Tam Orqanizmin Ümumi Quruluş Prinsipləri: Korreliyasiya,Tənzim reflektor reaksiyalar,Özünü təşkil, Özünü tənzim



Yüklə 36,81 Kb.
tarix02.01.2022
ölçüsü36,81 Kb.
#34793
referat 5713


Tam Orqanizmin Ümumi Quruluş Prinsipləri:Korreliyasiya,Tənzim reflektor reaksiyalar,Özünü təşkil, Özünü tənzim.

Tam orqanizmin qurulmasının ümumi prinsipləri-korrelyasiya,təmzimlənmə,reflektor reaksiyalar və öz-özünü tənzim-canlılarda milyon illər təkamül nəticəsində yaranmışdır.Bütün bu prinsiplər fiziki-kimyəvi əsasa malik olmaqla yanaçı informasiya münasibətləri üzərində qurulur.

Korrelyasiya-tam orqanizmdə ayrı-ayrı elementlərin elə qarşılıqlı təsiridir ki,bu zaman onlar bir-biri ilə qarşılıqlı təsirdə olmaqla yanaşı,həm də yalnız onlara xas olan funksiyanı yerinə yetirirlər.

Korrelyativ əlaqələr mexaniki və kimyəvi olaraq fərqləndirilir.Mexaniki korrelyativ əlaqələrə misal olaraq,ürəyin və ağciyərlərin işini,bağırsaqların və ona birləşən orqanların-qara ciyər,mədəaltı vəz və s.-in işini göstərmək olar.Kimyəvi korrelyasiya əlaqələndirici maddələrin vasitəsilə həyata keçirilir ki,bunlara mediatorlar və digər bioloji maddələr aiddir.

Öz növbəsində kimyəvi korrelyasiya kontakt və ya distant ola bilər.Kontakt münasibətdə yaxın olan qonşu hüceyrə membranları üst-üstə düşən sahələrə malik olur-sitoplazma və bioloji fəal maddələrin keçməsinə imkan verən membran yarıqları və s.Distant təsirlər orqanizmin maye mühitinə düşərək yayılan biogen amillər,eləcə də zülal təbiətli maddələr-hormonlar,oliqopeptidlər,sitokinlər və s. Vasitəsi ilə həyata keçir.Kimyəvi korrelyasiya,həmçinin,sinir liflərinin embriogenezdə müvafiq inkişafını,zədələnmə və ya cərrahi müdaxilədən sonra regenerasiyasənə təmin edir.



Korrelyativ qarşılıqlı münasbətdən fərqli olaraq tənzimləmə münasibətlərində bir struktur və ya proses tam orqanizmin naminə digər struktura və ya prosesə tabe olur.Tənzim prosesləri sinir,humoral və ya neyrohumoral yolla həyata keçirilir.

Sinir tənzimi sinir sisteminin vasitəsi ilə olur və adətən sürətlə gedir.

Humoral tənzim orqanizmin daxili maye mühitində-qanda,limfada,serobrospinal mayedə,toxuma mayesində və digər maye mühitlərdə dövran edən maddələrlə realizə olunur.Humoral tənzim amillərinə oliqopeptidlər,hormonlar,mediatorlar və digər bioloji fəal maddələr aiddir.Bir qayda olaraq humoral tənzim prosesləri nisbətən ləng olur.

Tam olaraq orqanizmdə sinir və humoral tənzimlər adətən neyrohumoral tənzim şəklində icra olunur.Sonuncu ilkin olaraq humoral amillərin sinir təsirləri periferik orqanlars çatdırılır.Digər tərəfdən eyni bir orqana eyni zamanda sinir və humoral təsirlər ola bilər.Bu zaman sinir təsiri sürətli və qısa müddətli olur,lakin humoral təsirlər tədricən başlanaraq daha uzun müddət davam edir.

Refleks-müxtəlif təsirlərə qarşı orqanizmin sinir sisteminin iştirakı ilə verdiyi cavab reaksiyasıdır.

İstənilən reflektor reaksiyanı törədən amil orqanizmə xarici və ya daxili mühitdən təsir göstərən stimuldur(qıcıqdır).

Refleks qövsü.İstənilən-sadə və ya mürəkkəb refleksin struktur-funksional əsasını refleks qövsü təşkil edir ki,buraya aşağıdakı komponentlər aiddir:reseptor,afferent yol,sinir mərkəzi,efferent yol və effektor orqan.Effektor orqan əzələ,vəz və yasinir toxuması ola bilər.

İlkin olaraq ayrı-ayrı tənzim mexanizmləri xaotik görünür.Həqiqətdə isə orqanizmin təlabatları yaranan zaman bu tənzim elementləri müəyyən bir konstellyasiya yaradaraq bütün fəaliyyətini həmin təlabatın ödənilməsinə yönəldir.Belə konstellyasiyalar,tələbat ödənildikdə,yəni faydalı-uyğunlaşma əldə olunduğda fiksə olurlar(möhkəmlənirlər).Nəticədə funksional sistemlər yaranır ki,buradatələb olunan neticə qabaqcadan görünməyə başlayır və bu da canlını həyati zəruri tələbatların ən müvafiq şəkildə ödənilməsi üçün optimal fəaliyyətə yönəldir.

Orqanizmin normal yaşaması üçün onun metobolizminin nisbi stabil olması vacibdir.Bununla belə,orqanizmdə maddələr və enerji mübadiləsi dinamikdir-müəyyən maddələrin və istiliyin istifadə olunması və ayrılması ilə əlaqədardır.Orqanizmdə mübadilə proseslərini stabilləşdirmək üçün ayrı-ayrı tənzim elemetnlərinin xüsusi qarşılıqlı əlaqə forması olan özünütənzim sistemi mövcuddur.

Özünütənzim sistemi orqanizmdə funksional sistem elementlərinin elə bir qarşılıqlı təsir formasıdır ki,o orqanizmin normal həyat fəaliyyətini və hər şeydən əvvəl optimal hüceyrə metabolizmini təmin edən bu və ya digərfunksiyanı normadan kənara çıxmaqa qoymur.
Yüklə 36,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin