növ köçürülmə həyata keçirilir. Belə halda köçürülməli əhalinin və obyeklətrin personalının sayı on nəfərdən minə kimi ola bilər. Onları ən yaxın yaşayış məntəqələrində və şəhərin fövqəladə haldan zərər çəkməmiş rayonlarında yerləşdirirlər.
Yerli köçürülmə.Fövqəladə zona – aralıq şəhərlər, böyük şəhərlərin ətraf rayonları, şəhərin özlərində olan zaman bu növ köçürülmə həyata keçirilir. Belə halda köçürülməli əhalinin və obyektlərin personalının sayı bir neçə mindən yüz münə qədər ola bilər. Köçürülənlər isə daha uzaq şəhər və ya digər zonalara yerləşdirilirlər.
Fövqəladə zonaya düşən əhalinin sayından asılı olaraq köçürülmənin həyata keçirilməsini belə təsnif etmək olar:
-Ümumi köçürülmə
-Qismən köçürülmə
Ümumi köçürülmə səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar hərbi komissarlığa getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhalinin köçürülməsini nəzərdə tutur.
VQismən köçürülmə isə ayrı kateqoriya insanların, yaranacaq təsirə daha həssas olanların, əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sahələrində işləməyən əhalinin köçürülməsini nəzərdə tutur.
Köçürmənin göstərilən variantlarından birinin seçilməsi təhlükənin yayılma miqyasından və xarakterindən, həmin ərazidə yerləşən istehsal obyektlərin istifadə perspektivlərindən asılıdır.
Şəhərlərdən, rayonlardan və ayrı-ayrı yaşayış məntəqələrindən əhalinin köçürülməsi barədə qərarları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər: Müharibə dövründə— Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra hakimiyyəti başçısının təklifi üzrə — Azərbaycan Respublikasının Prezidenti və ya Baş Naziri; Sülh dövründə — ərazisində fövqəladə hallar yaranmış şəhərin (rayonun) icra hakimiyyəti başçısı. Bu barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə və Baş Nazirinə məlumat verir. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə əhalinin yaşayış üçün təhlükəli olan rayonlardan köçürülməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həyata keçirilir.
Silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlardan və cəbhəətrafı zolaqlardan əhalinin köçürülməsi hərbi komandanlığın və icra hakimiyyəti başçısının birgə qərarı ilə həyata keçirilir. Bu barədə onların tabeliyi üzrə yuxarı idarəetmə orqanlarına dərhal məlumat verirlər.
Əhalinin köçürülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir. İstehsalat prinsipi
Fəhlələrin, qulluqçuların, digər işçilərin və onların ailə üzvlərinin, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsilalanların obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur.
Belə hallarda, təhlükəli rayonlarda fəaliyyətini davam etdirən obyektlərin işçiləri təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən sonra növbələr üzrə mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən köçürüldüyü rayona aparılırlar.
Qalan əhali isə ərazi prinsipi üzrə — yaşayış yerlərindən köçürülür. Köçürmənin aşağıdakı növ üsulları vardır:
-Piyada üsul (əsas);
-Bütün növ nəqliyyat vasitələri ilə;
-Kombinasiyalı üsul.
Köçürüləcək əhalinin sayı nəqliyyatın vasitəsinin və nəqliyyat şəbəkəsinin olmasından, onun buraxma imkanından və d. Şərtlərdən asılı olaraq köçürmə komissiyası tərəfindən müəyən edilir. İlk öncə tibbi müəssisələr, uzaq məsafələri piyada gedişlə qət etmək imkanı olmayan şəxslər (hamilə qadınlar, 14 yaşına kimi uşağı olan qadınlar, laborator şəraitdə müalicə olunan şəxslər, 65 yaşından böyük
Kişilər və 60 yaşından böyük qadınlar), və həmçinin, öz fəaliyyətini fövqəladə halda da davam etdirən azad növbəli müəssisələrin işçiləri və əməkdaşları köçürülürlər. Qalanları isə piyada köçürülür
Köçürülənləri uzaq məsafəyə daşımaq üçün əsasən nəqliyyatdan istifadə edilir. Köçürmə üçün istifadə olunan nəqliyyat vasitələri müxtəlif ola bilər: Avto (şəxsi),
Dəmiryol, su və hava nəqliyyatı. Sərnişin nəqliyyatından da əlavə yük maşınlarından, yük qatarlarından, yük təyyarə və gəmilərindən də istifadə olunur.
Dostları ilə paylaş: |