Bu xüsusiyytələr aşağıdakılardan hansına aiddir?



Yüklə 21,47 Kb.
tarix18.01.2020
ölçüsü21,47 Kb.
#30221
İmtahan Aylan


Ad və soyad: ____________________________
1.

    • Sayı ikidən az olmamalıdır

    • Cümlədə eyni sintaktik vəzifəyə malikdir

    • Bir-biri ilə tabesizlik əlaqəsi ilə bağlanır

    • Eyni cümlə üzvünə aid olur

Bu xüsusiyytələr aşağıdakılardan hansına aiddir?

  1. Cümlənin determinant üzvləri.

  2. Cümlə üzvünün əlavəsi

  3. Həmcins üzvlər.

  4. Cümlənin baş üzvəri

  5. Sintaktik əlaqələr



2. Cümlələrdən birində ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gəlmişdir.

A) Almanı, armudu, naringini, bir sözlə, meyvələrin hamısını səliqə ilə qablara qoymuşdu

B) Bu hadisə hamını sevindirir, fərəhləndirir

C) Şüanı, Laçını, Kəlbəcəri-işğal olunmuş rayonlarımızı azad edəcəyimiz gün uzaqda deyil

D) Onun məktəb yoldaşları: Səlim, Kərim, Əli və Əvəz yubileyə hazırlıqlı gəlmişdilər

E) O həm gülür, həm də ağlayırdı


3. Misiri, Şamı, Əndəlisi – bir sözlə, şərq ölkələrini

gəzib dolaşmışdı. Cümlədəki ümumiləşdirici sözün

ifadə vasitəsini göstərin.

A) modal söz B) xüsusi isim

C) II növ təyini söz birləşməsi D) feli birləşmə

E) III növ təyini söz birləşməsi


4. Hansı cümlədə həmcins xəbərlər işlənmişdir?

A) Saqqalım yoxdur, sözüm ötmür.

B) Keçmə namərd körpüsündən, qoy aparsın sel səni.

C) Od yanmasa, tüstü çıxmaz

D) Qonşu qonşuya baxar, özünü oda yaxar.

E) Zor qapıdan girəndə haqq bacadan qaçar.


5. Hansı cümlələrdə ara söz işlənmişdir?

(Durğu işarələri buraxılmışdır )

1. Ona inamım şübhəsizdir.

2. Biz şübhəsiz ki qalib gələcəyik.

3. Bəzi frazeoloji birləşmələri bir sözlə də ifadə olur.

4. Mən bilən o, bu qapıya daha ayaq basmayacaq.

A) 1, 4 B) 2, 3 C) 1, 2 D) 3, 4 E) 2, 4
6.Hansı nümunədə xitab var?

A) Vay, vay! Nə yaman müşkülə düşdü işim, Allah!

B) Harda müsəlman görürəm, sevinirəm!...

C) Ey vay, uçitellər yenə dərkar olacaqdır!

D) Olsun, bəcəhənnəm, necə rəftar olacaqdır.

E) Ah eylədiyim nəşeyi-qəlyanın üçündü....


7. Məna növünə görə fərqli ara sözü göstərin.

A) nəhayət B) əvvəla C) deməli

D) ola bilsin E) bir sözlə
8. Hansı bağlayıcılar həmcins üzvləri bağlamır?

A) və, ilə B) amma, ancaq C) həmçinin, habelə

D) hətta, o cümlədən E) ki, çünki

11. “Çayın kənarına yaxınlaşan balıqçı qayığının içində köhnə balıqçı toru, səbətdə təzə tutulmuş kiçik çay balıqları görünürdü”.



Cümləsində hansı üzvlər həmcinsdir?

A) tamamlıq B) mübtəda, təyin

C) tamamlıq, təyin D) mübtəda E) xəbər
9. İsmi xəbərə aid olan həmcins təyinlər hansı nümunədədir?

A) Azərbaycan rəngarəng, min dərdin dərmanı olan, dünyanın heç bir yerində təsadüf edilməyən bitkilərin diyarıdır.

B) Deyən, gülən, sevilən məzunlar heç yerə tələsmirdilər.

C) Şərif geri döndü, ucaboylu, nazikbədənli Şirzadı,

dolğun, qarayanız Sevdanı içəri çağırdı.

D) O, aydın və cingiltili bir səslə danışırdı.

E) Qeyrətli, ürəkli oğula, qıza azərbaycanlı deyərəm.
10. Hansı cümlələrdə güman və şübhə bilədirən ara sözlər işlənmişdir?

1. Şübhə yoxdur ki, bu işdə onlar günahkardırlar

2. Görəsən, qardaşının əməlindən Camalın xəbəri varmı?

3. Eh, bəlkə də, belə yaxşıdır.

4. Doğrusu, bu barədə heç nə bilmirəm.

5.Tikinti, ola bilsin, oktyabrın axırlarına başa çatdırılacaq.

A) 2, 3, 5 B) 4, 5 C) 2, 3, 4 D) 1, 5 E) 1, 2, 4
11. “Çayın kənarına yaxınlaşan balıqçı qayığının içində köhnə balıqçı toru, səbətdə təzə tutulmuş kiçik çay balıqları görünürdü”.

Cümləsində hansı üzvlər həmcinsdir?

A) tamamlıq B) mübtəda, təyin

C) tamamlıq, təyin D) mübtəda E) xəbər
12. "Lakin məni əfv et, böyük hökmdar!

Dünya kef üstündə tutmamış qərar.

Nəsəli keçsə də hər bir əyləncə

Ayıq baş hər şeydən ucadır, məncə" şerindən ara sözün məna növünü göstərin.

A) fikrin mənbəyini bildirir

B) yəqinlik bildirir

C) güman, şübhə bildirir

D) sözün sırasını bildirir

E) təəssüf bildirir


13. Xitablar haqqında deyilənlərdən biri səhvdir.

A) ey, ay, a, hey kimi köməkçi vasitələrlə də işlənir

B) Həm sözlərlə, həm də söz birləşmələri ilə ifadə olunur

C) Müraciət olunan şəxsi bildirir

D) Xitab cümlədə xəbərlə uzlaşır

E) Xitab cümlənin əvvəlində, ortasında, axırında gələ bilər.


14. Ara sözün işləndiyi cümləni göstərin (durğu işarəsi buraxılıb).

A) Güman gələn yerləri ələk-vələk etdilər.

B) Yəqin etdim ki sən düz demirsən.

C) Hər dilinə gələn sözü deməli deyilsən.

D) Düzdür başım çıxır riyaziyyatdan.

E) Sənin dediklərin tamamilə düzdür.


15. Ara sözlərin məna növləri içərisində verilənlərdən biri yanlışdır:

A) yəqinlik B) güman, şübhə

C) dəqiqləşdirmə D) təəssüf E) nəticə

16. Geniş xitablı cümləni göstərin:

A) Oxu, bülbülüm, oxu! (A.Ş.)

B) Ay qız, Dilbər, sənə nə olmuşdur? (C.C.)

C) Ey Kür çayı, daşırsan,

Sahilləri aşırsan. (A.Ş.)

D) Axmaq kişi, insanlığı asanmı sanırsan? (M.Ə.S.)

E) Axma, Araz, dayan, Arad

Мnsaf elə bizə bir az. (S.R.)


17. Ara sözlər haqqında deyilənlərdən biri yanlışdır:

A) Cümlə üzvlərindən vergüllə ayrılır.

B) Ara sözlər cümlə üzvləri ilə tabesizlik əlaqəsində olur.

C) Ara sözlər söz birləşməsi şəklində də ola bilər.

D) Feli və ismi ara sözlər də var.

E) Söz şəklində olan ara sözlər modal sözlərlə ifadə olunur.


18.«Azərdən başqa, hamı dərsini oxumuşdu» cümləsində hansı cümlə üzvü xüsusiləşmişdir?

A) zərflik B) təyin C) tamamlıq

D) xəbər E) mübtəda
19. Aşağıdakı cümlədə hansı cümlə üzvləri həmcinsdir?

"Atlar, öküzlər kotana güc vurur

Gah yeriyir, gah yıxılır, gah durur".

A) təkcə mübtəda

B) həm mübtəda, həm xəbər

C) təkcə xəbər

D) tamamlıq, xəbər

E) mübtəda, təyin


20. Nümunədə hansı cümlə üzvləri həmcinsdir?

"Söyüddən bağ saldım, peyvənd eylədim



Almasın, heyvasın, narın görmədim."

A) tamamlıq, xəbər B) tamamlıq

C) mübtəda D) mübtəda, xəbər



E) xəbər


Yüklə 21,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin