I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə1/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
  1   2   3   4   5   6   7   8   9   ...   129
PARAZİTOL.-kitabı-son


I Fəsil

Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi.

ÜMUMI PARAZITOLOGIYA

Parazitologiya (yunanca parazitos- başqasının hesabında yaşayan, parazit, loqos-elm deməkdir) sözün geniş mənasında parazitlərin özlərini, onların törətdikləri хəstəlikləri, insanlarda, heyvanlarda, xəzdəri heyvanlarda, quşlarda, arılarda, balıqlarda və bitkilərdə bu хəstəliklərlə mübarizə metodlarını hərtərəfli öyrənən kompleks elm sahəsidir.

Parazitzm – genetik cəhətdən müхtəlif olan orqanizmlərin bir-birinə qida vasitəsilə qarşılıqlı əlaqədə olmasıdır ki, bu zaman biri (parazit) digərindən (sahibdən) qida mənbəyi kimi istifadə edir. Bu zaman hər iki rəqib bir-birinə qarşı kəskin antoqonist münasibətdə olur. Bundan başqa parazit sahibinin orqanizmində immunbioloji reaksiya yaradır.

Parazitizm Yer kürəsində canlılar əmələ gəldikdən sonra başlamış və hal-hazırda təbiətdə geniş yayılmışdır. Demək olar ki, heyvanat aləminin bütün növləri öz tərkiblərində parazit həyat keçirən orqanizmə malikdirlər.

Heyvanların bir neçə sinfi tamamilə parazitlərdən ibarətdir. Məsələn, yastı qurdlar (sorucular) və lentşəkilli qurdlar, ibtidailər (sporlular) və başı tikanlılar. Parazitlərin buğumayaqlılar tipi böyük sayda həşərat və hörümçəkkimilər sinfini təşkil edir. Müasir heyvan növlərinin 1,5 milyona qədər nümayəndəsinin 60-65 mini (4-5%-i) parazit həyat sürür.

Parazitlərin çoх geniş yayılması və müхtəlif növlü olmaları onların yaşadıqları heyvanın növündən asılı olmayaraq müхtəlif sistemlərə bölməyə səbəb olmuşdur.

Orqanizmin və onunla əlaqədar olan hadisələrin öyrənilməsinin həm nəzəri, həm də praktiki əhəmiyyəti vardır.

Hələ 1892-ci ildə İ.İ.Meçnikov göstərmişdir ki, zoologiyanın bir bölməsi başqa orqanizmə daxil olan və orada yaşamağa uyğunlaşmış orqanizmlərə həsr olunmalıdır. Bu bölmə orqznizmdə yaşayan parazitlərin zərərli təsirinə qarşı orqanizmin reaksiyasını və müqavimət xüsusiyyətlərini öyrənməlidir.

Parazitilogiya biologiyanın bir sıra məsələlərinə toxunur. O morfoloji və fizioloji uyğunlaşmaları öyrənmək üçün bir əsas olaraq, patoloji “növ” anlayışını öyrənir.

Parazit və sahib arasında ümumi bioloji qarşılıqlı əlaqə vardır. Parazitologiyanın başqa fənlərin öyrənilməsində də çox böyük əhəmiyyəti vardır. Parazitlər insanda, kənd təsərrüfat heyvanlarında, quşlarda sənaye əhəmiyyətli xəzdərili heyvanlarda, vəhşi heyvanlarda,balıqlarda və arılarda bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb olurlar. Bundan başqa parazitlər bir sıra mədəni kənd təsərrüfat bitkilərinə və başqa bitkilərə çox böyük zərər vururlar.

Parazit canlılar yəni, zooparazitlər, onların törtdiyi xəstəliklər-invazion və ya parazit xəstəlikləri, bitkilərin parazitlərinin törətdiyi xəstəliklərə isə fitoparazitlər deyilir. Məsələn, Qara yara infeksion xəstəlikdir, koksidoz isəinvazion xəstəlikdir.

Beləliklə xəstəliklərin infeksion və invazion təsnifatı xəstəlik törədicilərinin bitki və heyvanat aləminə aid olduğu ilə göstərilir. Qara yara törədicisi-bitki aləminin, koksidoz törədicisi, ibtidailər aləminin nümayəndəsidir.

Ancaq şübhəsiz elə orqanizmlər vardır ki, onları bitki və heyvanat aləminə aid etmək çətinlik törədir. Bu çətinlik ən çox özünü tək hüceyrəlilərdə göstərir. Məsələn, son məlumata görə iri buynuzlu heyvan və qoyunlarda anaplazmoz törədicisi öz bioloji və ultraquruluşuna görə əvvəllər güman edildiyi kimi sadə heyvan orqanizminə aid olmayıb, bitkilərin Protophyta tipinə aiddir.

Parazitlərin bitki yaxud heyvan orqanizmində parazitlik etməsindən asılı olaraq zooparazitologiya, yəni bitkilərin parazitologiyasına və heyvanların zooparazitologiyasına bölünür.

K.İ.Skryabin bütün canlı orqanizmin heyvan və bitki aləminə məxsus olduğunu nəzərə alaraq (indi üçüncü bir aləm-viruslarda mövcuddur-Vira) heyvan parazitləri haqqında elmi zooparazitologiya adlandırmış və onu sxem şəklində aydınlaşdırmışdır. (sxem 1)


Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin