Moment — mexanikada tətbiq nöqtələri və istiqamətləri eyni oxdan meyillənən eyni qiymətli qüvvələr tərəfindən yaradılan fırlanma təsiridir. Qüvvələrin istiqamət xətləri arasındakı məsafəyə qüvvə qolu deyilir



Yüklə 0,61 Mb.
səhifə1/2
tarix13.04.2023
ölçüsü0,61 Mb.
#97103
  1   2
Qüvvə moment1


Qüvvə momenti.Fırlanma oxu olan cismin tarazlıq şərti

İsayev Urhan Xəlil oğlu

P L A N


  1. Moment nədir?

  2. Qüvvə momenti

  3. Momentlər qaydası

  4. Fırlanma oxu olan cismin tarazlıq şərti

Moment nədir?


Moment — mexanikada tətbiq nöqtələri və istiqamətləri eyni oxdan meyillənən eyni qiymətli qüvvələr tərəfindən yaradılan fırlanma təsiridir. Qüvvələrin istiqamət xətləri arasındakı məsafəyə qüvvə qolu deyilir. Momentin qiyməti qüvvə ilə onun qolunun hasilinə bərabərdir.
Momentin xüsusi halı olan dönmə momenti fırlana bilən cismə təsir edir. Bunu düzxətli hərəkət edə bilən cismə qüvvə təsiri ilə də müqayisə etmək olar. Bu zaman qüvvənin təsirindən cism fırlanma oxu ətrafında dönərək təcillənir. Dönmə momentinin vahidi N.m-dir. O bu düsturla tapılır:

-Moment vektoru
Moment =Qol * Qüvvə

Dömnə momentinin istiqaməti təsir edən qüvvəyə perpendikulyar olub sağ əl qaydası ilə tapılır. Əgər sağ əl ilə qüvvə vektorunu tutsaq və yuxarıya qaldırılmış baş barmaq bununla üst-üstə düşərsə onda dolanmış barmaqlar momentin istiqamətini göstərmiş olarlar. Bu sağ əl qaydası mexanikada bütün hesablamalarda istifadə olunur.


Qüvvə hər hansı bir məsafədə hərəkət edirsə, onda o iş görür. Bu çevrəvi hərəkətə də aiddir.
G
üc= Moment x bucaq sürəti

Sİ sistemində güc Vattla, moment N.m, bucaq sürəti isə rad/san ilə ölçülür.


Qüvvə moment
Cismə təsir edən qüvvə bu cismin həm sürətini dəyişə bilər həm də ki cismi deformasiya edə bilər. Bundan əlavə qüvvənin daha bir təsiri də var ki bu da fırladıcı təsirdir. Bu təsir qüvvə momenti deyilən kəmiyyət ilə ifadə olunur. 
Tutaq ki, ixtiyari formaya malik olan cismin O fırlanma oxu vardır. Bu cismin hər hansı bir A nöqtəsinə F qüvvəsi tədbiq olunub.

Fırlanma oxundan qüvvənin təsir xəttinə qədər olan məsafə qüvvənin qolu adlanır.


Qüvvənin qolu 

Qüvvənin öz qoluna olan hasilinə qüvvə momenti deyilir: 
M=F∙d.
Qüvvə momentinin ölçü vahidi: [M]=1N∙m.
Deməli qüvvənin fırladıcı təsiri nəinki qüvvənin qiymətindən, həm də ki onun qolundan asılıdır.

  • Əgər qüvvənin təsir xətti cismin fırlanma oxundan keçirsə, onda qüvvə momenti sıfıra bərabərdir M=0.

Cismə iki qüvvə tədbiq olunub.
Tutaq ki şəkildə göstərilmiş cismə F1 və F2 qüvvələri tədbiq olunub. 

F1 qüvvəsi 



  • cismi saat əqrəbi istiqamətində fırladır, 

  • onun momenti: M1=F1d1

F2 qüvvəsi 

  • cismi saat əqrəbinin əksi istiqamətində fırladır, 

  • momenti: M2=F2d2.

Əgər 

  • M1>M2 olarsa, onda cisim saat əqrəbi istiqamətində fırlanacaq.

  • M12 olarsa, onda cisim saat əqrəbinin əksi istiqamətində fırlanacaq.

  • M1=M2 olarsa, onda cisim tarazlıqda qalacaq. 

Fırlanan cismin tarazlıq şərti:
Əgər saat əqrəbi istiqamətində fırladan qüvvənin momenti saat əqrəbinin əksinə fırladan qüvvənin momentinə bərabər olarsa, onda cisim tarazlıqda qalar.
M1=M2 ⇔ F1d1=F2d2 ⇔  =
Bərk cismin tarazlıqda qalması üçün, bu böyük qüvvənin qolu kiçik, kiçik qüvvənin qolu isə böyük olmalıdır. 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin