Hal-hazırda Cəmiyyət həyatının elə bir sahəsi və istiqaməti yoxdur ki, onu



Yüklə 141,33 Kb.
Pdf görüntüsü
tarix05.10.2019
ölçüsü141,33 Kb.
#29292
referat 5890


İzahat vərəqi 

Hal-hazırda  Cəmiyyət  həyatının  elə  bir  sahəsi  və  istiqaməti  yoxdur  ki,  onu 

kompütersiz təsəvvür  etmək  mümkün olsun.  Hökümət  təşkilatları,  qeyri-hökumət 

və özəl qurumlar öz fəaliyyətlərində müasir İKT-dən get-gedə daha dolğun istifdə 

etməyə  çalışırlar.  Sosial-iqtisadi,  elm-mədəniyyət,  ictimai-siyasi,  təhsil  və  s. 

fəaliyyət sahələri İKT-dən istifadə etməklə yeni məzmun kəsb etmişdir.  

Bu  baxımdan,  İnformatika  elminin  tədrisi  və  təbliği  son  dərəcə 

aktuallaşmışdır.  İnformatikanın  ümdə  məqsədi  alqoritmik  mədəniyyət 

formalaşdırmaqdır.  Bu  isə  yeni  düşüncə  tərzi,  dünyəvi  biliklərə  yiyələnmək, 

ümumbəşəri dəyərlərə sahib çıxmaq imkanının reallaşması deməkdir.  İnformatika, 

Cəmiyyətin  istifadəsinə  təqdim  etdiyi  təməl  ideyalar  və  prinsiplər  əsasında 

yaradılmış  bütün  aparat  və  proqram  vasitələrindən  və  bunlara  söykənən  İKT-dən 

hərtərəfli və səmərəli istifadə üsulları barədə biliklər sistemidir.   

Fənn informatikanın nəzəri və praktik əsaslarının öyrədilməsi üçün nəzərdə 

tutulmuşdur. 

Kursun məqsədi tələbələri "Informatika" elminin əsas müddəaları ilə tanış 

etməkdən, yeni informasiya texnologiyalarının səmərəli tətbiqi üçün mövcud 

proqram məhsullarının müqayisəli xarakteristikalarının öyrədilməsi və tələbələrə 

müasir əməliyyat sistemləri mühitində fərdi kompyuterlərdə və kompyuter 

şəbəkələrində praktik iş vərdişlərinin aşılanmasından ibarətdir. 

Kursun vəzifəsi tələbələrə müasir proqram məhsullarını və informasiya 

texnologiyalarını tədrisdə və gələcək fəaliyyətlərində tətbiq etməyi öyrətməkdir. 

Öz növbəsində bu fənn müasir informasiya texnologiyalarının nailiyyətlərindən 

istifadə edərək digər sahələrdə də elmi biliklərin əldə edilməsində baza rolunu 

oynayır. 

Proqram  Peşə  təhsili  müəssisələrində  müxtəlif  ixtisaslarda    təhsil  alan 

tələbələr üçün nəzərdə tutulmuşdur.  

 

 



 

“İnformatika” fənninin mövzuları 

Giriş.  İnformatikanın obyekti, predmeti və metodu   

 Dünyanın maddi-enerji  mənzərəsi,

 

Dünyanın informasiya mənzərəsi, 



İnformasiya təbiətdə, Canlı təbiət və informasiya, Genetik informasiya, İnsan və 

informasiya, İnformasiya və cəmiyyət, İnformasiya prosesləri texnikada

İnformatlaşdırmanın aparat və proqram vasitələri, İnformasiya və kommunikasiya 

texnologiyaları,  İnformasiya cəmiyyəti 



 

Bölmə 1. İnformasiya, onun kəmiyyət və keyfiyyət 

xarakteristikası 

İnformasiya təməl elmi anlayış kimi (İnformasiya fizikada, İnformasiya 

biologiyada, İnformasiya kibernetikada, İnformasiya informatikada, 

İnformasiyanın sosial əhəmiyyətli xassələri); İnformasiynın kəmiyyət 

xarakteristikaları ((İnformasiyanın texnikada ölçülməsi, Xəbərin informasion 

həcmi, İnformasiyanın miqdarı – bilikdəki qeyri-müəyyənliyin azalması ölçüsü 

kimi (İnformasiya və bilik, Bilikdəki qeyri-müəyyənliyin azalması), İnformasiya 

miqdarının ölçü vahidləri, Mümkün halların sayı və informasiyanın miqdarı)),  

İnformasiyanın miqdarının təyini üçün əlifba yanaşması, İnformasiyanın miqdarı 

üçün Şennon düsturu, İnformasiyanın təqdimatı və kodlaşdırılması (Dil və işarələr 

sistemi, Canlı orqanizmlərdə informasiyanın təqdimatı, İnformasiyanın 

kodlaşdırılması, Kompüterdə informasiyanın 2-lik kodlaşdırılması, Səs 

informasiyasının kolaşdırılması), İnformasiyanın saxlanması (İnformasiya 

daşıyıcılarının informasiya tutumu, İnformasiyanın saxlanmasının etibarlılığı və 

uzun müddətliliyi, İnformasiyanın müxtəlif növlərinin sıxılması 

(arxivləşdirilməsi), Seriyalı kodlaşdırma üsulu ilə sıxma, Haffmen alqoritmi)

 

 

Bölmə 2. İnformasiya emalının texniki vasitələri 



Ədədi informasiya emalı qurğuları, İnformasiya emalının instrumental 

vasitələrinin inkişafı (EHM-ə qədərki tarixi dövr, EHM nəsilləri, Superkompüterlər 

və klasterlər, Növbəti nəsil kompüterləri), Fərdi kompüterlərin aparat təminatı, 

Kompüterin iş prinsipi (İnformasiyanın kodlaşdırılması və kompüter yaddaşında 

təsviri), Proqramın kompüterdə icrası prosesi, Kompüterin aparat həlli 

((Kompüterin sistem bloku, Prosessorun, sistem şini və periferya qurğuları şininin 

tezliyi, Xarici (uzunmüddətli) yaddaş, İnformasiyanın yazılıb oxunmasının maqnit 

prinsipi (Çevik maqnit diskləri, Sərt maqnit diskləri (vinçester)),

 

İnformasiyanın 



yazılıb oxunmasının optik prinsipi, Flash-yaddaş)), Aparat platformalarının növləri 

, Kompüterin təşkili və fəaliyyəti (Mərkəzi prosessor, Operativ yaddaş, Sistem 

şinləri), Periferiya qurğuları: təyinatı və xarakteristikası (Giriş qurğuları, Xarici 

yaddaş qurğuları, Çıxış qurğuları, Bəzi digər qurğular)

 

 

 



 

Bölmə 3. Kompüterin hesabi və məntiqi əsasları   

Ədədi informasiyanın say sisteminin köməyi ilə təqdim edilməsi (Mövqeli 

say sistemləri, 10-luq say sistemi, 2-lik say sistemi), Ədədlərin bir say sistemindən 

digərinə keçirilməsi (Ədədlərin 10-luq say sisteminə keçirilməsi, Ədədlərin 10-luq 

say sistemindən 2-lik, 8-lik və 16-lıq say sistemlərinə keçirilməsi, 2-lik say 

sistemindəki ədədləri 8-lik say sisteminə keçirmək, 2-lik say sistemindəki ədədləri 

16-lıq say sisteminə keçirmək), 2-lik say sistemində hesab əməlləri, Məntiqin 

əsasları və kompüterin məntiqi əsasları (Təfəkkür formaları, Mülahizələr cəbri, 

Riyazi məntiqin elementləri), Ədədlərin kompüterdə təqdimatı (Ədədlərin qeyd 

edilmiş vergüllü formatda təqdimatı, Ədədlərin sürüşən vergüllü formatda 

təqdimatı), Mətn informasiyasının 2-lik kodlaşdırılması, Şəkil və səsin analoq və 

diskret təqdim edilmə üsulları (Qrafik informasiyanın 2-lik kodlaşdırılması, Səs 

informasiyasının 2-lik kodlaşdırılması), Kompüter qurğularının məntiqi əsasları 

(Baza məntiqi elementlər, 2-lik ədədlər cəmləyicisi, Trigger). 

 

 

Bölmə 4. İnformasiyanın işlənməsinin avtomatlaşdırılmasının 



əsasları 

Alqoritmləşdirmənin əsasları və proqramlaşdırma (Alqoritm və onun formal 

icrası, Alqoritmik strukturların əsas tipləri), Verilənlərin proqramla emalı, 

Proqramlaşdırma sistemləri, Obyektyönümlü proqramlaşdırma (Obyektyönümlü 

vizual proqramlaşdırmanın əsasları, Obyekt sinifləri, sinif nüsxələri və obyekt 

ailələri, Obyektlər: xassələr, metodlar, hadisələr, Visual Basic-də hazırlanmış 

proqram layihəsinin  qrafik interfeysi və hadisəvi prosedurları, Visual Basic dilində 

proqram tərtibi üçün  inteqrasiya edilmiş mühit, Visual Basic mühitində idarəedici 

quruluşlar Forma və idarəedici elementlərin formada yerləşdirilməsi, Dəyişənin 

tipi, adı və qiyməti, Hesabi, sətri və məntiqi ifadələr. Mənimsətmə, Proqram 

layihəsinin kompüterdə icrası, Visual Basic dilində dialoq pəncərələri və fayllarla 

iş Visual Basic dilindəki funksiyalar, Visual Basic dilində ümumi prosedurlar) 

 

Bölmə 5. Kompüter sistemlərinin proqram təminatı 

Proqram təminatı haqqında ümumi məlumat, Proqram təminatının 

tipologiyası, Sistem proqram təminatı (Əməliyyat sistemi (ƏS): təyinatı və tərkibi, 

Əməliyyat sisteminin yüklənməsi, Fayllar və fayl sistemi, Disklərin məntiqi 

quruluşu, Əməliyyat sisteminin funksiyaları, Qrafik interfeysli əməliyyat 

sistemləri), İnformasiya təhlükəsizliyi (Kompüter virusları, Antivirus proqramları), 

Tətbiqi proqram təminatı, Tətbiqi proqram təminatına nümunələr (Mətn 

redaktorları, Elektron cədvəllər, Qrafik redaktorlar), Proqram təminatının 



yayılması 

 

 

 

Yüklə 141,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin