İzahat vərəqi
Hal-hazırda Cəmiyyət həyatının elə bir sahəsi və istiqaməti yoxdur ki, onu
kompütersiz təsəvvür etmək mümkün olsun. Hökümət təşkilatları, qeyri-hökumət
və özəl qurumlar öz fəaliyyətlərində müasir İKT-dən get-gedə daha dolğun istifdə
etməyə çalışırlar. Sosial-iqtisadi, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s.
fəaliyyət sahələri İKT-dən istifadə etməklə yeni məzmun kəsb etmişdir.
Bu baxımdan, İnformatika elminin tədrisi və təbliği son dərəcə
aktuallaşmışdır. İnformatikanın ümdə məqsədi alqoritmik mədəniyyət
formalaşdırmaqdır. Bu isə yeni düşüncə tərzi, dünyəvi biliklərə yiyələnmək,
ümumbəşəri dəyərlərə sahib çıxmaq imkanının reallaşması deməkdir. İnformatika,
Cəmiyyətin istifadəsinə təqdim etdiyi təməl ideyalar və prinsiplər əsasında
yaradılmış bütün aparat və proqram vasitələrindən və bunlara söykənən İKT-dən
hərtərəfli və səmərəli istifadə üsulları barədə biliklər sistemidir.
Fənn informatikanın nəzəri və praktik əsaslarının öyrədilməsi üçün nəzərdə
tutulmuşdur.
Kursun məqsədi tələbələri "Informatika" elminin əsas müddəaları ilə tanış
etməkdən, yeni informasiya texnologiyalarının səmərəli tətbiqi üçün mövcud
proqram məhsullarının müqayisəli xarakteristikalarının öyrədilməsi və tələbələrə
müasir əməliyyat sistemləri mühitində fərdi kompyuterlərdə və kompyuter
şəbəkələrində praktik iş vərdişlərinin aşılanmasından ibarətdir.
Kursun vəzifəsi tələbələrə müasir proqram məhsullarını və informasiya
texnologiyalarını tədrisdə və gələcək fəaliyyətlərində tətbiq etməyi öyrətməkdir.
Öz növbəsində bu fənn müasir informasiya texnologiyalarının nailiyyətlərindən
istifadə edərək digər sahələrdə də elmi biliklərin əldə edilməsində baza rolunu
oynayır.
Proqram Peşə təhsili müəssisələrində müxtəlif ixtisaslarda təhsil alan
tələbələr üçün nəzərdə tutulmuşdur.
“İnformatika” fənninin mövzuları
Giriş. İnformatikanın obyekti, predmeti və metodu
Dünyanın maddi-enerji mənzərəsi,
Dünyanın informasiya mənzərəsi,
İnformasiya təbiətdə, Canlı təbiət və informasiya, Genetik informasiya, İnsan və
informasiya, İnformasiya və cəmiyyət, İnformasiya prosesləri texnikada,
İnformatlaşdırmanın aparat və proqram vasitələri, İnformasiya və kommunikasiya
texnologiyaları, İnformasiya cəmiyyəti
Bölmə 1. İnformasiya, onun kəmiyyət və keyfiyyət
xarakteristikası
İnformasiya təməl elmi anlayış kimi (İnformasiya fizikada, İnformasiya
biologiyada, İnformasiya kibernetikada, İnformasiya informatikada,
İnformasiyanın sosial əhəmiyyətli xassələri); İnformasiynın kəmiyyət
xarakteristikaları ((İnformasiyanın texnikada ölçülməsi, Xəbərin informasion
həcmi, İnformasiyanın miqdarı – bilikdəki qeyri-müəyyənliyin azalması ölçüsü
kimi (İnformasiya və bilik, Bilikdəki qeyri-müəyyənliyin azalması), İnformasiya
miqdarının ölçü vahidləri, Mümkün halların sayı və informasiyanın miqdarı)),
İnformasiyanın miqdarının təyini üçün əlifba yanaşması, İnformasiyanın miqdarı
üçün Şennon düsturu, İnformasiyanın təqdimatı və kodlaşdırılması (Dil və işarələr
sistemi, Canlı orqanizmlərdə informasiyanın təqdimatı, İnformasiyanın
kodlaşdırılması, Kompüterdə informasiyanın 2-lik kodlaşdırılması, Səs
informasiyasının kolaşdırılması), İnformasiyanın saxlanması (İnformasiya
daşıyıcılarının informasiya tutumu, İnformasiyanın saxlanmasının etibarlılığı və
uzun müddətliliyi, İnformasiyanın müxtəlif növlərinin sıxılması
(arxivləşdirilməsi), Seriyalı kodlaşdırma üsulu ilə sıxma, Haffmen alqoritmi)
Bölmə 2. İnformasiya emalının texniki vasitələri
Ədədi informasiya emalı qurğuları, İnformasiya emalının instrumental
vasitələrinin inkişafı (EHM-ə qədərki tarixi dövr, EHM nəsilləri, Superkompüterlər
və klasterlər, Növbəti nəsil kompüterləri), Fərdi kompüterlərin aparat təminatı,
Kompüterin iş prinsipi (İnformasiyanın kodlaşdırılması və kompüter yaddaşında
təsviri), Proqramın kompüterdə icrası prosesi, Kompüterin aparat həlli
((Kompüterin sistem bloku, Prosessorun, sistem şini və periferya qurğuları şininin
tezliyi, Xarici (uzunmüddətli) yaddaş, İnformasiyanın yazılıb oxunmasının maqnit
prinsipi (Çevik maqnit diskləri, Sərt maqnit diskləri (vinçester)),
İnformasiyanın
yazılıb oxunmasının optik prinsipi, Flash-yaddaş)), Aparat platformalarının növləri
, Kompüterin təşkili və fəaliyyəti (Mərkəzi prosessor, Operativ yaddaş, Sistem
şinləri), Periferiya qurğuları: təyinatı və xarakteristikası (Giriş qurğuları, Xarici
yaddaş qurğuları, Çıxış qurğuları, Bəzi digər qurğular)
Bölmə 3. Kompüterin hesabi və məntiqi əsasları
Ədədi informasiyanın say sisteminin köməyi ilə təqdim edilməsi (Mövqeli
say sistemləri, 10-luq say sistemi, 2-lik say sistemi), Ədədlərin bir say sistemindən
digərinə keçirilməsi (Ədədlərin 10-luq say sisteminə keçirilməsi, Ədədlərin 10-luq
say sistemindən 2-lik, 8-lik və 16-lıq say sistemlərinə keçirilməsi, 2-lik say
sistemindəki ədədləri 8-lik say sisteminə keçirmək, 2-lik say sistemindəki ədədləri
16-lıq say sisteminə keçirmək), 2-lik say sistemində hesab əməlləri, Məntiqin
əsasları və kompüterin məntiqi əsasları (Təfəkkür formaları, Mülahizələr cəbri,
Riyazi məntiqin elementləri), Ədədlərin kompüterdə təqdimatı (Ədədlərin qeyd
edilmiş vergüllü formatda təqdimatı, Ədədlərin sürüşən vergüllü formatda
təqdimatı), Mətn informasiyasının 2-lik kodlaşdırılması, Şəkil və səsin analoq və
diskret təqdim edilmə üsulları (Qrafik informasiyanın 2-lik kodlaşdırılması, Səs
informasiyasının 2-lik kodlaşdırılması), Kompüter qurğularının məntiqi əsasları
(Baza məntiqi elementlər, 2-lik ədədlər cəmləyicisi, Trigger).
Bölmə 4. İnformasiyanın işlənməsinin avtomatlaşdırılmasının
əsasları
Alqoritmləşdirmənin əsasları və proqramlaşdırma (Alqoritm və onun formal
icrası, Alqoritmik strukturların əsas tipləri), Verilənlərin proqramla emalı,
Proqramlaşdırma sistemləri, Obyektyönümlü proqramlaşdırma (Obyektyönümlü
vizual proqramlaşdırmanın əsasları, Obyekt sinifləri, sinif nüsxələri və obyekt
ailələri, Obyektlər: xassələr, metodlar, hadisələr, Visual Basic-də hazırlanmış
proqram layihəsinin qrafik interfeysi və hadisəvi prosedurları, Visual Basic dilində
proqram tərtibi üçün inteqrasiya edilmiş mühit, Visual Basic mühitində idarəedici
quruluşlar Forma və idarəedici elementlərin formada yerləşdirilməsi, Dəyişənin
tipi, adı və qiyməti, Hesabi, sətri və məntiqi ifadələr. Mənimsətmə, Proqram
layihəsinin kompüterdə icrası, Visual Basic dilində dialoq pəncərələri və fayllarla
iş Visual Basic dilindəki funksiyalar, Visual Basic dilində ümumi prosedurlar)
Bölmə 5. Kompüter sistemlərinin proqram təminatı
Proqram təminatı haqqında ümumi məlumat, Proqram təminatının
tipologiyası, Sistem proqram təminatı (Əməliyyat sistemi (ƏS): təyinatı və tərkibi,
Əməliyyat sisteminin yüklənməsi, Fayllar və fayl sistemi, Disklərin məntiqi
quruluşu, Əməliyyat sisteminin funksiyaları, Qrafik interfeysli əməliyyat
sistemləri), İnformasiya təhlükəsizliyi (Kompüter virusları, Antivirus proqramları),
Tətbiqi proqram təminatı, Tətbiqi proqram təminatına nümunələr (Mətn
redaktorları, Elektron cədvəllər, Qrafik redaktorlar), Proqram təminatının
yayılması
Dostları ilə paylaş: |