I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix31.01.2017
ölçüsü1,01 Mb.
#6851
  1   2   3   4   5   6   7

                                   

                          AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ                          

                                                   XƏZƏR UNİVERSİTETİ 

     

                         HUMANİTAR VƏ SOSİAL ELMLƏR FAKÜLTƏSİ 



İstiqamətin şifri və adı                                                      060209-Psixologiya  

İxtisaslaşmanın adı                                                            Klinik psixologiya 

                                   Psixologiya  kafedrasının magistrantı  

                                      Əhmədova Sevinc Bəxtiyar qızının 

  

                                           Magistr dərəcəsi almaq üçün 



 

            GƏNC TƏLƏBƏ OĞLANLAR ARASINDA SİQARET ÇƏKMƏ İLƏ 

                                        DEPRESSİYA  ARASINDA ƏLAQƏ 

 

                                                          mövzusunda 



                                                    DİSSERTASİYA  İŞİ 

                                                           Elmi rəhbər                                                             

                           Psixologiya üzrə fəlsəfə doktoru Ləman  Verdiyeva 

 

                                                            Bakı-2016 



                                   

                                                    MÜNDƏRİCAT 

GİRİŞ .......................................................................................................................................4 

I FƏSİL. TÜTÜN HAQQINDA ÜMÜMİ MƏLUMAT......................................................10 

1.1.Tütün haqqında ümumi məlumat....................................................................................... 10 

1.2.Tütünçəkmə tendensiyası.................................................................................................. 16 

1.3.Tütünlə mübarizə üzrə  milli strategiya..............................................................................19 

II  FƏSİL. DEPRESSİYA HAQQINDA ÜMUMİ MƏLUMAT........................................24 

2.1.Depressiya haqqında...........................................................................................................24 

2.2.Psixi pozuntular və siqaret..................................................................................................30

 

2.3.



 Siqaret asılılığı və depressiya  arasında əlaqə...................................................................33

 

III FƏSİL. GƏNCLİK DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ..............................................37 



3.1. Gənclik dövrü xüsusiyyətləri və tütün aslılığını yaradan faktlar.......................................37 

3.2. Valideyn nəzarəti və  zərərli  vərdişlər arasında əlaqə......................................................40 

IV FƏSİL.  GƏNC TƏLƏBƏ OĞLANLARIN SİQARET ÇƏKMƏSİ İLƏ 

DEPRESSİYA  ARASINDA ƏLAQƏSİNİN EKSPERİMENTALTƏDQİQİ.................43 

4.1.Tədqiqatda istifadə olunmuş material və metodlar............................................................44 

4.1.1.Tədqiqat iştirakçıları........................................................................................................45 

4.1.2.İstifadə olunmuş metodikalar..........................................................................................46 

4.1.3.Tədqiqatın strukturu........................................................................................................46 

4.1.4.Statistik analiz.................................................................................................................47 

4.1.5 Alınan nəticələrin təhlili..................................................................................................52 



                                   

NƏTİCƏ..................................................................................................................................59 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT...................................................................................60 

ƏLAVƏLƏR...........................................................................................................................64 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                                   

         Giriş 

Mövzunun  aktuallığı. Tütünçəkmə  - dünyada qarşısı  alına bilinən əsas ölüm  səbəblərindən 

biridir.  Böyüklər  arasında,  hər  10  nəfərdən  birinin  ölümünün  səbəbidir.  Bəzi  ənənəvi 

cəmiyyətlərdə əsrlərdən bəri istifadə olunan tütünün, sənaye inqilabından sonrakı  dövrlərdə   

bir çox   ölkələrdə  istifadəsi  artmışdır. Tütün  istifadəsi  bütün  dünyada  və xüsusilə inkişaf 

etməkdə    olan  ölkələrdə  cəmiyyətin  önəmli  sağlamlıq  problemidir.  Siqaret  indiki  vaxtda 

bütün  cəmiyyətlərdə  geniş  şəkildə  istifadə  olunan  tütünün  bir  növüdür.  Faciəlidir  ki, 

epidemiya  inkişafda  olan  ölkələrə  tərəf  irəliləyir.  Bir  neçə  oniliklər  ərzində  tütünlə  əlaqəli  

bütün ölümlərin 80%-i  inkişaf etməkdə olan ölkələrdə baş verib

1

. Bu irəliləyiş qlobal tütün 



sənayesinin  inkişafda  olan  ölkələrdə  cavan  və  yetkinlik  yaşına  çatmış  insanları  hədəfə  alan 

marketinq strategiyası ilə əlaqəlidir. Əlavə olaraq, hal-hazırda qadınların əksəriyyəti tütündən 

istifadə  etmədiyinə  görə tütün sənayesi onları yeni potensial istehlakçı kimi seçərək, onlara 

tərəf  təcavüzkarlıqla  irəliləyir.  Tütündən istifadənin geniş  yayılmış  asılılığa çevrilərək  hər il 

milyonlarla  insanın  həyatını  əlindən  alan  və  sağlamlığına  zərər  vuran  qlobal  epidemiya 

səviyyəsinə  çatdığı  bir  dövrdə  tütünə  qarşı  mübarizə  beynəlxalq  ictimaiyyətin  qarşısında 

duran  vacib  vəzifələrdən  biridir.  Ümumdünya  Səhiyyə  Təşkilatı  tərəfindən  qəbul  edilmiş 

Tütünə  qarşı  mübarizə  haqqında  Çərçivə  Konvensiyası  bu  istiqamətdə  atılmış  ən  vacib 

addımlardan biridir. Tütün istifadəsi bir çox xəstəlik üçün risk faktoru olmaqla  yanaşı özü də 

bir xəstəlik  olaraq  qəbul  edilməkdədir 

2



  Siqaret  epidemiologiyasının  ən  əhəmiyyətli  nöqtələrindən  biri  də  siqaretə  başlama 



yaşlarıdır.  Hər  gün  dünyada 

80.000-100.000  gəncin  siqaret  aludəçisi  olduğu 

bildirilməkdədir.

Siqaret istifadə etməyə başlayan hər iki gəncdən biri bu pis vərdişi davam 



etdirir. Ekologiyanın pisləşdiyi, qlobal tütün epidemiyasının genişləndiyi bir şəraitdə bu növ 

 

 



1

Azərbaycan Respublikasının  müvafiq qanunvericiliyinin “

Tütünə qarşı mübarizə haqqında  ”Ümumdünya 

Səhiyyə 


Təşkilatının Çərçivə konvensiyasına Uyğunluğunun Müqayisəli Təhlili.Bakı:2015, 53 s ,4-6 s.

 

 



 2

Azərbaycan Respublikasının 2011-2015- ci illər üçün Tütünlə mübarizə üzrə milli strategiya. Bakı:2010, 44 ,3-8 s. 

 

 3

 Tütünçəkmədən imtina etmə üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi.Bakı:2012, 67s .6-12 



s.

 


                                   

xəstəliklər  təkcə  sürətlə  yayılmır,  həm  də  bu  səbəbdən  ölüm  halları  kütləvi  şəkildə  artır.              

Dünyada 8 ölüm səbəbinin 6-sı üçün risk faktoru olan tütün,insanları müxtəlif yollarla öldürə 

bilir.  Tütün  epidemiyası  dünyanı  yoluxucu  xəstəliklərin  epidemiyalarından  daha  çox  təhdid 

etməkdədir. Siqaret çəkənlərdə vaxtından əvvəl ölmə halı 77%-dir 

4

.

 



Bu, yeganə leqal istehlak 

malıdır ki, ondan istifadə edənlərin təxminən yarısını öldürür. 

  Elm adamları  dünyanın ən məşhur  və  ciddi  sağlamlıq problemlərindən  ikisi  olan  nikotin 

aslılığı və  depressiyanı  bir-biriylə əlaqəli  olduğunu  bildirdilər 

5



  Siqaret çəkmə insan orqanizminə çox mənfi təsir göstərir. Həyatının müəyyən bir dövründə 



major depressiya  keçirmiş  şəxslərdə  siqaret istifadəsi bu xəstəliyi olmayanlara  görə  olduqca 

yüksək  faiz  təşkil  edir.  Siqaret  aludəçilərində  depressiya  olma  ehtimalı  siqaret  aludəçisi 

olmayanlara  görə  iki  qat  çox  olduğu  müəyyən  edilmişdir.  Depressiv  vəziyyətdə  olan 

şəxslərdə  siqaret  asılılığı  nisbəti  artarkən,siqaret  aludəçiliyi  olan  şəxslərdə  depressiyanın 

olması  bu  fərdlərin  daha  çox  siqaret  çəkərək  asılılıqlarının  artmasına  gətirib  çıxardır.  Bu 

səbəblədə  depressiyaya  meyilli  olan  şəxlərin  siqareti  tərgitmə  ehtimalı  müvəfəqiyyətsizliklə 

nəticələnir

6

.  Dünya  Səhiyyə  Təşkilatının  son  məlumatlarına  görə  depressiya  ilə  mübarizə 



edən təxminən  121 milyon insanın  yüzdə  20 ilə 40-nın  intihara  cəhd edir, yüzdə 10 ilə 15-i 

isə  həyatını itirir. Bu gün hər beş qadından və hər on iki kişidən birində depressiya müşahdiə 

olunur.  Depressiyanın  yayılma  səviyyəsi  12  yaşdan  aşağı  uşaqlar  arasında  2%  təşkil 

edirsə,yeniyetmələr arasında 4-8% təşkil edir.

 

  Depressiyanın  yayılmasının  artması  səbəbiylə  Dünya  Səhiyyə  Təşkilatı  2012-ci  il  10 



Oktyabr  Dünya  Psixi    Sağlamlığı    gününün  əsas  mövzusu  olaraq  Depressiyanı  təyin  etdi. 

Xüsusilə  inkişaf  etmiş  ölkələrdə  təsir  sahəsini  hər  keçən  gün  artıran  bu  xəstəlik,  müasir 

dünyanın epidemiyası olaraq xarakterizə edilir.  

  4


Mathers CD, Loncar D. Projections of global mortality and burden of disease from 2002 to 2030. PLoS            

Medicine:2006,3-11p:e442.Additional information obtained from personal communication with  

Mathers(www.cdc.gov/tobacco/.../tips/...smoking/.../depression-and-smoking) 

 

5



Smoking and depression: Harvard Mental Health Letter.;2002 ,3 p(psychcentral.com/library/depression_smoking) 

 

6



Moss TG, Weinberger AH, Vessicchio JC, Man-cuso V, Cushing SJ, Pett M, et al. A Tobacco Reconceptualization  in Psychiatry 

(TRIP): Am J Addict 2010; 293-311 p(//www.mentalhealth.org.uk/a-to-z/s/smoking-and-mental-health) 



                                   

Tədqiqat  mövzusunun işlənilmə səviyyəsi.  Aparılan tədqiqatlarda, yeniyetmə və gənclərdə 

siqaret  çəkmə  vərdişinin  yüksək  olduğu  və  depressiv  əlamətlər  müşahidə  olunduğu  qeyd 

edilmişdir.M.Gulec,  B.Bakir,  M.Ozer  M,  Ucar,  S.Kilic,  M.Hasde  tələbələr  arasında 

apardıqları tədqiqatlarda siqaret çəkmə ilə depressiya arasında güclü bir əlaqə təyin etmişlər. 

RT.Mikolajczyk,  AE.Maxwell,  V.Naydenova,  S.Meier,  El  Ansari  Avropa  ölkələrində 

apardıqları  tədqiqatda  universitet    tələbələri  arasında  depressiv  əlamət  sıxlığı  Polşada  34%, 

Bolqarıstanda  39%,  Almaniyada  23%  olaraq  müəyyən  olunmuşdur.  Allgöver  və 

həmkarlarının    depressiya  testi  vaistəsi  ilə  15  Avropa  ölkəsində  apardıqları    tədqiqatlarda 

universitet  tələbələrində  depressiv  əlamət  göstəricisi  32,0%  olaraq  aşkarlanmışdır.  Siqaret 

çəkənlərdə  çəkməyənlərə    görə  depressiv  əlamətlərin    daha    yüksək    səviyyədə    olduğu 

müxtəlif  tədqiqatlarda verilmişdir.

    Aparılan  tədqiqatların  təhlili  göstərir  ki,  siqaret  çəkənlərdə  depressiv  əlamətlər 



çəkməyənlərə görə nisbətdə daha yüksəkdir.

8

  



  Bəzi  araşdırmalarda  siqaret    çəkənlərdə  depressiya    çəkməyənlərə  görə    nisbətdə  2,2  dəfə 

çoxdur.


   Koreyada aparılan tədqiqatda  siqaret  çəkmə ilə depressiya arasında əlaqə olduğu müəyyən 

olunmuşdur.

10  


Bununla yanaşı tədqiqatlarda siqaret çəkmə vəziyyəti ilə  depressiv  əlamətlər    

7  


Yargıç , Baykan H.(2013) Severe mental disorders, depression and smoking cessation Anadolu dergisi   77-83 s, Güleç M, Bakır 

B,  Özer  M,  et  al.  Association  between  cigarette  smoking  and  depressive  symptoms  among  military  medical  students  in  Turkey. 

Psychiatry Research 2005;  281-286 s, (www.scopmed.org),Huten M, Kalyoncu A, Pektaş Ö,Beyazyürek M. Psikiyatrik bozukluğu 

olmayan kişilerde sigara içme davranışının depresyon düzeyleriyle ilişkisi,Bilimsel Çalışmalar Özet Kitabı, 1998: 206 s 

8

İnci  R,  Ağargün  MY,  Özer  ÖA,  ve  ark.  Bir grup  üniversite  öğrencisinde  sigara  içimi ve  mizaç  durumları.  39.  Ulusal  



Psikiyatri  Kongresi    Bildiri    Kitabı,    2003:    610-612,Yazıcı  H,  Çetinkaya  B,  Kahveci  H,  Demirci  S.  Genç  bireylerde    depresif  

belirtiler  ve  sigara  içmeye dönük tutumlar. Bağımlılık Dergisi 2007; 8: 79-84,Surtees  PG,  Pharoah  PDP,  Wainwright NWJ,  et  

al. A  followup  study  of  new users  of  a  university  counselling  service. Br  J  Guid  Counc  1998;  26:  255-72.(www.scopmed) 

9

Sütoluk  Z,  Nazlıcan   E,   Azizoğlu   A,  Akbaba    M. Yüreğir   Çıraklık  Eğitim   Merkezi   öğrencilerinde depresyon  sıklığı   ve  



nedenleri.  Türk  Tabipleri Birliği  Mesleki  Sağlık  ve  Güvenlik  Dergisi 2005; Temmuz-Ağustos-Eylül:  23-26, Güleç  M,  Bakır  

B,    Özer    M,    et    al.    Association  between    cigarette    smoking    and    depressive  symptoms  among  military  medical  students  in 

Turkey. Psychiatry Research 2005; 134: 281-286.( www.bmj.com/content/348/bmj.g1151) 

10

Lee    KJ.    Current    smoking    and    secondhand  smoke  exposure  and  depression  among  Korean  adolescents:    Analysis    of    a  



national  crosssectional  survey.  BMJ  Open  2014;4:e003734. doi:10.1136/bmjopen-2013-003734 (www.scopmed.org) 

                                   

arasında əlaqənin  olmadığını müəyyən edən nəticələr də əldə olunmuşdur. 

11

 



  Siqaret aslılığı digər  asılılıqlar kimi, həm genetik  həm də mühit kimi faktorların təsiri ilə 

yaranan kompleks davranışdır. Siqaret asılılığının genetik təsiri ilə bağlı; genioloji, əkizlər və 

molekulyar  genetik  tədqiqatlar  aparılmışdır.

12 


Əkizlərlə  aparılmış  14  fərqli  tədqiqatın 

nəticələrinin  təhlili  göstərir  ki,  nikotin  asılılığının  56%  genetik,  24%  ailə,  29%  ekoloji 

faktorlardan  qaynaqlanır.

13

Aparılan  araşdırmalar  aslılığın  inkişafında  ekoloji  faktorların 



siqaret çəkməyə başlamaqda, genetik faktorların isə uzunmüddətli istifadədən aslılığa keçiddə 

rol oynadığını göstərir.

14  

Xəstəliklərin  genetik  təməlini  araşdırmaq  üçün  aparılan əkizlər 



üzərində  tədqiqatda,  tək  yumurta  əkizləri  ilə  cüt  yumurta  əkizləri  arasındakı  konkordantlıq 

nisbəti  qiymətləndirilmişdir.  Bu  qiymətin  1-dən  böyük  olması  o  xəstəliyin  etiologiyasında 

potensial  genetik  faktorların  olduğunu  göstərir. Siqaret  aludəçisi olan  əkizlərdə  aparılan 

iki tədqiqatda  bu  nisbət 1.3  və  1.6  olaraq  tapılmışdır.

15 

Əkizlər  üzərində  tədqiqatlar  ilk dəfə 



1958-ci  ildə  Almaniya  da  aparılmışdır.

16 


Əkizlər  üzərində  aparılan  tədqiqatlar,  nikotin  

asılılığının  depressiya  kimi  eyni  ailədə  davam  etdiyini  və  böyük  nisbətdə  irsi  olduğunu 

göstərir. Genetik faktor,  tütün istifadəsi  və depressiya arasındakı  əlaqəni  qismən açıqlaya 

bilir. Bu  tədqiqatda  tək  yumurta  əkizlərində  siqaret  asılılığının  cüt  yumurta  əkizlərindən 

 

 daha çox olduğu müşahidə edilmişdir.  ABŞ, Skandinaviya, Avstraliya, Yaponiyada daha 



 

11

Özen  Ş,  Arı  M,  Gören  S,  ve  ark.  Tıp  Fakültesi birinci  ve  altıncı  sınıf  öğrencilerinde sigara  ve  alkol  kullanım  sıklığı.  



Anadolu Psikiyatri  Dergisi  2005;  6:  92-98.8,Marakoğlu K, Çivi S, Şahsıvar Ş, Özdemir S. Tıp Fakültesi birinci ve ikinci sınıf 

öğrencilerinde sigara içme durumu ve depresyon yaygınlığı arasındaki ilişki.  Bağımlılık  Dergisi,  2006;  7:  129-134,Akvardar Y, 

Demiral Y, Ergor G, Ergor A. Substance use  among  medical  students  and  physicians in  a  medical  school  in  Turkey.  Soc  

Psychiatry Psychiatr  Epidemiol  2004;  39:  502-506.( www.everydayhealth.com/depression/smoking-and-depression.) 

12

Sullivan PF, Kendler KS. The genetic epidemiology of smoking. Nicotine Tob Res 1999; 1:51–57(www.rcpsych.ac) 



13

True WR,  Heath AC,  Scherrer JF, Waterman B, Goldberg J, Lin  N  et  al. Genetic  and environmental contributions to smoking. 

Addiction 1997; 92:1277–1287(/www.mentalhealth.org.) 

14

Carmelli  D,  Swan  GE,  Robinette  D,  Fabsitz  R.  Genetic  in  fluence  on  smoking–a  study  of  male  twins.  N  Engl  J  Med  1992; 



327:829–833(www.apa.org) 

15

Edwards KL, Austin MA, Jarvik GP. Evidence for genetic influences on smoking in adult women twins. Clin Genet 1995. 



16 

Akgün GA, Tufan AE, Yurteri N, Erdoğan A. Dikkat eksikliği hiperaktivite bozukluğunun genetik boyutu. Psikiyatride Güncel 

Yaklaşımlar-Current Approaches in Psychiatry 2011; 3:15-48 (www.bagimlilikdergisi.net) 


                                   

geniş  diametrli  nümunələrlə  bu  mövzuda  tədqiqatlar  icra  edilmişdir.  Bu  tədqiqatlar  siqaret 

asılılığına  əlavə  olaraq  siqaretə  başlama  yaşı,  çəkmə  miqdarı,  siqareti  tərgidə  bilmək  kimi 

siqaret  çəkmə  davranışlarının  təşkil  edilməsində  də  genetik  faktorların  rolunun  olduğunu  

göstərmişdir.

17

 

  Digər    bir  araşdırma,  siqaret  çəkmənin  eyni  zamanda    depressiya  ilə    yaxın    əlaqəsi    olan 



həyacan pozuntusu riskini də artırdığını  göstərdi.

18

 



  Dinn və həmkarlarının apardıqları tədqiqatda siqaret çəkən və çəkməyən qrupda, depressiya 

və  həyacan ilə siqaret çəkmə arasında əlaqə tapmamışdır, lakin Rezvanfard və digərlərinnin 

apardıqları tədqiqatda  isə yüksək siqaret asılılığı olan qrupda depressiya balları daha yüksək  

olmuşdur.

19 

Tədqiqatın  obyekti. Tədqiqatda 200 nəfər oğlan  iştirak etmişdir (100 nəfər siqaret   çəkən 



(əsas  qrup)  100  nəfər    siqaret  çəkməyən(kontrol  qrup)).  Araşdırmaya  cəlb  olunanlar  18-24 

yaş arası oğlanlar təşkil edir. Tədqiqata cəlb olunanlar respublikamızda fəaliyyət göstərən ali 

təhsil  ocaqlarının  tələbələri  olmuşdur  (Bakı    Dövlət  Universteti,  Azərbaycan  Tibb 

Universteti,  Xəzər  Universteti,  Azərbaycan  Dillər  Universteti,  Azərbaycan  Texnologiya 

Universteti,  Gəncə  Dövlət  Texnologiya  Universteti,  Azərbaycan  Memarlıq  və  İnşaat 

Universteti). Hər bir iştirakçıya tədqiqatın məqsədi haqqında informasiya verilmiş, tədqiqatda 

iştirak edənlərdən məlumatlı razılıq alınmışdır.

 

Tədqiqatın  predmeti.  Siqaret  çəkən  və  çəkməyən    gənc  oğlan  tələbələr  arasında  depressiv 



vəziyyətin ölçülməsi , siqaret çəkənlərdə aslılığın müəyyən edilməsi. 

Tədqiqatın fərziyyəsi. 

 1.Depressiyaya  meyilli    olan    nikotin  asılılarının    vərdişlərini    tərk  etmək  üçün    daha  çox 

zamana ehtiyacları  olur. 

  2.Depressiya- nikotin  asılılığı  üçün  bir  risk faktorudur. 

17

 Tezel A. Sigara içme ve depresyon. Atatürk Üniv. Hemşirelik Yüksekokulu Dergisi 2002; 1-3 s.(www.yesilay.org.tr/tr/.../sigara-



ve-tutun-bagimliligi) 

18 


Snaith RP, Zigmond AS. The hospital anxiety and depression scale. Br Med J, 1986;292:344.( www.cdc.gov) 

19 


Rezvanfard  M,  Ekhtiari  H,  Mokri  A,  Djavid  G,  Kaviani  H.Psychological  and  Behavioral  Traits  in  Smokers  and  Their 

Relationship with Nicotine Dependence Level. Archives of Iranian Medicine 2010; 395-405 p.( www.apa.org) 



                                   

 3.Siqareti  tərgitmək,  depressiyaya  meyilli  olan  şəxslərdə  yeni  bir  depressiv  dövrü 

sürətləndirə bilər. 

 4.Siqaret çəkənlərdə depressiya  göstəricisi çəkməyənlərə nisbətdə çoxluq təşkil edir.      

Tədqiqatın məqsədi. Tədqiqat işinin başlıca məqsədi 18-24 yaş arası kişilərdə siqaret çəkmə  

sıxlığını təyin etmək və depressiya ilə əlaqəsini ortaya qoymaqdır. 

Tədqiqatın  vəzifələri.  Qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  üçün  aşağıda    qeyd  olunan 

vəzifələrin həlli vacib hesab edilmişdir.

 

1.Siqarət çəkənlərdə depressiya ehtimalının təsirini müəyyənləşdirmək.



 

2.Siqaret çəkənlərdə aslılığın dərəcəsini müəyyənləşdirmək.

 

3.Siqaret  çəkən  və  çəkməyənlərin  sosial  göstəricilərinin  dinamikasını  sistemli  şəkildə 



öyrəndikdən sonra tövsiyələr irəli sürmək.

 

Tədqiqatın gedişində istifadə olunan metodikalar. 



 

1.Sosial-demoqrafik xüsusiyyətləri və siqaret çəkmə vərdişini təyin etmək üçün xüsusi işlənib 

hazırlanmış anket vaistəsilə göstəricilər qeydə alınmışdır;

 

2.Depressiya səviyyələrini qiymətləndirmək üçün Bek Depresiyya Testi (BDT) tətbiq olundu;



 

3.Nikotin asılılığını qiymətləndirmək üçün Fagerstrom Asılılıq Testi(FBT)istifadə edilmişdir;

 

Tədqiqatın  elmi  əhəmiyyəti.  Apardığımız  tədqiqat  işi  böyük  elmi  əhəmiyyətə  malikdir. 



Tədqiqat  gənc  nəslin  psixoloji  və  fizioloji  sağlamlığı  üçün  gələcək  də  bu  istiqamətdə 

aparılacaq tədqiqat işləri üçün zəmin rolunu oynaya  bilər.

 

Tədqiqatın elmi yeniliyi və praktik əhəmiyyəti. Tədqiqatda Azərbaycanda ilk dəfə olaraq 



siqaret çəkmə ilə depressiya arasındakı əlaqə araşdırılmışdır.

 

Tədqiqat işinin nəticələri  orta 



və ali məktəblərdə mütəmadi  maarifləndirici psixoloji treninq və seminarların təşkilində  

istifadə edilə bilər. 

Dissertasiya  işinin  quruluşu.  Dissertasiya  işi  giriş,  4  fəsil,  nəticə,ədəbiyyat  siyahısı  və  

əlavələrdən ibarətdir. 

 

 


10 

                                   

I FƏSİL.TÜTÜN HAQQINDA ÜMUMİ MƏLUMAT 

     1.1.Tütün  haqqında ümumi  məlumat 

Tütün badımcançiçəklilər  (Solanaceae)    fəsiləsinin    Nicotiana   L.    cinsinə    aid  olan   birillik  

bitkidir.  Əsl  tütün Nicotiana tabacum L. adlanır. Tütün 120 ölkədə yetişdirilir. Dünya üzrə 

kənd  təsərrüfatı  üçün  yararlı  olan  torpaqların  təxminən  4  milyon  hektarında  tütün  bitkisi 

becərilir. Tütün yarpağında 1-3 % nikotin, 1 % efir yağı, 4-7 % qətran, 7-10 % zülal,4-13 % 


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin