Hər şeyin başlanğıcı. Əmirquliyeva Aytac Hər şeyin başlanğıcı



Yüklə 19,15 Kb.
tarix02.01.2022
ölçüsü19,15 Kb.
#39309
Hər Şeyin Başlanğıcı.


Hər şeyin başlanğıcı. Əmirquliyeva Aytac

Hər şeyin başlanğıcı


Həyatıma girdiyi ilk gün anlamışdım, mənim üçün nə qədər dəyərli olduğunu bəlkə də onun gözləri idi məni məndən alan, bəlkə də sözləri bilmirəm…

Bir tək onu bilirəm ki çox sevdim, sevdim və yandım, özümü atdığım atəş isə içimdə hər keçən gün daha da qığılcımlandı daha da böyüdü və artıq onu söndürməyə kiminsə gücünün çatacağını zənn etmirəm. Sonsuz bir alovdu bu həm isidir insanı ,həm də kül edir...

* * * * * * * * *

Gənc qız evdən yeyin addımlarla çıxdı və hara getdiyini özü belə bilmədən, küçəni dönərək soldakı kitab dükkanından keçdi. Burada bəlkə indiyə kimi görmədiyi qədər insanın toplaşdığını gördü.Nə zaman buraya gəlsə öz ümidlərini, umidsizliklərini hətta, həyatında tapa bilmədiyi hər şeyi kitablarda tapacağını düşünərək gəlirdi. Kitabı ilk əlinə aldığı,vərəqlədiyi, yeni kitab qoxusunu içinə çəkdiyi anı bəlkə də çox şeyə dəyişməzdi. İnsanları anlaya bilmək üçün oxuyurdu kitabları, ya da onlara nəyisə anlata bilmək üçün.

Birdən dayandı və yolda iki avtomobilin qəza kecirdiyini gördü, ətrafdakı hamı bir birinə qarışmış, kimi kömək çağırır, kimi isə sakitcə donub izləyirdi. Əslində belə hadisələrə çox şahid olmuşdu,lakin həmişə o an ağlına gəlirdi. Ata və anasının yanında 8 yaşlı balaca bir qız onlar evə doğru qayıdır və birdən əks yoldan gələn bir avtomobil, idarəetməni itirir və buradan sonrası, sadəcə o anda qalır,sonrası yoxdur, boşluqdur,dərin bir boşluq, yıxılan bir həyat və gedən iki can. bax Asya'nın həyatı da bu boşluqdan ibarət idi.

Bu an gözləri doldu, lakin burada ağlaya bilməzdi. Kaş hər şey başqa cür olaydı…Hər şeyi geridə qoymuşdu, ən pis xatirələr də daxil, ya da o elə düşünürdü.Artıq onun 21 yaşı var idi, 12 ildir ki alınmışdı bu yalnızlığa . Darıxırdı əlbəttə, indi anasının bir gözəl sözünə, atasının bir baxışını belə nələrə dəyişməzdi ki. Həyatın qarşısında hansımız güclü dura bilirik ki, ya da talehdən qaçmaq mümkündürmü?

- Asya, sən burada nə edirsən?

Birdən yanında qəribə bir səs eşitdi.Yox amma onu çağıran kimsə yox idi ,o halda bəs bu nə səsdir?



Bəzən vicdanının səsini həqiqətən duya bildirdi sanki bir insanla danışımışcasına özü ilə keçirdiyi zaman hər kəslə keçirdiyindən daha çox idi. Tənhalığı sevirdi. Bu düşüncələr içində birdən təcili yardım maşının səsindən diksindi və o an tam da yolun ortasında durduğunun yeni fərqinə vardı. Bu anda maşın ətrafdakı izdihamı yararaq mağazanın önündə durdu.



Yüklə 19,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə