Sığınacaqların və radiasiya əleyhinə daldalanacaqların mühafizə xassələrinin təyin edilməsi
PLAN :
Sığınacaqların yerləşdirilməsi :
2. Mühafizə qurğularının tipinin seçilməsi:
3. Radiasiya daldalanacaqları :
GİRİŞ :
Sığınacaqların yerləşdirilməsi :
Sığınacaq — orada sığınan əhalinin nüvə partlayışının bütün zədələyici amillərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən, habelə yanğınlar zamanı yüksək temperaturun və yanğın məhsullarının təsirindən mühafizəsini təmin edən hermetik mühəndis qurğusudur.
Yerləşmə yerinə və konstruksiyasına görə sığınacaqlar bina ilə birgə tikilən və ayrı tikilən ola bilər.
Bina ilə birŒə tikilən sığınacaqlar sığınacaq tikilən meydançadakı ən azmərtəbəli binaların altında yerləşdirilir. Onlar, üzərindəki bina ilə birgə vahid həcm təşkil edir və adətən, bu binanın özülü (fundamenti) rolunu oynayır. Birgə tikilən sığınacaqlar zirzəminin (yarımmərtəbə) bütün sahəsində, ya da bir hissəsində yerləşdirilir, bəzən isə binanın hüdudlarından kənara da çıxarıla bilər.
Binadan ayrı tikilən sığınacaqlar həcmi planlaşdırma konstruksiyasına görə əlahiddə olub, imkan daxilində boş ərazidə, adətən, uçqun altında qalmayacaq sahələrdə (ehtimal edilən uçqun zonasından kənarda) yerləşdirilir.
Sığınacaqların və radiasiya əleyhinə daldalanacaqların mühafizə xassələrinin təyini. Bu mərhələdə mühafizə qurğuları vasitəsilə radiasiyanın zəiflədilməsinin tələb olunan davamlılığı və dərəcəsi nəzərə alınır.
Sığınacaq və radiasiya əleyhinə daldalanacaqların möhkəmliyi zərbə dalğasından mühafizə xassələri ilə xarakterizə olunur və qurğular zərbə dalğasının ön cəbhəsində təyin olunmuş izafi təzyiqə (Pº.슴.) davam gətirməlidir.
Mühafizə qurğularının tələb olunan möhkəmliyi (Pº.ò³ë.) obyektdə gözlənilən maksimal izafi təzyiqə əsasən təyin olunur:
Pº.ò³ë. = Pº.ìaõ.
Sığınacaq və radiasiya əleyhinə daldalanacaqların mühafizəedici konstruksiyaları (divarlar, örtüklər) radiasiyanın təsirini buraxılabilən səviyyəyə qədər azaltmalıdır. Radioaktiv zəhərlənmə zamanı radiasiyanın təsirinin buraxılabilən səviyyəsi mühafizə qurğularının daxilindəki radiasiya səviyyəsidir. Burada şüalanma dozası radioaktiv maddələrlə zəhərlənmə anından sonra 4 sutka (96 saat) ərzində birdəfəlik təhlükəsiz şüalanma dozasından (50 R) artıq olmamalıdır.
Onda mühafizə qurğularının ðadioaktiv zəhərlənmə zamanı radiasiyanı zəiflətmə əmsalı belə tapılır:
Kç.ð.ç.ò=Dð.ç.ìaõ/50,
burada Dð.ç.ìaõ – partlayış anından sonra 4 sutka ərzində açıq yerdə maksimal doza:
burada P1 max – partlayış gözlənilən obyektdə partlayışdan 1 saat sonra radiasiyanın maksimal səviyyəsi; tb – partlayış anına nisbətən zəhərlənmə vaxtı, saat: tb=+t÷; t÷ – radioaktiv zəhərlənmənin çökmə vaxtı (orta qiymətlə 1 saat götürmək olar); tq – şüalanmanın qurtarma vaxtı, saat; t÷=tn+96 saat.
Dostları ilə paylaş: |