Bəzi cinayətlər törədilərkən, caninin ruh halının öyrənilməsi, affekt halında olub-olmaması aydınlaşdırılır. "Ekspress" qəzetinin məlumatına görə, affekt halında işlənilən cinayətlərin cəzasının bir qədər yüngül olduğu da hamıya bəllidir. Bəs nədir affekt halı? Mütəxəsislərin fikrincə, affekt halı ciddi ruhi-duyğu pozğunluğudur. Yəni bu hala düşən adam etdiyi davranışlara, hərəkətlərə cavabdeh olmur. Onu da deyək ki, bu hal ancaq psixoterapevtin müayinəsi nəticəsində konkretləşdirilə bilər. Yəni hər cinayətkar, cani deyə bilməz ki, "mən affekt halında idim, bu cinayəti işləmişəm".
Anksiyet yunan sözü olub qorxu, emosiya pozğunluğu, affekt mənasını verir. Əvvəllər affekt halının səbəbi bilinməyən emosiya pozğunluğu olduğu düşünülsə də, sonradan bu halın da kökündə qorxunun durduğu məlum oldu. Affekt elə bir emosiya pozğunluğudur ki, emosiyalar, yaşanılan hislər insanın üzünə vurur. Həkim psixoterapevt İlkram Əliyevin sözlərinə görə, affekt halında olanlar gərgin və düşünmədən vuran-öldürən olurlar. "Affekt halı iki cür - pataloji və normal olur. Normal affekt halında qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü biruzə verir. Ağlın dumanlı olması, ətrafdakı əşyaları bulanıq görmək, çox həssas olmaq, diqqəti toplamaq qabiliyyətinin itirilməsi, yaddaş pozğunluğu, ağlını itirmək, ölüm, fiziki olaraq zərər görmə, hərəkət qabiliyyətini itirmək, başqaları tərəfindən səhv başa düşülmə qorxusu, dəhşət duyğusu affekt halının əlamətləridir".
Ürək döyüntüsünün artması, təngənəfəslik, boğazda qəhər, əzələlərdə spazm və gərginlik, tez yorulma, ağrılar, yuxu pozuntusu, iştahasızlıq, ürək bulanması, qusma, cinsi gücsüzlük, tez boşalma, qaşınma, soyuq və isti tərləmə və s. bu kimi əlamətlər affekt halında olan insanın fizioloji əlamətləridir.
Affekt - ruh pozğunluğu ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə biruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur.
Affekt halında olan insanlar anidən və öz başına kəskin reaksiya verməyə, əsəbilik, vurmaq, qırmaq, dağıtmaq istəyində olurlar. Bu hal 10 dəqiqədən 1 saata qədər sürə bilər. Ola bilər ki, xəstə ayda iki dəfə bu haldan əziyyət çəksin. İlk tutma gözlənilməyən bir anda ortaya çıxır. İlk tutmadan 1 ay sonra davranış dəyişiklikləri müşahidə edilir.
Affekt xəstələrin heyvan, yüksəklik, xəstəlik, yaralanma, ölüm qorxusu olduğundan onlar evdən çıxmağa, tək qalmağa qorxurlar.
Həkimin sözlərinə görə, affekt halı hər yaşda baş verə bilər. Ən çox 45 yaşdan sonra görünən bu xəstəlik, zehni işlərlə məşğul olan, narkotika istifadəçiləri, alkoqol istifadəçilərində özünü daha çox biruzə verir. "Alkoqol və narkotika istifadəçilərinin beyni hər zaman dumanlı olur. Yaş artdıqca isə bu öz mənfi təsirini göstərir. Affekt halına əsasən kişilər düşür. Amma qadınlarda affetk - kəskin ruhi pozğunluğuna rast gəlinir".
Bu xəstəliyin müalicəsinə gəlincə, həmsöhbətim deyir ki, emosiya pozğunluğunun müalicəsi 6 ay çəkir. "6-12 ay ərzində xəstədə sadaladığımz heç bir əlamət özünü göstərmirsə, deməli o artıq sağalır", - deyən həkim affekt xəstələrə daha çox diqqətin ayrılmasının lazımlığını vurğulayıb. "Bu xəstələr cəmiyyət üçün təhlükəlidir. Əgər yaxınlarınızda, tanışlarınızda sadalanan əlamətlərə rast gəlmisinizsə, düşünmədən psixoterapevtə müraciət edin. Unutmayın ki, ruh pozğunluğu uzun sürən əziyyətli bir xəstəlikdir və öz-özünə sağalmır. Onun tam sağalması uzun müddət alır".
2
Z.Freyd affekt haqqında öz fikrini meyl nəzəriyyəsinə əsaslandırır və mahiyyət etibari ilə affekti və meyllə motivasiyanı eyniləşdirir.Xüsusən psixoanalitiklərin
emosiyaların yaranma mexanizmləri haqqında təsəvvürlərə fikri cəmləşdirməyi D.Rapaport irəli sürmüşdü.Bu təsəvvürlərin mahiyyəti aşağıdakı kimidir:kənardan perseptiv obrazların qavranılması qeyri-iradi proses yaradır,insanda instinktiv energiyanın səfərbərliyi düşünülmüş baş verməsi gedişində əgər o insanın xarici fəaliyyəti ilə uyğunluq tapmırsa,o digər qeyri-iradi fəaliyyətlə çıxış yolu axtarmağa başlayır;belə aktivliyin müxtəlifliyi “emosianal ekspressiya” və “emosianal yaşantı”adlanır.Onlar eyni vaxtda,növbə ilə və ümumiyyətlə bir-birindən asılı olmayaraq yarana bilərlər.
Freyd və onun davamçıları ancaq konfliktli meyllər nəticəsində yaranan mənfi emosiyaları nəzərdən keçirdirdilər.Bu səbəbdən də onlar affekti 3 aspektə bölürlər:
1.instinktiv meylin energetik komponenti (affekt “enerjisi”)
2. “aravermə” prosesi
3. bütünlükdə aravermənin qavranılması (duyğu və ya emosiya təzahürü)
Affekt effekti
Özünü itirmə ilə affekt vəziyyətini səhv salma. Bu, nəzarətin tamamilə itirilməsi, kəskin və sürətli müdafiə reaksiyasıdır və ekstraordinar hərəkətlə müşayiət olunur. İnsan ekstremal bir vəziyyətdə, qeyri-adi fiziki güc nümayiş etdirməklə, özünü və başqasını xilas etməyə qadirdir. Ya da özündən fiziki cəhətdən güclü olan rəqibinə ağır bədən xəsarətləri yetirə bilər. Bəzən affekt vəziyyətinə tamamilə sağlam və psixi cəhətdən dözümlü insanlar düşə bilər; misal üçün, buzlu suya düşəndə və ya yaxınının ölümünü görəndə. Bundan sonra kəskin güc düşkünlüyü baş verir, insan prostrasiya vəziyyətində olur, qismən və ya tamamilə törətdiklərini unudur.
Məlum olduğu kimi mövcud qanunlara görə cinayəti törədən zaman yaranan güclü ruhi həyəcan halı (yəni fizioloji affekt) təqsiri yüngülləşdərəci amil sayılır. Uzun illər ərzində müqəssirin cinayəti törədən zaman affekt vəziyyətində olmasını hüquqşünaslar ya mütəşəkkil olaraq özləri və ya məhkəmə-psixiatrik ekspertizasının köməyi ilə müəyyən edirlər. Lakin bu mürəkkəb məsələnin həllində bir şey məhkəmə-psixiatrik ekspertizasının imkanlarının məhdud olması onun tamam başqa proseslə, yəni psixikanın patologiyası ilə məşğul olması nəzərdən qaçırılırdı. Fizioloji affekt nədir və başqa emosional hallardan, o cümlədən əhvaldan, stressdən, hisslərdən, ehtirasdan nə ilə fərqlənir? Əvvəla fizioloji affekt norma çərçivəsindən kənara çıxmayan emosional haldır. Başqa emosional hallardan fiziolooji affekt yaranma və cərəyan etmə mexanizminə görə fərqlənir. Fizioloji affekt üç xarakterik xüsusiyyətlə səciyyələnir.
Fizioloji affekt qəflətən yaranan, olduqca qüvvətli, lakin qısa müddətli emosional haldır. Onun əsasını hər bir sağlam adama xas olan təbii neyrodinamik proseslər təşkil edir. Ona görə də fizioloji affektin diaqnostikası və tədqiqi tamamilə məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aiddir.
Fiziolji affekt iki səbəbdən yaranır. Birinci səbəb insana qarşı zorakılıqdır, daha doğrusu qanunazidd zorakılıqdır.
İnsanın həyatı üçün real təhlükə olduqca və bu təhlükə cəhdləri gözlənilmədən yarandıqda bəzi hallarda insan istər-istəməz son dərəcədə həyəcanlanır, yəni affekt vəziyyətinə düşür. Fizioloji affektin ikinci səbəbi ətrafdakı insanların hərəkət və davranışından irəli gəlir: ətrafdakıların insanın şəxsiyyətinə, ləyaqətinə toxunan, onu alçaldan, ağır təhqir edən hərəkət və sözləri fizioloji affektin yaranmasına səbəb olur. Fizioloji affektin yaranmasının başqa əhəmiyyətli şərtləri də vardır. Psixoloqların fikrincə hər şəraitdə fizioloji affekt yaranmır. O, yalnız xüsusi əlamətlərlə səciyyələnən şəraitdə yaranır ki, belə şəraitə affektogen şərait deyilir. Affektogen şərait- kəskin münaqişəli şəraitdir ki, buna dava-dalaş, mübahisə və s. misal ola bilər. Fizioloji affektin ekspertizası zamanı belə bir affektogen şəraitin, yəni kəskin münaqişəli şəraitin olub-olmamasına xüsusi fikir vermək lazımdır. Qeyd etmək lazımdır ki, affektin gücü ilə affekt yaradan səbəbin qüvvəsi arasında dəqiq əlaqə yoxdur, yəni affektiv partlayışın gücü və dərinliyi insana təsir edən qıcıqlandırıcının (yəni təhqirin və zorakılığın) obyektiv qüvvəsinə bərabər deyil, çünki eyni bir təsir insan şüurunda müxtəlif şəkildə əks oluna bilər. Bu məsələ ilə əlaqədar olaraq deməliyik ki, situasiya və səbəbsiz affektin yaranması mümkün deyildir. Lakin affektin yaranması üçün səbəb və situasiya kifayət deyildir. Affektin yaranması üçün tələb olunan əlavə şərtlərə insanın fərdi psixoloji xüsusiyyətləri və hadisədən əvvəlki psixi halı aiddir. Fizioloji affektin psixoloji ekspertizası zamanı bu məsələyə də xüsusi fikir verilməlidir, yəni müqəssirin fərdi-psixoloji xüsusiyyətləri və hadisədən əvvəlki psixi halı tədqiq edilməlidir. Tədqiqat zamanı cinayət işi materiallarının təhlilinin və testlərlə aparılan psixoloji müayinənin nəticələrindən istifadə etmək lazımdır. Apardığımız müşahidə və tədqiqatlar göstərir ki, bu məsələnin həllində bəzi hallarda ekspert-psixoloqlar kobud səhvə yol verirlər. Belə ki, əvvəla şəxsiyyətin psixi xassələri və psixi halları tədqiq edilmir. Ekspert psixoloqların bir qrupu müqəssirin şəxsiyyətinin psixi xassələrini yalnız törənmiş cinayətin retrospektiv psixoloji təhlili və cinayət işi materiallarının tədqiqi əsasında müəyyən etməyə çalışırlar
AFFEKT SİNDROM - DEPRESİYA VƏ MANİYA
Manikal sindrom - əhval ruhiyyənin səbəbsiz yüksəlməsi , fəaliyyətin və təfəkkürün (nitqin) sürətlənməsi ilə xarakterizə olunan haldır. Xəstələr özlərini çox şən və çevik aparırlar. Müxtəlif hərəkətlər nümayiş etdirirlər . Bir sıra hallarda maniakal sindrom özünüböyütmə ideyaları ilə birlikdə müşahidə olunur. Xəstələr özlərini güclü,isdedadlı adamlar kimi qələmə verir. Lakin onların hərəkətlərində məqsədə uyğunluq ardıcıllıq olmur, müxtəlif yersiz, mənasız tələblər irəli sürürlər yerinə yetirmədikdə qəzəblənirlər. Belə hal qəzəbli maniya adlanır. Maniakal sindrom bipolyar pozuntunun maniaakal fazasında və dövri (sirkulyar) psixozda,bəzən isə toksik hallarla əlaqədar meydana çıxa bilər.
Depresiv sindrom - manyakal sindromun əksinə olan əlamətlərlə : fəaiyyətin enməsi,hərəkətlərin və nitqin tormozlanması ilə xarakterizə olunur. Xəstələr bütün günü qəmgin halda başlarını aşağı dikərək çarpayıda oturur.Ətraf mühütdə olan əşyalar solğun,adamlar məyus görünür.
Stupor (donuqluq) vəziyyətində olan xəstələrdən fərqli olaraq belə xəstələrlə kontakt yaratmaq mümkün olur, lakin suallara ləng,asta və monoton səslə cavab verirlər. Depresiya vəziyyətində olan xəstələr bəzən özünü kiçiltmə ,izləmə, və müflisləşmə sayıqlamaları söyləyirlər. Bəzən isə narahat, həyacanlı olurlar. Buna ajitəli depresiya deyilir. Özünə qəsd etmək fikirləri olarsa xəstələrə nəzarəti gücləndirmək tələb olunur. Depresiv sindrom əsasən affektiv pozuntuların depresiya fazasında qocalıq önü psixozlarda və reaktiv hallarda rast gəlinir.
Apatiya sindromu - tam laqeyidlik fəaliyyətsizlik bütün istək və arzuların yoxluğu ilə xarakterizə olunur. Xəstələr bütün günü çarpayıda uzanıb gözlərini bir nöqtəyə dikərək mənasız vaxt keçirirlər. Özlərinə adi gigienik xidmət etmək (əl-üzünü yumaq, saçını daramaq) həvəsi olmur. Bu sindrom çox vaxt iradi hərəkətlərin fəaliyyətin bütün formalarını tormozlanması ilə birlikdə müşahidə olunur (apato-abulik sindrom). Şizofreniyanın son dövrü üçün xarakterikdir.
Dostları ilə paylaş: |