Qaçış yolu Yollarda



Yüklə 18,77 Kb.
tarix01.01.2022
ölçüsü18,77 Kb.
#50277
atletika serbest is


1.4.1. ƏSAS XÜSUSİYYƏTLƏRİ Estafet ayrı-ayrı idmançılar tərəfindən qət edilmiş müxtəlif saylı mərhələləri özündə birləşdirir. Standart estafetlər və müxtəlif mərhələləri olan estafetlər mövcuddur. Belə estafetlərdə komanda üzvləri müxtəlif uzunluğu olan mərhələləri qət edirlər. Estafetlər qaçış yollarında, adi, yolda, şossedə keçirilə bilər. Qaçış yollarında keçirilən estafetlərdə qaçış zamanı hər bir idmançı əlində estafet ağacı tutur və mərhələnin sonunda onu komanda yoldaşına ötürür. Yolda, şossedə, trasda keçirilən estafetlərdə isə həm estafet ağacı, həm də əllə komanda yoldaşına toxunmadan istifadə edilir. İAAF-n qaydalarına müvafiq keçirilən yarışlarda aşağıda göstərilən məsafələrə estafet qaçışları daha geniş yayılmışdır.

Qaçış yolu Yollarda

Çempionat Başqa yarışlar Marafon məsafəsi 6 idmançı arasında bölünür:

4100 m 4200 m 1-ci mərhələ – 5 km

4100 m 4200 2-ci mərhələ – 10 km

41500 m 3-cü mərhələ – 5 km

4-cü mərhələ – 10 km

5-ci mərhələ – 5 km

6-cı etap – 7.195 km

Bu bölmədə biz 4100 və 4400 m estafet qaçışının məşqi, taktikası və estafet ağacının ötürülməsi texnikası araşdırılacaqdır. İstənilən estafetin əsas məqsədi estafet ağacını yarışın start yerindən finişinə mümkün qədər sürətlə çatdırmaqdır. Estafetdə ötürmənin etibarlılığı çox mühüm amildir, belə ki, ağacın yerə düşməsi əlavə vaxt itkisinə gətirib çıxarır. Ötürmənin xüsusi ötürmə zonasından kənarda həyata keçirilməsi komandanın diskvalifikasiya olunması ilə nəticələnir. İdmançıların hazırlığı, onların funksional vəziyyəti, taktikası komandanın çıxışının səviyyəsini təyin edən əsas amillərdir. Bununla yanaşı, 4100 m və qaçış sürətinin yüksək olduğu nisbətən qısa məsafələrdə estafet ağacının ötürülməsi uğur və ya müvəffəqiyyətsizliyi təyin edən başlıca amilə çevrilir.

ÜMUMI XÜLASƏ

Estafetin ötürülməsi səviyyəsi aşağıdakı xüsusiyyətlərlə təyin olunur.

 Ötürmə zonasında estafet ağacının mümkün olan ən yüksək surətdə ötürülməsi.

 Həm estafeti ötürən, həm də qəbul edən idmançılar estafeti inamla ötürməyə imkan verən, mümkün maksimal sürətlə qaçmalıdırlar.

Estafeti həm ötürən, həm də qəbul edən idmançıların qolu ötürmə zamanı mümkün qədər idmançıdan kənara məsafə udmaq məqsədi ilə uzadılmalıdır (və beləliklə də sürəti azaltmamaq).

 Estafeti ötürmə zonasından istifadənin optimal variantları mövcuddur.

 Bütün fəaliyyətdə yüksək dəqiqlik olmalıdır.

1.4.3. ESTAFETIN ÖTÜRÜLMƏSI ÜSULLARI VƏ ONUN TEXNIKASI

Estafet ötürmənin və ötürmə texnikasının bir-birindən fərqlənən tipləri mövcuddur.

Estafeti ötürmə üsulları

Estafetin ötürülmə üsulu aşağıdakı kimi diferensiallaşdırıla bilər: vizual və qeyri-vizual.

 Vizual estafet ötürülməsi (məsələn, 4400 m estafetdə)

 Qeyri-vizual estafet ötürülməsi (məsələn, 4100 m estafetdə) Bu üsullar sonralar hansı tərəfdən estafetin ötürülməsindən asılı olaraq diferensasiya edilir:

 Daxili tərəfdən (qaçış yolunun mərkəzinə nəzərən)

 Xarici tərəfdən

 Qarışıq ötürmə Ötürmə texnikası Ötürmə texnikası estafet ağacının idmançıya necə ötürülməsindən asılı olaraq diferensasiya olunur:

 Yuxarıdan

 Aşağıdan

Düz irəliyə

1.4.4. ESTAFETIN VIZUAL ÖTÜRÜLMƏSI

4400 m və daha uzaq məsafələrdə estafeti ötürən idmançı adətən yorulduğu üçün qaçış nisbətən aşağı tempdə keçir. Ona görə də estafeti qəbul edən idmançı öz komanda yoldaşını izləməli, estafeti inamla ötürməyi təmin etmək üçün özünün qaçışa başlamasında zəruri korreksiya etməyə borcludur. Bu səbəbdən də estafetin vizual ötürülməsi bu qəbildən olan bütün yarışlarda istifadə olunur. Estafetin uğurlu vizual ötürülməsinin açarı aşağıdakı anlardır:

 Estafeti qəbul edən idmançının estafeti ötürən idmançıda yorulma və sürətin qiymətləndirilməsi bacarığı.

 Estafetin fəal qəbulu. İdmançı hər şeydən əvvəl estafeti «götürməlidir», nəinki onu ötürən idmançıdan «almalıdır». Bununla yanaşı, estafeti ötürən idmançı ötürmə zonasının sonuncu metrlərində sürəti aşağı salmamaq üçün fəal, enerjili qaçmasıdır. Estafet ağacının ötürülməsi həm daxili, həm də xarici tərəfdən həyata keçirilə bilər. Baxmayaraq ki, idmançıların çoxunda sağ əl daha çox inkişaf etdiyi üçün estafet ağacını sağ əl ilə qəbul edirlər (yəni xarici tərəflə estafet ötürənlər), bütün idmançılara estafeti daxili tərəfdən ötürmək tövsiyə olunur.

Estafetin daxili tərəfdən ötürülməsinin üstünlüyü aşağıdakılarla təyin olunur:

 Estafeti qəbul edən idmançıya estafeti ötürən idmançını görmək asandır, belə ki estafeti ötürən idmançı qaçış yolunun daxili hissəsi ilə qaçmağa daha çox meyllidir.

 Estafetin səmərəli ötürülməsinə qaçış yolunun daxili tərəfinə yaxında yerləşməklə nail olmaq daha asandır. Bu qaçış istiqamətini dəyişmək zərurətindən yayınmağa kömək edir, estafeti qəbul edən idmançıya onu qəbul etdikdən sonra düz və ya qaçış yolunun döngəsinə toxunan istiqamətdə qaçmağa imkan verir.

 Estafeti qəbul edən idmançı daha əlverişli vəziyyətdə yerləşir. Əgər bir az irəliyə hərəkət etmək zərurəti yaranarsa, onun buna imkanı vardır. Bu isə estafeti ötürən idmançıya düz qaçmağa imkan verir. Estafeti qəbul edən idmançı isə sonra düz və ya qaçış yolunun döngəsinə toxunan istiqamətdə qaça bilər.

 Estafeti qəbul edən idmançının bədəninin vəziyyəti ötürməni mühafizə etməyə kömək edir. Bu, xüsusilə estafeti ötürmək üçün yerin məhdud olduğu örtülü manejlərdə daha çox əhəmiyyət daşıyır.

 Estafeti qəbul edən idmançıya eyni vaxtda estafet ötürən bir neçə komandanın yaratdığı basabasda idmançılar arasından qaçış yolunun döngəsinə toxunan istiqamətdə qaçmaq asanlaşır.

Estafeti qəbul edən idmançı estafetin ötürülmə zonasının daxilindən start götürür, o ötürməni zonanın ortasında başa çatdırmaq üçün tələb olunan qaçış sürətini qiymətləndirməyi bacarmalıdır. Estafeti qəbul edən idmançının starta başlamaq üçün siqnal hesab etdiyi (nişana) nöqtəyə estafeti ötürən idmançı çatan kimi estafeti qəbul edən idmançı başını və baxışlarını irəliyə döndərir və 3 addımda sürətlənir. Sonra estafeti qəbul edən idmançı arxaya nəzər salır və estafeti ötürən idmançının hərəkət sürətinə uyğunlaşır və bu zaman estafeti qəbul edərək əlini arxaya uzadır. Estafeti ötürən idmançının ötürmə zonasının ortasına kimi qaçmağa məcbur edən estafeti qəbul edən idmançı ona hərəkət sürətinin azalmaması üçün sanki kömək edir (Bir növ irəlidə uyğun sürətlə qaçmağa sanki «lider» rolunu oynayır). Estafeti qəbul edən idmançı ağac onun əlinə gəlib çıxana kimi bütün diqqətini estafet ağacına cəmləşdirir və bu zaman ağacı yerə salmaq riskini minimuma endirir. Estafetin vizual ötürülməsi zamanı ötürmə texnikası həm yuxarıdan, həm də aşağıdan ola bilər

1.4.5. ESTAFETIN QEYRI-VIZUAL ÖTÜRÜLMƏSI

4100 metrdə estafet qaçışında estafeti ötürən idmançının yorulması əhəmiyyətli amil deyildir, burada ən əsası ötürmənin sürətidir. Estafetin qeyri-vizual ötürülməsi həm estafeti ötürən, həm də qəbul edən idmançıya ötürmə zamanı özlərinin maksimal qaçış sürətinə yaxınlaşmaq imkanı verir. Beləliklə, ötürmə zonasında sürətin yüksək olmasına təminat verir. Estafetin optimal ötürülməsi zamanı 4100 m estafetdə ən yaxşı qadın və kişi komandaları bütün məsafə boyu idmançıların fərdi nəticələrinin cəmini (hər 4 idmançının 100 metrdə fərdi nəticələrinin cəmi nəzərdə tutulur) 3 saniyə yaxşılaşdıqca bilərlər. Uğurlu qeyri-vizual estafet ötürməsi üçün meyarlar aşağıdakılardır:

 Estafeti ötürən idmançının ötürmə zonasında mümkün qədər az sürət itirməsi.

 Estafeti qəbul edən idmançının aşağıdakı yollarla qazanılan daha böyük sürət imkanı: 112 – müvafiq qaçış taktikası və estafet qəbul edən idmançının start anını dəqiq hesablamaqla;

kifayət qədər uzun start sürətlənməsi ilə, 17 – 20 m;

ötürmə prosesinin özünün qaçış sürətinə minimum neqativ təsiri.

4100 m estafet – bu ayrı-ayrı yollarla qaçışdır. Start 400 m olduğu yerdəndir. Birinci idmançının start qəlibləri adətən qaçış yolunun sağ kənarında elə qoyulur ki, o ilkin metrləri qaçış yolu döngəsinə toxunan xətt üzrə düz qaça bilsin

Sonrakı 3 mərhələdə idmançılar estafeti ötürmə zonasından 10 m irəlidə start götürürlər (şəkil 2.). Estafeti qəbul edən idmançı ona start anını düzgün hesablamağa (estafeti ötürən idmançının yaxınlaşmasını görmək imkanı) imkan verən vəziyyət almalı və vaxtında startdan qaçmalıdır. Estafeti ötürən idmançı əvvəlcədən qoyulmuş nəzarət nişanına çatdıqda, estafeti qəbul edən idmançı başını qaçış istiqamətinə çevirir, qolların və qıçların fəal hərəkəti ilə sürətlənməyə başlayır. Nəzarət nişanları ötürmə zonasının başlanğıcından 10–12 m məsafədə qoyulur. Estafeti ötürən idmançının sürəti ilə estafeti qəbul edən idmançının start sürətlənməsinin bir-birinə müvafiq olması mühüm amildir. Estafeti qəbul edən idmançı təcrübə toplamaqla getdikcə daha az nəzarət nişanına baxmalı və özündə estafeti ötürən idmançının sürətini qiymətləndirməklə zəruri sürətlənmə yaratmaq hissini inkişaf etdirməlidir.



Estafeti qəbul edən idmançı estafetin ötürülməsi zonasına daxil olduqda sürətlənməni davam etdirir, estafeti ötürən idmançı isə yüksək qaçış sürətini saxlamağa çalışır.

Ötürmə zonasına daxil olduqda estafeti qəbul edən idmançı sürətlənməni davam etdirir və eyni vaxtda estafeti ötürən idmançı isə daha yüksək sürəti saxlamağa çalışır. Estafeti qəbul edən idmançı düz irəliyə baxaraq əlinin baş barmağını yana, qalan barmaqlarını isə bir yerdə tutmaqla qolunu arxaya aparır. Bu est
Yüklə 18,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin