İctimai Televiziya və Radio Yayımları Şirkəti qazanxananın yenidən qurulması üçün layihə smeta sənədlərinin hazırlanması məqsədilə



Yüklə 93,81 Kb.
Pdf görüntüsü
tarix05.03.2017
ölçüsü93,81 Kb.
#10076

5 avqust 2016-cı il, cümə

7

İctimai Televiziya və Radio Yayımları Şirkəti qazanxananın yenidən 

qurulması üçün layihə - smeta sənədlərinin hazırlanması məqsədilə 

A Ç I Q   T E N D E R   E L A N   E D İ R

Tender iştirakçılarına təklif edilir ki, öz ten-

der təkliflərini möhürlənmiş, imzalanmış şəkildə 

ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender 

iştirakçıları lazımi maliyyə və texniki imkanlara 

malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 

aşağıdakı məbləğdə iştirak haqqını göstərilən 

hesaba köçürdükdən sonra Azərbaycan dilində 

tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, 

Yasamal rayonu, Şərifzadə küçəsi, 241 nömrəli  

(əlaqələndirici şəxs: Hüseynzadə Zaur, telefon : 

012 404 11 62)  ünvandan ala bilərlər.



İştirak haqqı: 50 manat.

Hesab: AZ 40 AZRE 

000021477206AZN38050

VÖEN:2000435761

Bank: “Dəmirbank” ASC-nin  əməliyyat 

idarəsi filialı 

Kod: 508308

VÖEN:900001471

M/H:AZ 85 NABZ 

013501000000000011944

S.W.İ.F.T:AZER AZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağı-

dakı sənədləri 26 avqust 2016-cı il saat 17.00-a 

qədər təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı 

müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi 

barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən 

sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində 

bank təminatı (zərflərin açıldığı tarixdən sonra 

ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və 

digər icbari ödənişlərə dair yerinə yetirilməsi 

vaxtı keçmiş öhdəliklərin olmaması haqqında 

müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haq-

qında vergi orqanları tərəfindən təsdiq olunmuş 

maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti 

haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, 

nizamnaməsi,  qeydiyyatdan keçdiyi ölkə və 

rekvizitləri;

- iddiaçıların  müvafiq mallar üzrə mənşə və 

uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə 

(əsli və surəti) tərtib olunmalıdır (xarici dildə 

olan tender təklifləri Azərbaycan dilinə  tərcümə 

olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları 

haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün 

yuxarıda göstərilən sənədləri möhürlənmiş ikiqat 

zərfdə 2 sentyabr 2016-cı il saat  11.00-a qədər 

Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 

241 nömrəli  ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş 

zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 5 sentyabr  2016-cı 

il saat 11.00 -da  Bakı şəhəri, Yasamal rayonu, 

Şərifzadə küçəsi, 241 nömrəli ünvanda açıla-

caqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri 



iştirak edə bilərlər.

Tender komissiyası

BİLDİRİŞ

"Sumqayıt Kimya Sənaye Parkı" MMC 

tərəfindən Sumqayıt Kimya Sənaye Parkının 167.66 

hektar ərazisində yanğın suyu, içməli su, texniki su üçün 

3 ədəd anbarın və məişət tullantı suları üçün 1 ədəd na-

sosxananın və Taxtakörpü-Ceyranbatan kanalından 

Sumqayıt Kimya Sənaye Parkının ərazisinə texniki su 

xəttinin tikintisi işlərinin satın alınması ilə əlaqədar keçi-

rilmiş açıq tenderlərdə iştirak edən iddiaçıların təklifləri 

qiymətləndirilmişdir. 

Açıq tenderin nəticələri haqqında tender komissiyasının 

29 iyul 2016-cı il tarixli qərarına əsasən "M-NAF" MMC 

qalib elan edilmiş və həmin təşkilatla 2016-cı il avqustun 

1-də müvafiq satınalma müqavilələri bağlanmışdır.

BİLDİRİŞ

“Sumqayıt Kimya Sənaye Parkı” MMC  

tərəfindən Sumqayıt Kimya Sənaye Parkının 

167.66 hektar ərazisindən 94.13 hektar ərazisinə 

estakadanın tikintisi işlərinin satın alınması ilə 

əlaqədar keçirilmiş açıq tenderdə iştirak edən iddi-

açıların təklifləri qiymətləndirilmişdir. 

Açıq tenderin nəticələri haqqında tender komis-

siyasının 29 iyul 2016-cı il tarixli qərarına əsasən 

“Progress Construction” MMC qalib elan edilmiş 

və həmin təşkilatla 2016-cı il avqustun 1-də müva-

fiq satınalma müqaviləsi bağlanmışdır.



 

ˆ

İki yüz mindən artıq əhalisi olan 



Cəlilabadda gənclərin hərbi-vətənpərvərlik 

və mənəvi tərbiyəsi, onların yaradici-

liq qabliyyyətinin üzə çıxarılması, asudə 

vaxtlarının səmərəli təşkili və idmanda 

nailiyyətlər qazanması üçün hər cür şərait 

yaradılıb. Gənclər rayonun həyatında fəal 

iştirak edir, onun tərəqqisinə layiqli töhfələr 

verirlər. 

El bayramlarında, tarixi 

günlərdə, ictimai-siyasi 

həyatda maraqlı tədbirləri 

ilə seçilən cəlilabadlı oğlan 

və qızlar "Gənclər günü"nün 

20-ci ildönümünün qeyd 

olunduğu bu il daha qaynar 

həyat nümunəsi göstərirlər. 

Elə bayramın keçirildiyi fev-

ral ayının 2-də rayonun icti-

mai-siyasi həyatında, təhsil 

sahəsində seçilən gənclərin 

və mötəbər yarışlarda 

xüsusilə fərqlənmiş idman-

çıların   mükafatlandırılması 

buna bariz misaldır. Gənclər 

və idman idarəsinin "5 Mart 

- Bədən tərbiyəsi və İdman 

günü"nə həsr olunmuş top-

lantısı da yaddaqalan olub.   

Xəmsə" Milli İntellek-

tual oyunu üzrə gənclər 

arasında keçirilən VIII 

Azərbaycan  çempionatının 

zona birinciliyində Cəlilabad 

təmsilçilərinin fərəhli 

nəticələr göstərməsi də 

qeyd edilə bilər.    

Gənclər arasında 

hərbi-vətənpərvərlik 

tərbiyyəsinin gücləndirilməsi 

istiqamətində də rayon-

da ardıcıl işlər görülür. 

Ümumtəhsil məktəblərində 

ibtidai hərbi-hazırlıq fənninin 

daha yüksak səviyyədə 

keçirilməsinə diqqət ye-

tirilir. Şagirdlərin müasir 

hərbi-hazırlıq biliklərinə 

daha  dərindən yiyələnməsi 

və milli ordunun hərbi 

hissələrində gənclər 

arasında ictimai-siyasi iş 

aparılması üçün məqsədilə 

ilin əvvəlində Gənclər 

və İdman İdarəsi ilə "N" 

saylı hərbi hissə arasında 

müqavilə bağlanıb. Analoji 

tədbirlərdə ordumuzun zabit 

və əsgərləri yaxından iştirak 

edirlər. "Şahin" hərbi idman 

oyunu üzrə mart ayında 

rayonun 74 orta məktəbində 

maraqlı yarışlar keçirilib

2254  nəfər qüvvəsini 

sınayıb. "Şahin"in Cəlilabad 

şəhər mərkəzi stadionunda 

keçirilmiş rayon və Neftçala 

rayonunda keçirilən zona 

birincilikləri iştirakçılara 

unudulmaz təsir bağışla-

yıb. Cəlilabadlı "şahin"lər 8 

iştirakçı rayon komandasını 

üstələyərək zona yarışları-

nın qalibi olub.

Aprel ayında "Marş 

İrəli" VMH çoxnövçülük 

oyunlarının məktəbdaxili 

yarışları keçirilib. Yarışla-

rın proqramına 100 metr 

məsafəyə qaçış, turnikdə 

dartınma, qumbaraatma və 

2000 metr məsafəyə kross 

qaçışı daxil idi. Yarışlarda 

məktəblərin 168 koman-

dası, 840 şagirdi, rayon-

daxili zona birinciliyində 70 

məktəb komandası və 350 

şagird iştirak edib. "Vətənin 

müdafiəsinə hazıram" 

poliatlon çoxnövçülüyü üzrə 

rayon çempionatı Cəlilabad 

şəhər mərkəzi stadionunda 

keçirilib. Çempionatda rayo-

nun 12 tam orta məktəbi iş-

tirak edib. Cəlilabad şəhər 7 

saylı tam orta məktəbin ko-

mandası 1-ci, Ocaqlı kənd 

1 nömrəli orta məktəbi 2-ci, 

Alar kənd 1 nömrəli orta 

məktəbi isə 3-cü   yeri tutub. 

"VMH" poliatlon  çoxnövçü-

lük  üzrə respublika çem-

pionatının zona yarışı da 

Cəlilabadda  keçirilib. Yarış-

da respublikanın şəhər və 

rayonlarından  10 koman-

da - Astara, Masallı, Lerik, 

Yardımlı, Biləsuvar, Salyan, 

Cəbrayıl, Xocavənd, Fizuli 

və Cəlilabad kollektivləri 

iştirak ediblər. Cəlilabad 

komandası ən güclü olub. 

Yardımlı 2-ci,  Cəbrayıl 3-cü 

yerə layiq görülüb.   

"Sərhəd" hərbi-idman 

oyunlarının məktəbdaxili 

yarışlarında Buravar, Şa-

tırlı, Əsədli, Ləkin, Musalı, 

Zəhmədabad, Kövüzbulaq 

1 nömrəli, Məlikqasımlı, 

Bayxanlı, Qarakazımlı tam 

orta məktəblərindən 100-ə 

yaxın şagird iştirak edib. 

Rayon birinciliyi Əsədli 

kənd Sərhəd  komendant-

lığında keçirilib. Yarışda 10 

komanda qüvvəsini sınayıb 

və Ləkin kənd tam orta 

məktəbinin hərbi idmançıları 

qalib gəliblər.

Azərbaycan Respublikası 

Gənclər və İdman Nazirliyi-

nin iş planının icrasını təmin 

etmək və gəncləri  hərbi 

xidmətə həvəsləndirmək  

məqsədilə  14 aprel 2016-cı 

ildə Cəlilabad rayonundakı 

Heydər Əliyev Mərkəzində  

çağrışyaşlı  gənclərlə  görüş 

olub və konsert proqra-

mı təqdim edilib. Tədbirə 

rayonun gəncləri, ictimaiyyət 

nümayəndələri, hüquq-

mühafizə orqanlarının, idarə 

və müəsisələrin rəhbərləri, 

şagirdlər, tələbələr və 

müəllimlər, ümumilikdə 

800 nəfər qatılıb. Cəlilabad 

Rayon İcra Hakimiyyətininn 

başçısı Əziz Əzizov, 

Gənclər və İdman Nazir-

liyinin Vətənpərvərlik və 

Vətəndaşlıq sektorunun 

müdiri Əli Məmmədov, Gİİ-

nin rəisi Ramin Rəhimov, 

Cəlilabadda yerləşən  Daxili 

Qoşunlar hissəsinin giziri 

Rüstəm Rüstəmov çıxış 

ediblər.

May ayında isə "UMH" 

poliatlon çoxnövçülüyü üzrə 

Qaxda  keçirilmiş respublika 

çempionatında Cəlilabad 

komandası "gümüş" pillədə 

qərarlaşıb. Fövqəlada 

Hallar Nazirliyinin Cənub 

Regional Mərkəzi, rayon 

təhsil şöbəsi, həmçinin 

gənclər və idman idarəsinin 

birgə təşkilatşılığı ilə 

Cəlilabad şəhər mərkəzi 

stadionunda "Gənc xilase-

dici və yanğınsöndürən" 

yarışı    keçirilib. Birincilikdə 

6 məktəb komandası iştirak 

edib, Cəlilabad şəhər 1 

nömrəli tam orta məktəbinin 

komandası qalib adını 

qazanıb. Lənkəranda təşkil 

olunan zona birinciliyində 

isə Cəlilabad komandası 

3-cü yeri tutub.

Dövlət Sərhəd 

Xidmətinin Göytəpədəki 

hərbi hissəsində keçirilən 

"Sərhəd hərbi-idman oyu-

nu üzrə respublika zona 

yarışında da Cəlilabad 

komandasının adı 1-ci 

olub. İki ay öncə isə Xızı 

rayonunda keçirilən Sərhəd 

hərbi-idman oyunu üzrə 

respublika birinciliyində 

ən güclü olduğunu sübuta 

yetirən Cəlilabad komanda-

sı Gənclər və idman, Təhsil 

nazirliklərinin, habelə Dövlət 

Sərhəd Xidmətinin diplom-

larına və mükafatına layiq 

görülüb.


Milli Ordu Günü 

münasibətilə "N" saylı  hərbi 

hissədə əsgər və zabitlərlə 

görüşən rayon gəncləri 

musiqili-əyləncəli proqram 

təqdim ediblər. Ordu ilə xal-

qın birliyi nümayiş etdirilib.   

İdman bölmələrində 

məşğul olan rayon gəncləri  

də qalibiyyət ənənəsini 

davam etdirirlər. Belə ki, 

20 Yanvar şəhidlərinin 

xatirəsinə həsr olunmuş 

boks turnirində və açıq 

birincilikdə Cəlilabaddakı  

UGİM təmsilçiləri 1-ci yeri 

tutublar. Yunan-Roma 

güləşi, şahmat və ağır-

lıqqaldırma üzrə rayon  

birincilikləri, taekvondo üzrə 

yarış, basketbol üzrə "Qış 

kuboku" respublika turniri 

də cəlilabadlıların fəal iştira-

kı ilə keçib. Ümummilli lider 

Heydər Əliyevin anadan ol-

masının 93-cü  ildönümünə 

həsr olunmuş  futbol üzrə 

açıq birincilikdə 22 koman-

da iştirak edib. Bu növ üzrə 

rayon   yarışında 12 koman-

da arasında Üçtəpə kənd 

futbolçuları 1-ci, Uzuntəpə 

kənd komandası isə II yeri 

tutub.


Yeniyetmələrin X 

Respublika Oyunlarının 

proqramına daxil olan 

sərbəst güləş üzrə zona 

yarışı   Cəlilabad şəhərində  

keçirilib. Yarışda bu rayon-

dan 47 idmançı iştirak edib 

və 5 nəfər 1-ci, 1 nəfər 2-ci, 

11 nəfərsə 3-cü yerə layiq 

görülüb. Ümumi komanda 

hesabında Cəlilabad  147 

xalla  I yeri tutub. Oyunların 

proqramına daxil olan Yu-

nan-Roma güləşi üzrə zona 

yarışında  Cəlilabaddan 16 

idmançı iştirak edib: 3 nəfər 

2-ci, 2 nəfərsə 3-cü yerə 

layiq görülüb.

Balakəndə 2002-

2003-cü  il təvəllüdlü 

yeniyetmələr arasında  

sərbəst  güləş  üzrə  res-

publika birinciliyində də 

cəlilabadlılar məhsuldarlıq 

göstəriblər. Belə ki, ra-

yonu təmsil edən 17 

idmançıdan 1-i qalib elan 

olunub, 1 nəfər 2-ci, 3 

nəfər 3-cü, 2 nəfər 5-ci 

yerlə kifayətlənməli olub. 

Yunan-Roma güləşi üzrə 

yeniyetmələrin X Respubli-

ka Oyunlarının final yarışın-

da rayondan 5 idmançı işti-

rak edib və layiqli  mübarizə 

aparıb: 2 nəfər 2-ci, 1 nəfər 

3-cü, 2 nəfər 5-ci yeri tutub.

Cəlilabadın 1999-2001-

ci illər təvəllüdlü sərbəst 

güləşçiləri Sabirabadda res-

publika zona birinciliyində 

qalib gəliblər. Yunan-Roma 

güləş üzrə yeniyetmələrin 

zona birinciliyində də nəticə 

sevindirici olub. Ulu öndər 

Heydər Əliyevin anadan ol-

masının 93-cü ildönümünə 

həsr olunmuş   "Gömrükçü" 

İdman Klubunun taekvon-

do üzrə açıq birinciliyində 

rayondan  6 idmançı iştirak 

edib, uşaqlar arasında 1 

nəfər 3-cü yerə layiq görü-

lüb. Bakı şəhərində keçirilən 

yunan-Roma güləşi üzrə  

yeniyetmələrin Azərbaycan 

birinciliyində Cəlilabaddan 

1 idmançı 3-cü yeri, 1 

nəfərsə 5-ci yeri tutub. 

Əməkdar məşqçi Oqtay 

Hüseynovun xatirəsinə həsr 

olunmuş sərbəst güləş üzrə  

turnirdə cəlilabadlılar hər 

üç pillədə yer tuta biliblər.                

Cəlilabad Gənclər və İdman 

İdarəsinin rəisi Ramin 

Rəhimovun dedikləri:

 -Fəxr edirik ki, idarəmiz 

nazirliyin ən qabaqçıl rayon 

qurumlarındad biridir. Bu 

adı daim doğrultmağa 

çalışırıq. Qaynar həyatımız 

da göstərir ki, Cəlilabad 

gəncləri hər zaman irəlidə 

gedirlər. Hazırda mühüm 

bir ictimai-siyasi hadisə 

ərəfəsindəyik. Ölkənin Əsas 

Qanununda dəyişikliklər 

üzrə referenduma hazırla-

şırıq. Dəyişikliklər zamanın 

tələbidir və bütün dövlətlər 

üçün xarakterikdir.   Təklif 

edilən layihəyə görə, Əsas 

Qanuna 29 dəyişiklik 

nəzərdə tutulur. Xüsusən 

ölkədə yeni ali səlahiyyət 

postunun - vitse prezidentlik 

vəzifəsinin təsis edilməsi, 

Prezidentlik müddətinin 7 

ilədək artırılması normal 

idarəçilik formasıdır.  

Konstitusiyaya ən 

mütərəqqi dəyişiklik 

təkliflərindən biri də 

gənclərin dövlət quruculu-

ğunun bütün təbəqələrində 

fəal iştirakına şərait yara-

dılmasıdır. Belə ki, heç bir 

vəzifədə yaş senzi olmaya-

caq. Yəni seçkilərdə iştirak 

hüququ olan hər bir şəxs, 

xüsusən də 18 yaşından 

etibarən gənclər seçkili 

orqanlarda öz şanslarını 

sınaya biləcək, bacarıqlı, 

istedadlı ali təhsilli gənclər 

yüksək vəzifələrə təyinat 

alacaqlar.



Əli NƏCƏFXANLI,      

"Xalq qəzeti"

Cəlilabadlı gənclərin 

qaynar həyatı

 

ˆ

Azərbaycan xalqı həmişə ona şöhrət gətirən öz görkəmli elm 



xadimləri, bacarıqlı alimləri ilə öyünüb, fəxr edib. Belə elm xadimləri 

sırasında ulu öndər Heydər Əliyevin “... Onun bizim üçün və gələcək 

nəsillər üçün qoyduğu irs milli sərvətimiz, milli iftixarımızdır” – deyə 

haqqında danışdığı akademik Mustafa bəy Topçubaşovun xüsusi yeri 

vardır.

Mustafa bəy Ağabəy oğlu Topçubaşov 

1895-ci il avqustun 5-də qədim Azərbaycan 

torpağı olan, sonralar isə erməni daşnak-

ları tərəfindən mənimsənilən və onlar 

üçün paytaxt elan edilən İrəvanda dünya-

ya göz açıb. Hələ məktəb illərindən elmi 

biliklərə yiyələnməyə meyilli olan Mustafa 

bəy Azərbaycanın maarifpərvər oğulları 

tərəfindən yaradılan İrəvan gimnaziyasını 

bitirdikdən sonra Kiyev Darülfünunun tibb 

fakültəsinə daxil olub. 

Gələcək alimin tələbəlik illəri tarixin 

ən çətin dövrlərindən birinə  -- I Dünya 

müharibəsinin getdiyi, Rusiyada çar üsul-

idarəsinin devrildiyi və Oktyabr İnqilabının 

baş verdiyi illərə təsadüf edib. Vətəndən 

uzaqlarda təhsil alan gənc möhkəm iradə və 

dözüm nümayiş etdirərək, tibbi biliklərə tam 

yiyələndikdən sonra -- 1919-cu ildə Vətəni 

Azərbaycana qayıdıb. 

Mustafa bəy elə həmin ildə Bakı 

Dövlət Universitetinin tibb fakültəsində 

işə dəvət olunub. O dövrdə Azərbaycanda 

kəskin surətdə milli tibb kadrlarının qıtlığı 

hökm sürürdü. Mustafa bəy BDU-nun tibb 

fakültəsində fəaliyyətə cəlb edilən ali tibb 

təhsilinə malik ilk milli kadr olub.

M. Topçubaşov BDU-nun tibb 

fakültəsində həm tibb elminin, həm tibbi 

fənlərin  tədrisinin, həm də həkimlik 

sənətinin incəlikləri ilə məşğul olmaq iqti-

darını özündə təcəssüm etdirə bilən ilk milli 

kadrlardan biri olmuşdur. Ümumiyyətlə, 

Azərbaycan səhiyyəsində, cərrahiyyə 

elmində və onun tədrisində bir sıra “ilk”lər 

məhz Mustafa bəy Topçubaşova məxsusdur.

M.A.Topçubaşov 1926-cı ildə bir qrup 

gənc həkimlə birlikdə Almaniyaya elmi 

ezamiyyətə göndərilən və oradan qayıtdıq-

dan sonra  doktorluq dissertasiyası  müdafiə 

edən ilk milli  kadrlardan biri kimi də tarixin 

yaddaşında qalıb. Gənc alim 1930-cu ildə 

doktorluq dissertasiyası müdafiə edərək tibb 

elmləri doktoru alimlik dərəcəsinə və pro-

fessor  elmi adına layiq görülüb. Elə həmin 

ildə o, Azərbaycan Dövlət Tibb  İnstitutunun  

(1930-cu il may ayının 9-da artıq BDU-

nun tərkibindəki tibb fakültəsi fəaliyyətini 

dayandırmış və Azərbaycan Dövlət Tibb 

İnstitutu təşkil edilmişdi) fakültə cərrahlığı 

kafedrasının müdiri vəzifəsində işləməyə 

başlamışdı. Bacarıqlı alim 1981-ci ilə 

qədər həmin kafedranın müdiri vəzifəsini 

şərəflə yerinə yetirib, bu yolda həm elmi

həm təlim-tərbiyə, həm də ictimai həyatda 

misilsiz xidmətlər göstərib, adını ölkəmizin 

səhiyyə tarixinə qızıl hərflərlə  yazdıra 

bilmişdir.

Müasirimiz olan əfsanəvi cərrah, 

akademik Mustafa bəyTopçubaşov daim 

yeniliklərə can atır, bir-birinin ardınca 

bu sahədə möhtəşəm ixtiralar, yeniliklər 

edir, dünya tibb elmini yeni nailiyyətlərlə 

zənginləşdirirdi. O, 1938-ci ildə “Analge-

zin” adlı efir-yağ ağrıkəsicisini və ondan 

istifadə üsulunu kəşf etdi. 1945-ci ildə SSRİ 

Xalq Səhiyyə Komissarlığının Elmi-Tib-

bi Şurasının Farmakologiya Komitəsinin  

iclasında M.Topçubaşovun  kəşf  etdiyi  

sürəkli analgeziyada istifadə olunan  efir-yağ 

qarışığının “Analgezin” adı altında bura-

xılmasına icazə verilmişdir. Təklif olunan 

efir-yağ qarışığı (ağrıkəsici) inyeksiyala-

rından təkcə cərrahi əməliyyatlarda deyil, 

həm də öddaşı sancıları, travmatik şok, 

tetanus, doğuş zamanında  ağrısızlaşdırma 

vasitəsi kimi istifadə olunurdu. 1964- cü 

ildə SSRİ miqyasında bu üsulun tətbiqində 

qazanılan uğurlu nəticələrə görə akademik 

M.Topçubaşov keçmiş SSRI dövründə elm 

adamlarına verilən ən yüksək mükafatlardan 

olan A.Vişnevski  adına Mükafata layiq  

görülərək, xatirə medalı ilə təltif edilmiş-

dir. Sonralar bu kəşf  Nobel mükafatına da 

təqdim olunmuşdu...

Mustafa bəy Topçubaşov SSRİ-də ilk 

dəfə olaraq evakohospitalların ixtlsaslaşdı-

rılması və növbələşdirilməsinin təşəbbüskarı 

kimi çıxış etmiş və müharibə illərində 

(1941-1945) hərbi-səhra cərrahiyyəsi işinin 

təşkilində bu üsuldan geniş istifadə edilmiş-

dir. Evakohospitallarda apardığı çoxsaylı 

əməliyyat və müşahidələr M.Topçubaşova 

öz konstruksiyası əsasında portativ stereos-

kopik  aparat  yaratmağa imkan vermişdir. 

O, bir-birinin ardınca mürəkkəb cərrahi 

əməliyyatlar apararaq, yüzlərlə, minlərlə  

döyüşçünü həyata qaytarmışdır. Müharibə 

illərində periferik sinir zədələnmələrinin 

cərrahi müalicəsində onun təklif etdiyi bir 

sıra yeni preparatların tətbiqinə geniş yer 

verilmişdir. Bütün bunlar onu nəinki res-

publikamızda və keçmiş SSRİ-də, eləcə də 

dünya tibb elmi sahəsində məhşurlaşdırmış, 

virtuoz cərrah kimi tanıtmışdır. 1940-cı 

ildə M.Topçubaşova Əməkdar elm xadimi 

fəxri adı verilmiş, 1943-cü ildə isə o, Dövlət 

(Stalin) mükafatı  laureatı olmuşdur.

Azərbaycan  SSR  Elmlər Akademiyası-

nın ilk 15 həqiqi üzvündən biri olan Mustafa 

bəy Topçubaşov, eyni zamanda 1945-ci ildə  

Azərbaycan  Elmlər Akademiyasının (indiki 

Azərbaycan Milli Elmlər Akademiyasının) 

yaradıcılarından, təsisçilərindən idi.

Akademik M.Topçubaşov  1945-50-

ci  illərdə  respublikanın baş cərrahı və 

Azərbaycan SSR Səhiyyə  Nazirliyi Tibb 

Xidməti İdarəsinin sədri vəzifəsini yerinə 

yetirmiş, 1947-49-cu illərdə Eksperimental 

Təbabət İnstitutuna rəhbərlik etmişdir. O, 

1949-cu  ildə SSRİ Tibb Elmləri Akademi-

yasının müxbir üzvü, 1960-cı ildə isə həqiqi 

üzvü seçilmişdir.

Mustafa bəy 1951-ci ildən ömrünün 

sonunadək Azərbaycan Elmlər Akademi-

yasının  vitse-prezidenti olmuş və 1952-ci  

ildə Bolqarıstan Elmlər Akademiyasının  

müxbir üzvü, 1954-cü ildə XI Lissabon 

Konqresində Ümumdünya Cərrahlar Assosi-

asiyasının üzvü seçilmişdir. O, Ümumittifaq 

Cərrahlar Cəmiyyətinin üzvü, Vişnevski 

adına Cərrahlar Cəmiyyətinin fəxri üzvü, 

Respublikada Siyasi və Elmi Bilikləri Yayan 

Cəmiyyətin sədri, Azərbaycan Cərrahlar və 

Uroloqlar Cəmiyyətinin fəxri sədri, SSRİ 

Böyük Tibb Ensiklopediyasının redaktorla-

rından  biri, “Abdominal cərrahiyyə” jurnalı-

nın redaktoru, respublika və İttifaq miqyaslı 

elmi-tibb jurnallarının redaksiya heyətlərinin 

üzvü olmuşdur.

1956-cı ilin sentyabrında M. Topçu-

başov Berlində Cərrahların Beynəlxalq 

Konqresində sovet tibb elmini təmsil edən 

görkəmli alim, novator-cərrah  kimi çıxış 

etmişdir. Onun “Öddaşı xəstəliyinin efir-yağ 

keyitməsi ilə müalicəsi” mövzusundakı 

məruzəsi mütəxəssislər tərəfindən yüksək 

qiymətləndirilmişdir. Məruzə əsasında tərtib 

edilən elmi  məqalə həmin ildə Leypsiqdə 

çıxan beynəlxalq tibb jurnalında dərc olun-

muşdur.


Mustafa bəyin tələbələri respublikada və 

onun hüdudlarından kənarda bacarıqlı cərrah 

kimi fəaliyyət göstərir, müəllimlərinin adına 

layiq çalışırlar. Onun rəhbərlik etdiyi klini-

kada müasir cərrahiyyənin problemləri, öd 

yollarının, xərçəng xəstəliyinin cərrahiyyəsi, 

travma məsələləri, bərpa cərrahiyyəsi və s. 

problemlər üzərində daim axtarışlar aparılıb.

Ömrünün 62 illik əmək fəaliyyəti 

dövründə akademik M. Topçubaşov 100 

mindən artıq uğurlu cərrahiyyə əməliyyatı 

aparmışdır. Onun gərgin elmi və prak-

tik fəaliyyəti ilə yanaşı, tibb kadrlarının 

hazırlanması işində böyük xidmətləri vardır. 

O, 300-dən artıq elmi işin və elmi-kütləvi 

məqalənin, 8 monoqrafiyanın, “Xüsusi 

cərrahlıq” adlı beşcildlik dərsliyin və dərs 

vəsaitlərinin müəllifi olub. Onun rəhbərliyi 

altında 12 elmlər doktoru və 30 elmlər 

namizədi alimlik dərəcəsi almaq üçün dis-

sertasiya müdafiə etmişdir.

Bakıda inşa edilən Akademiya şəhərciyi, 

həmçinin hazırda akademik M. Topçubaşo-

vun adını daşıyan Elmi-Cərrahiyyə Mərkəzi, 

AMEA-nın nəşriyyatı və mətbəəsi bilavasitə 

Mustafa bəyin təşəbbüsü və rəhbərliyi ilə 

yaradılmışdır.

Akademik M. Topçubaşov görkəmli 

ictimai xadim və bacarıqlı təşkilatçı kimi 

respublikada çox əhəmiyyətli işlər görmüş-

dür. O, uzun müddət respublika Ali Sove-

tinin sədri vəzifəsində çalışmış, SSRİ  Ali 

Sovetinin deputatı olmuş, Azərbaycan  KP  

MK bürosu üzvlüvünə namizəd seçilmişdir.

Akademik  M. Topçubaşov 1950-ci 

ildən ömrünün sonunadək Azərbaycan 

Sülhü Müdafiə Komitəsinin sədri, Sovet 

Sülhü Müdafiə Komitəsinin, Asiya və Afrika 

Ölkələri  ilə Həmrəylik Komitəsinin üzvü 

olmuşdur. Bu sahədə gördüyü ardıcıl və 

səmərəli fəaliyyətinə görə o, 1959-cu ildə 

Ümumdünya Sülh Şurasının gümüş medalı 

və Sovet Sülhü Müdafiə Komitəsinin fəxri 

fərmanları il təltif edilmişdir. 

1975-ci ildə anadan olmasının 80 illik 

yubileyi ərəfəsində SSRİ-nin ali mükafatına 

-- Sosialist  Əməyi Qəhrəmanı fəxri adına 

layiq görülən akademik  M. Topçubaşov 

çoxillik  məhsuldar fəaliyyətinə, xalqın rifa-

hı naminə göstərdiyi əvəzsiz  xidmətlərinə  

görə  4 dəfə Lenin ordeni, Bolqarıstan Xalq 

Respublikasının III dərəcəli “Kirill” və 

“Mefodi” ordenləri, eləcə də Qırmızı Əmək 

Bayrağı, “Şərəf Nişanı”, “Qızıl Ulduz”, 

“Oktyabr İnqilabı” ordenləri, “Qafqazın 

müdafiəsinə  görə”, “Almaniya üzərində 

qələbəyə görə”, “Fədakar  əməyə  görə” 

medalları ilə, “SSRİ-nin sanitar müdafiəsi 

əlaçısı” döş nişanı və çoxsaylı digər müka-

fatlarla təltif edilmişdir.

1995-ci ilin dekabr ayında Azərbaycan 

Elmlər Akademiyasının vitse-prezidenti, 

Azərbaycan Elmlər Akademiyasının və 

SSRİ Tibb Elmləri Akademiyasının həqiqi 

üzvü, Bolqarıstan Elmlər Akademiyasının 

müxbir üzvü, Əməkdar elm xadimi, Sosialist 

Əməyi Qəhrəmanı Mustafa bəy Ağabəy 

oğlu Topçubaşovun anadan olmasının 100 

illiyi münasibətilə onun Azərbaycan Tibb 

Universitetinin fakültə cərrahlığı kafedra-

sında çalışdığı iş otağında Xatirə muzeyinin 

təntənəli açılışı olmuşdur. Görkəmli alimin 

adını daşıyan indiki III cərrahi xəstəliklər 

kafedrasında keçirilən rəsmi açılışda 

Azərbaycan Respublikasının səhiyyə naziri, 

N.Nərimanov adına Azərbaycan Dövlət 

Tibb Universitetinin rektoru və başqaları 

çıxış  etmiş, görkəmli alim və ictimai xadim 

M.Topçubaşovun həyat və fəaliyyətindən, 

insani keyfiyyətlərindən danışmışlar. Alimin 

qızı dosent Zemfira xanım Topçubaşova 

ailəsi adından muzeyin təşkilatçılarına 

öz minnətdarlığını bildirmişdir. Muzey 

hazırda da öz fəaliyyətini davam etdirir və 

həmin muzeyə akademik M.Topçubaşovun 

tələbələrindən olan dosent Ş.Əliyev 

rəhbərlik edir.

Görkəmli alim, ictimai-siyasi və dövlət 

xadimi, akademik Mustafa bəy Topçubaşo-

vun həm indiki, həm də gələcək nəsillərə 

örnək olan zəngin irsi daim yaşayır və 

yaşayacaqdır.



Məmməd  NƏSİROV,  

Əməkdar elm xadimi, professor, 

ATU-nun III cərrahi xəstəliklər 

kafedrasının müdiri, 

Şəfa  ƏLİYEV,  

Əməkdar müəllim, III cərrahi 

xəstəliklər kafedrasının dosenti, 

akademik     M.A.Topçubaşovun 

Xatirə muzeyinin  rəhbəri  

Azərbaycan tibb elminin fəxri

Yüklə 93,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin