Iii sinif Həyat bilgisindən II yarımil qiymətləndirmə



Yüklə 16,42 Kb.
tarix09.03.2022
ölçüsü16,42 Kb.
#53504
III sinif Həyat bilgisindən II yarımil qiymətləndirmə
Sual 7. Ali məktəb pedaqogikasının kateqoriyaları

III sinif Həyat bilgisindən II yarımil qiymətləndirmə

  1. 1918-ci il, iyun ayının 26-da hansı hadisə baş verdi? (5 bal)

  1. Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması

  2. Azərbaycan müstəqilliyinin elan olunması

  3. Azərbaycan Milli Ordusunun yaranması

  1. Azərbaycanla quru sərhədləri olan qonşu dövlətləri göstərin.(5bal)

  1. İran, Rusiya, Amerika, Türkiyə, Gürcüstan

  2. Gürcüstan, İspaniya, İran, Rusiya, Türkiyə

  3. İran, Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan.

  1. Dövlətlə onun paytaxtı arasında əlaqəni bərpa edin .(10 bal)

Azərbaycan Ankara

Türkiyə Tehran

Rusiya Bakı

İran Tbilisi

Gürcüstan Moskva


  1. Verilənlərdən hansı Azərbaycanın göllərindən biridir?(5 bal)

  1. Batabat b) Babadağ c) Kür

  1. Yarımada nədir?(10 bal)

  1. Üç tərəfdən danizlə əhatə olunan torpaq sahəsi

  2. Hər tərəfdən dənizlə əhatə olunan torpaq sahəsi

  3. Dənizlərlə, okeanlarla əhatə olunmuş ucsuz-bucaqsız torpaqlar

  1. Faydalı qazıntıların toplandığı yer necə adlanır?(5 bal)

  1. Buruq b) mədən c) yataq

  1. Hansı quş Xəzərin sahilyanı qayalıqlarının daimi sakinidir?(5 bal)

  1. Qağayı b) turac c) qaranquş

  1. Azərbaycanda ən ətirli çayı harada yetişdirirlər?(5 bal)

  1. Lənkəranda b) Bakıda c) Göyçayda

  1. Biz Hacı Zeynalabdin Tağıyev kimi adamlardan necə nümunə götürməliyik?(5 bal)

  1. Neft çıxarmaqla məşğul olmalıyıq

  2. Öz vətənimizi, xalqımızı bütün qəlbimizlə sevməliyik.

  3. Kitab nəşri ilə məşğul olmalıyıq

  1. Bədxərclik nə deməkdir?(5 bal)

  1. Xərclərin azaldılması

  2. Lazım olan ərzaqların alınması

  3. Pulların ehtiyac olmadan, lazımsız əşyaların alınmasına sərf edilməsi



  1. Ailə büdcəsi nə deməkdir?( 5 bal)

  1. Müəyyən müddət ərzində ailənin gəlir və xərcləri

  2. Müəyyən müddət ərzində ailənin gəlirləri

  3. Müəyyən müddət ərzində dövlətin gəlirləri və xərcləri

  1. Qurandan verilmiş müqəddəs surələri tamamlayın.(10 bal)

Pislik, düz, xeyir, edirsiniz, çəkilir

  • Gördüyünüz həm _______________, həm də şər işləri özünüz üçün __________

  • Kim ki ______________yoldadır, özünə xeyir verir, kim ki, düz yoldan _________, özünə ______________edir.

  1. Cümləni tamamlayın.(10 bal)

Dinindən, vətəndaşlarının, milliyyətindən, bərabərlik

Azərbaycan dövləti bütün _________onların ___________və ________asılı olmayaraq hüquq ____________təmin edir.



  1. Hələ lap qədim zamanlarda Azərbaycan ərazisində taxıl yetişdirilməsini hansı faktlar sübut edir?(5 bal)

  1. Qədim insan məskənlərində aparılan qazıntılar zamanı içində buğda olan qablar tapılmışdır.

  2. Respublikamızda ucsuz-bucaqsız taxıl zəmiləri vardır.

  3. Azərbaycanın iqlimi taxıl yetişdirmək üçün çox əlverişlidir.

  1. Uyğunluğu müəyyən edin.(10 bal)

Dağların zirvəsinə qalxanlar dalğıclar

Suların dərinliklərinə baş vuranlar alpinistlər



Təbiəti tədqiq edən və öyrənənlər ekoloqlar

Təbiəti öyrənmək və xilas etməklə məşğul olanlar naturalistlər
Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə