Hərəkət tərkibinin texniki vəziyyəti üç üsulla təyin edilir



Yüklə 39,21 Kb.
tarix02.01.2022
ölçüsü39,21 Kb.
#36272
23 Diaqnostika prosesi


Hərəkət tərkibinin texniki vəziyyəti üç üsulla təyin edilir:

  1. vizual müşahidələr yolu ilə (məsələn, avtomobilin və ya onun hər hansı bir aqreqatmı xaricdən nəzərdən keçirməklə);

  2. bilavasitə ölçmə əməliyyatım yerinə yetirməklə;

  3. dolayı yolla, yəni, xarici təzahürlərə (əlamətlərə) görə.

Hərəkət tərkibinin, xüsusilə avtomobilin texniki vəziyyətinin təyin edilməsi çox mürəkkəb prosesdir. Çünki onun konstruksiyasında baş verən imtina və nasazlıqların çoxu gizli xarakter daşıyır. Bunlar birinci üsulla aşkara çıxarmaq həmişə mümkün deyil. İkinci üsulla pozğunluqları təyin etmək üçün tədqiq obyekti sökülməlidir. Bu isə vaxt itkisi və böyük iş həcminin yerinə yetirilməsi ilə əlaqədar olduğundan avtomobilin boş dayanma müddəti artır, məhsuldarlıgı aşağı düşür, son nəticədə daşımaların maya dəyəri yüksəlir. Bu baxımdan avtomobilin texniki vəziyyətinin təyin edilməsi üçün üçüncü üsuldan geniş istifadə edilir. Burada avtomobilin texniki vəziyyəti müxtəlif avadanlıqlardan istifadə etməklə, özü də sökülmədən təyin edilir. Bunun nəticəsində avtomobilin təmirdə boş dayanma müddəti azaldığı üçün ondan istifadə dərəcəsi artır.

Nəqliyyat vasitələrinin texniki vəziyyətinin üçüncü üsulla, yəni, xarici əlamətlərə görə təyin edilməsi «diaqnostika» adı ilə geniş yayılmışdır.

Nəqliyyat vasitəsi mürəkkəb sistem olub işləyən elementlərin- sistemin funksiyalarının yerinə yetirilməsini təmin edən yığım vahidlərinin və detalların toplusudur. Nəqliyyat vasitəsinə nəzərən sistemin elementləri aqreqatlar, qovşaqlar, mexanizmlər, sonunculara nəzərən isə-detallardır.

Diaqnostika etmə - obyektin (avtomobil, aqreqat, mexanizm, sistem) texniki vəziyyətini onu sökmədən, xarici əlamətlərə görə, onun vəziyyətini xarakterizə edən kəmiyyətlərin ölçülməsi və onların normativlərlə müqayisəsi yolu ilə təyin edilməsi (texniki diaqnozun qoyulması) və onun saz, imtinasız iş resursunun qiymətləndirilməsi prosesidir. O, avtomibillərin texniki qulluq və təmir sistemini onların texniki vəziyyəti haqqında fərdi informasiya ilə təchiz edir və beləliklə, bu sistemin elementidir. Diaqnostika prosesi üç əsas mərhələdən ibarətdir:



  • diaqnostik simptompların və paramrtrlərin qiymətlərinin onların nominal qiymətlərindən fərqinin (meyllənməsinin) təyin olunması;

  • bu fərqlərin yaranma səbələrinin və xarakterinin təhlili;

  • saz iş resursunun qiymətinin müəyyən edilməsi.

İkinci mərhələ texniki diaqnozun qoyulmasını və ya diaqnostik nəticənin verilməsini əhatə edir.
Yüklə 39,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin