Ii siNİf msi-2 azərbaycan diLİ



Yüklə 60,38 Kb.
səhifə1/3
tarix21.12.2023
ölçüsü60,38 Kb.
#187511
  1   2   3
II sinif 26.11


II SİNİF MSİ-2


AZƏRBAYCAN DİLİ
1.Hansı sözdə qalın saitlərin sayı incə saitlərin sayından çoxdur?
A)günəbaxan B)kitabxana
C)vətəndaş D)əlamət

2.Hansı dinləmə bacarığına aiddir?


A)musiqiyə qulaq asmaq
B)danışana baxmaq
C)rəqs edəni alqışlamaq
D)maraqlı şəkillər çəkmək

3. sərhədçi” sözündə hansı kar samitlər var?


A)r , d , ç B)r , h , ç C)s , h , ç D)s , r , d

4.Hansı samitlərin kar qarşılığı yoxdur?


A)b , m , n , t B)l , m , n , r
C)s , ş , q , l D)p , q , k , r

5.Verilmiş sözlərin hansında kar qarşılığı olmayan cingiltili samit var?


A)saat B)kök C)limon D)daraq

6.“Yağışdan çıxdıq , yağmura düşdük.” cümləsində qalın saitlərin və cingiltili samitlərin sayını qeyd et.


A)7 qalın , 11 cingiltili
B)8 qalın , 12 cingiltili
C)2 qalın , 13 cingiltili
D)6 qalın , 7 cingiltili

7.Tərkibində dodaqlanan saitlər olan sözləri seçin.


ailə,soyuq ,boru,çiyələk,yağış,kömür, dəyirmi,uzun,moruq,üzüm,odun,çanta, qolçaq,qoçaq,ülgüc

8.Samitlər səs tellərinin iştirakına görə neçə yerə bölünür?


A)2 B)4 C)3 D)5

9.Kar samitlərin yaranmasına aid fikirlərdən biri səhvdir.


A)səs telləri iştirak etmir.
B)təkcə küydən ibarət olur.
C)bu samitlər küydən və avazdan ibarət olur.
D)tələffüz edilərkən səs telləri iştirak etmir, təkcə küydən ibarət olur.

10.Əlifba sırasını nəzərə alaraq hər bir sözdən sonra yeni bir söz yaz.


aslan , ............. , corab , ............... , dəmir , ......... , əlcək , .............. , gəmi , ......... , xəmir , ............... , jaket , ........... , qaya , .......... , masa , ............. ,

11.Hansı sözü sətirdən sətrə keçirmək olar ?


A)ana B)ələk C)ayna D)ilan

12.“oturmaq” sözünün əksmənalı qarşılığı hansıdır?


A)əyləşmək B)durmaq
C)bilmək D)uzanmaq

13.Hansı sözdə saitlərin sayı samitlərin sayından çoxdur ?


A)radio B)zərf C)dovşan D)telefon

14.Sözlərin düzgün yazılışı hansı lüğətdə verilir?


A)izahlı lüğətdə
B)orfoepiya lüğətində
C)orfoqrafiya lüğətində
D)orfoepiya və izahlı lüğətində

15.Hansı sözlər bir -biri ilə əksmənalı deyil ?


A)az-çox B)ağ-qara
C)qəm-kədər D)səhər-axşam

16.Hansı hərflərlə başlayan söz yoxdur ?


A)ı , o B)ı , ğ C)g , ğ D)ğ , l

17.Sözləri tamamlamaq üçün uyğun hərfləri yaz.


mək...əb , hə...at , zə...bil , mən...il , ya...ıq , də...tər , çan...a , qa...ıq

18.Hansı bənddə nöqtələrin yerinə “y” hərfi yazılmalıdır ?


A)çə...ic B)qa...ıq C)at...as D)mə...təb

19.Hansı bənddə eyni sayda hecaları olan sözlər işlənib ?


A)zaman , ehtiyac B)ailə , bitki
C)kəpənək , təyyarə D)soyuqqanlı ,soraq

20.Hansı bənddəki sözlər hecalara yanlış ayrılmışdır ?


A)çi-mər-lik , mü-əl-lim
B)komb-ayn , üzgüç-ü-lük
C)tər-biy-yə , mü-ha-ri-bə
D)də-niz , yel-lən-cək

21.Deyilişi və yazılışı fərqli olan sözlər hansıdır ?


A)üzük , köpük
B)qarğa , ayı
C)iynə , çiçək
D)yağış , daraq

22.Xəzər dənizi əslində dünyanın ən böyük gölüdür . O , Avropa və Asiyanın sərhədində yerləşir . Xəzərin faunası olduqca zəngindir . Burada nərə cinsli balıqların bir neçə növünə rast gəlmək olar.

-Altından xətt çəkilmiş sözün mənası nədir ?
A)bitkilər aləmi B)heyvanlar aləmi C)gəmilər D)su haqqında

23.Hansı bənddəki sözün deyilişi ilə yazılışı fərqlidir?


A)radio B)telefon C)limon D)market

24.Hansı sözün əks mənası yoxdur ?


A)qış B)oxuyur C)ürək D)gecə

25.“O ”saitinin [a] kimi tələffüz olunduğu hansı bənddə doğru verilmişdir ?

A)kolbasa , konfet
B)qoğal , oxlov
C)oyuncaq , oduncaq
D)oğru , stol


Yüklə 60,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin