Həyat fəaliyyətinin təhlükəsizliyi öyrənilməsinin zəruriliyi.
Həyat fəaliyyətinin təhlükəsizliyi öyrənilməsinin zəruriliyi. Həyat fəaliyyətinin təhlükəsizliyi insanın həyati maraqlarına ziyan vurmadan reallaşdırdığı həyat fəaliyyətini təmin edən vəziyyətdir. İllər boyu alimlər təhlükəsizlik problemlərini tədqiq etmiş, bu tədqiqatlar əsasında "Təhlükəsizlik nəzəriyyəsi" yaranmışdır.
"Təhlükəsizlik nəzəriyyəsinin tədqiqat obyekti insan və onu əhatə edən mühit, tədqiqat predmeti isə insanın təhlükəsizliyidir. "Təhlükəsizlik nəzəriyyəsinin" əsas anlayışlarından biri "Təhlükə" anlayışıdır.
Təhlükə - İnsanın həyati maraqlarına ziyan vura biləcək hər hansı bir hadisədir. Təhlükəsizlik" dedikdə isə çoxları onu, səhvən təhlükənin olmadığı bir vəziyyət kimi başa düşürlər. Bu, kökündən yanlış bir fikirdir. Təcrübə göstərir ki, təbiətdə "Mütləq təhlükəsizlik" anlayışı mövcud deyildir. Təhlükəsizlik yalnız nisbi ola bilər. Təhlükəsizlik təhlükə ehtimalının minimal olduğu bir vəziyyətdir. İnsanların böyük bir hissəsi təbii bioloji yaş həddinə qədər yaşamır.
İnsan həyatının fərdi uzunluğu onun həyatdakı gündəlik davranışından, meydana çıxan təhlükələrdən irəli gələn problemlər hesabına get-gedə qısalır. Sağlam həyat prinsiplərini gözləməyən, təhlükəni əvvəlcədən görüb ondan qaçmağı, rasional həyat sürməyi bacarmayan şəxs ömrünün uzun olacağına ümid edə bilməz. Lakin bununla yanaşı, şəxsin təhlükəsizliyinə yalnız onun cəmiyyətdəki davranışı deyil, həm də onu əhatə edən ətraf mühitin (təbii, sosial və texnogen) doğurduğu təhlükə və hədələrin miqdarı və gücü də təsir edir. Ətraf mühitin vəziyyəti isə, öz növbəsində, insanın ona dəyişdirici təsir göstərən həyat fəaliyyəti ilə bağlıdır.
"Həyat fəaliyyətinin təhlükəsizliyi" dərsliyi Azərbaycan Respublikası Prezidentin 17.04.1998- ci il tarixli 700 saylı fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.1998-ci il tarixli 193 saylı qərarı, Azərbaycan Respublikası Prezidentinin Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında 16.12.2005-ci il tarixli 1182 saylı fərmanı və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əsasnaməsi (19 aprel 2006-cı il No394) əsasında işlənilib hazırlanmışdır. Azərbaycan Respublikası "Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək" hüququnu özündə təsbit edir. Konstitusiyada vətəndaşların əmək, istirahət, təhsil, ictimai təminat hüquqları və onların vəzifələri müəyyən edilmişdir. İstehsalatda sağlam və təhlükəsiz əmək şəraiti yaratmaqdan ibarətdir.
Əmək mühafizəsinin əsas vəzifəsi işçilərin daim sağlamlığını qorumaq, icra ediləsi işlərin təhlükəsizliyi üçün şərait yaratmaqdır. Mülki müdafiənin öyrədilməsinin əsas vəzifəsi sülh və müharibə dövrlərindəki fövqəladə fallarda fəaliyyət göstərmək və orta ixtisas məktəblərində aldıqları ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi üsullarını öyrətməkdir. Mülki müdafiənin məqsədi əhali, onun əmlakı və təbii mühit üçün mövcud olan təhlükəni, qorxulu halların növlərini və xüsusiyyətlərini dəqiq müəyyən etməkdir. Tibbi biliklərin əsaslarına yiyələnmək və fövqəladə hallarda aməli olaraq tibbi yardım göstərməyi bacarmaqdır.
Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində "Həyat fəaliyyətinin təhlükəsizliyi" fənni mövcud ixtisaslara uyğun olaraq müstəqil xüsusi fənn kimi tədris olunur. "Həyat fəaliyyətinin təhlükəsizliyi" fənninin tədrisi forması mühazirə, məşğələ şəklində keçirilir.
"Həyat fəaliyyətinin təhlükəsizliyi" fənninin öyrənilməsində tələbələr aşağıdakıları bilməlidir:
İnsan fəaliyyətinin formalaşmasının əsas siniflərini (yüngül, ağır, fiziki və əqli əmək).
Bədbəxt hadisələrin qeydiyyatı tədqiqində dövlət və təşkilatlarının rolunu. İctimai
Təhlükə haqqında anlayış və tərifləri.
Təhlükəni xarakterizə edən amilləri. Müəssisələrdə və yaşayış yerlərində insanlara təhlükə törədən neqativ amilləri.
İstehsalat və məişət qəzaların səbəblərini.
Bədbəxt hadisələrin qeydə alınmasını və tədqiqatını.
İnsan-yaşayış və iş mühiti sistemində neqativ amilləri.
Metroloji parametrlər, onların müxtəlif iş şəraiti üçün sanitar normalarını.
Metroloji parametrlərin insan orqanizminə təsiri və onlardan mühafizə tədbirlərini.
Komfort iş şəraiti üçün otaqların normal işıqlandırılmasının (təbii və süni) və istiləşdirilməsinin rolunu və hesabatını.
Elektrik avadanlıqlarında gərginliyin növlərini (alçaq və yüksək, sabit və dəyişən) və onlardan xəsarət hallarını.
Elektrik izolyasiya materialları və onların elektrik təhlükəsizliyində rolunu.
Elektrik izolyasiyasının keyfiyyətinə nəzarət üsullarını. Torpaqlayıcı quruluşun növləri və onların quraşdırılması (kontur və çıxarılmış).
Yüksək gərginlikli elektrik avadanlıqlarında yüksək gərginliyin alçaq gərginlikli avadanlıqlara keçməməsi üçün təhlükəsizlik tədbirlərini.
Elektrik avadanlıqların təhlükəsiz istismarında təlimatların və fərdi mühafizə vasitələrinin rolu.
Yanğın prosesi və onun yaranmasına tələb olunan amilləri. Müəssisələrin yanğın təhlükəliyinə görə siniflərini.
Müəssisələrdə və məişət sahələrində yanğının yaranma səbəblərini.