İnsan kapitalının idarə edilməsi Tələbə: Aynur Ağayeva



Yüklə 1,32 Mb.
tarix15.11.2022
ölçüsü1,32 Mb.
#69141
Aynur Ağayeva Sərbəst iş





Sərbəst iş:

İnsan kapitalının idarə edilməsi





Tələbə: Aynur Ağayeva
İxtisas: Dövlət və bələdiyyə idarəetməsi
Fənn: İnsan resurslarının idarə edilməsi
Qrup: 920 s
Müəllim: Nuranə Ağakişiyeva



İnsan kapitalı təşkilatda insan amilini nəzərdə tutur. Bu da təşkilata fərqləndirici xarakter verən intellektin, yeniliklərin və xüsusi biliklərin birləşdirilməsi zərurətini qarşıya qoyur. İşçilər lazımi səviyyədə motivləşdirildikdə onlar təhsillərini artırmaq, dəyişilmək, yenilikləri tədqiq etmək və yaradıcılıq əhval- ruhiyyəsi yaratmaqla təşkilat üçün uzunmüddətli fəaliyyəti təmin edirlər.
İşçilərin təhsilinə və inkişafına işverənlər (işə götürənlər) tərəfindən investisiya qoyulması insan kapitalının saxlanmasına, onların əmək qabiliyyətinin artırılmasına yönəldilir. Eyni zamanda həmin investisiya daha çox gəlir gətirmək vasitəsidir.

2


Belə hesab edilir ki, insan kapitalına investisiya qoyuluşu çevik və gəlirli forma olmaqla, onun nəticəsində işin keyfiyyəti yüksəlir. Bu da yeniliyin mənimsənilməsi, bilik səviyyəsinin yüksəlməsi, ixtisasın artması nəticəsində mümkündür. Burada əsas ideya belədir: bilik, bacarıq, yenilikçilik əsas amil olmaqla müəyyənedicidir.
İnsan kapitalının idarə edilməsi rəhbərliyi həyata keçirən komandanın diqqətini strategiyaya yönəltməlidir. Strategiya təşkilatın əməkdaşlarının yaratdığı əlavə gəlirin artırılmasını təmin etməlidir. İnsan kapitalının idarə edilməsi kampaniyanın səmərəli işləməsinə maksimum təsir göstərən insanların idarə edilməsinin lazımi aspektlərinin identifikasiyasını təmin etməlidir. Bunun əsasında təşkilatın qarşıya qoyduğu vəzifəni yerinə yetirilməsi üçün gəlirin, məhsuldarlığın və ümumi səmərəliliyinin yüksəldilməsinə bütün əməkdaşların cəlb edilməsi, inkişafı və istifadəsindən hansı nəticə əldə ediləcəyi müəyyənləşdirilir.

3


İnsan kapitalının idarə edilməsi insan kapitalının üstünlüklərinin yolunu göstərir və insanlara investisiya qoyuluşunun yüksək gəlir gətirdiyini aşkar edir. İnsan kapitalının idarə edilməsi siyasəti birliyin idarə edilməsini, resursların artırılmasını, qabiliyyətin idarə edilməsini, işin səmərəliliyini, təhsil proqramını və inkişafını özündə birləşdirir.




İnsan kapitalının strategiyası rəhbər işçilərə ciddi təsir göstərməsi üçün bu strategiya insan kapitalının ölçülməsi və təhlili üzrə məlumatlarla tamamlanmalıdır. Təşkilatı səmərəliliyin modelinə əsasən firmanın insan kapitalı strategiyası bir-birilə əlaqədar altı amildən ibarətdir:

  1. İnsanlar – yəni təşkilatda işləyənlər, onların işə götürüldüyü vaxtda: - yenilikləri mənimsəməsi və vəzifəyə uyğun gəlməsi səviyyəsi; onların təhsil aldığı və təcrübədə olduğu vaxtda: yenilikləri mənimsəməsi və vəzifəyə uyğun gəlməsi səviyyəsi;

  2. İşçi proseslər – iş necə yerinə yetirilir; komanda işlərinin tədqiqi sferası və təşkilatın bölmələri arasında qarşılıqlı asılılıq; texnologiyanın rolu.

  3. İdarəetmənin quruluşu – işçilər nə qədər öz bildikləri kimi işləməlidirlər, menecerlər tərəfindən nəzarət və idarəetmə səviyyəsi, nəzarət yoxlamaları arasındakı interval, idarəetmənin effektivliyi və digər tədbirlər.

5


4. İnformasiya və bilik - əməkdaşlar, eləcə də mal göndərənlə alıcılar arasında qarşılıqlı informasiya mübadiləsi formal və qeyriformal vasitələrin köməkliyi ilə necə həyata keçirilir.
5. Qərarın qəbulu – zəruri qərarlar necə qəbul edilir, mərkəzləşdirilmə səviyyəsi; qərarın qəbulunda iştirak etmək və onun öz vaxtında qəbul edilməsi.
6. İşçilərin əməyinin ödənilməsi – pul və qeyri – pul stimullarından necə istifadə olunur; risk necə ödənilir; qrup və fərdi ödəmələr; kariyeranın inkişafında birbaşa ödəmə.

6

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin