Hazırladı: Vüsalə Bayramlı İxtisas: Sosial iş Qrup: 1505 Fənn: Psixologiya Müəllim: Fidan Əhmədova Mövzu: Diqqətin növləri və əsas xüsusiyyətləri. Diqqətin funksiyaları Tarix: 06.10.2022
Diqqət şüurumuzun müəyyən obyekt üzərinə yönəlməsindən və mərkəzləşməsindən ibarət olan psixi prosesdir. Diqqət, idrak proseslərindən biridir.
Diqqət fəaliyyət zamanı insanın idrak proseslərinə qoşulur, onların daha müvəffəqiyyətli cərəyanı üçün zəmin yaradır. Çünki bütün idrak prosesləri seçici xarakter daşıyır, müəyyən obyektə yönəlmiş olur. Yəni diqqət psixi fəaliyyətin seçici səciyyə daşımasında ifadə olunur. Bu mənada diqqət cismin, hadisənin inikası olmayıb, psixi fəaliyyətin obyektinin aydın formada əks olunmasını təmin edir.
Diqqətin əmələ gəlməsi üçün ilk növbədə obyekti ayırd etmək, onun üzərində mərkəzləşmək, başqalarından isə yayınmaq lazımdır. Diqqətin obyekti həm xarici aləm cisimləri, həm də insanın öz fikirləri, hissi rəftarı, davranışı ola bilər. Diqqətin seçici xarakterini təmin edən amilləri iki qrupa ayırmaq mümkündür. Birinci qrupa insana təsir edən qıcıqlandırıcıların zahiri strukturunu səciyyələndirən amilləri, ikinci qrupa isə subyektin özünün fəaliyyətinə aid olan amilləri aid etmək olar. Diqqətin başqa obyektlərə keçilməsi qabiliyyəti iki müxtəlif proseslə bağlıdır: 1. Diqqətin mərkəzləşməsi ilə 2. Diqqətin yayınması ilə.
Diqqətin növləri
Psixologiyada diqqətin daha çox iki növünü fərqləndirirlər: qeyri-ixtiyari və ixtiyari diqqət. Bəzi psixoloqlar diqqətin üçüncü növünü, ixtiyari diqqətdən sonrakı diqqət növünü də ayırd edirlər. Qabaqcadan qarşıya qoyulmuş məqsədlə, heç bir xüsusi niyyətlə bağlı olmayan və iradi cəhd tələb etməyən diqqət qeyri-ixtiyari diqqət adlanır. Qeyri ixtiyari diqqət diqqətin daha sadə növüdür, o heç bir iradi cəhdlə məqsədlə bağlı olmayan diqqətdir. Qeyri-ixtiyari diqqətin yaranmasının iki səbəbi var: obyektiv və subyektiv səbəb. Qeyri-ixtiyari diqqətin əmələ gəlməsinə təsir edən qıcıqlandırıcılar bir sıra spesifik xüsusiyyətlərə malik olmalıdır: