Insan orqanizminin immun sistemi və onun orqanları
Orqnizmdə genetik yad substansiyalara qarşı cavab reaksiyalarının həyata kecirəcək hüceyrə, toxuma və orqanıar toplusu orqanizmin immun sistemini təşkil edir. Mıhz immun sistemi bakteriyaıardan viruslardan, parazitlərdən və s. Oranizmin müdafiəsini ölmüş yaxud ölməkdə olan, mutasiyaya məruz qalmış hüceyrələrin kənarlaşdırılılmasını, bəd xassəli şişlərə qarşı immuniteti təmin edir. İmmun sistemi hamiləlik zamanı ana vı dölün qarşılıqlı əlaqələri ilgili proseslərdə, mutasiyaya uğramış hüceyrələrin, şişlərin, yad transplantanların orqanizmdən kənarlaşdırılması, autoimmun xəstəliklərin əmələ gəlməsi və s. Proseslərində iştirak edir.
İmmun sistemin cavab reaksiyaları toxuma və orqanların köçürülməsində uyuşmazlığın əsasını təşkil edir. Bunun pozgunluqlari çox hallarda autoimmun xəstəliklərin inkişafina, allergiya, yeni dogulmuş uşaqlarda bir sira patoloji proseslərə, bəd xassəli şişlərin əmələ gəlməsinə, xroniki infeksion proseslərin inkişafina səbəb olur.
Immun sistemi- mikroorqanizmləri və orqanizmin yoluxmuş huceyrələrini öldürən,şiş hüceyrələrini parçalayan və hüceyrə qalıqlarını orqanizmdən kənarlaşdıran çevik, çox seçici fəaliyyət göstərən müdafiə sistemidir. Onun üç əsas xususiyyəti vardır.
1. İmmun sistem bütün orqanizmdə yayılmışdır
2. Onun bir çox hüceyrələri qan və limfa vasitəsilə bütün orqanizmdə daimi olaraq sirkulyasiya edir
3. İmmun sistem genetik yadlığı ilə fərqlənən müxtəlif antigenlərə qarşı son dərəcə yüksək spesifikliyə malik olan immunoqlobulinlər- anticisim molekulları hasil edən nadir qabiliyyətə malikdir.
İmmun sisteminin əsas əsas hüceyrəsi leykositlərin, yaxud ağ qan huceyrələrinin bir növü olan limfositlərdir. Limfositlər leykositlərin ümumi miqdarının 1/3 hissəsini təşkil edir. Onlar leykositlərdən özünəməxsus morfologiyası ilə fərqlənirlər.
Limfositlər qanyaradıcı toxumada polipotent kök hüceyrələrindən əmələ gəlir. Məməlilərdə ana bətnində qanyaranmanin –hemapoezin əsas orqanı qaraciyər hesab edilir. Qaraciyərdə və eləcə də sümük iliyində çoxsayılı plipotent kök hüceyrələri olur və limfopoezin ilk mərhələsi burada başlanır. Postnatal dövrdə qaraciyər hemopoez və eləcə də limfopoez funksiyalarından tamamilə məhrum olur. Bu dövrdən başlayaraq qanyaradıci toxumanın polipotent kök hüceyrələri və limfositlərin sələfləri ancaq sümük iliyində əmələ gəlir.
Orqanizmin limfa sistemi limfositlərin coxsayılı klonlarından ibarətdir. Bunlar öz funksiyaları və müxtəlif antigenlərə reaksiya vermək qabiliyyətinə gorə fərqlənirlər. Yetkin limfositlər B- vəT-limfositlər olmaqla iki populyasiyaya bölünürlər. B- limfositlər quşlarda Fabrisius kisəsi adlanan orqanda, məməlilərdə isə ona ekvivalent orqanlarda polipotent kök hüceyrələrdən antigendən asılı olmadan differensiasiya olunmaqla əmələ gəlirlər. Cücələrdə Fabrisius kisəsinin kənar edilməsi, onların anticisim hazırlamaq qabiliyyətinin davamlı olaraq azalmasına səbəb olur. Halbuki timusun kənarlaşdırılması bu prosesə təsir etmir.
T-limfositlər də antigendən asılı olmayan differensiasiya nəticəsində timus vəzdə sələf hüceyrələrdən formalaşırlar.
İmmun sistemin hüceyrələri heterogen və çoxfunksiyalıdır.Əsl immun və ya nece deyerlər, immunokompetent hüceyrələrə makrofaqlar, T- və B-limfositlər aiddir.Bu hüceyrələr öz növbəsində yetkinləşmə və ifadə etdikləri funksiyalara göre subpopulyasiyalara və növlərə bölünürlər. Bununla belə, makrofaqlar toxumalarda stroma funksiyasını da ifadə edir. Bundan başqa immun cavab reaksiyasında onun təşəbbüskarı və tənzimləyicisi kimi iştirak edir, hemopoezə, qanın laxtalanma proseslərinə, hemodinamikaya və s.təsir edici coxsayılı maddələr hasil edirlərş
Immun sistemin mərkəzi orqanları immun hüceyrələrin əmələ gəlməsi və seleksiyasını təmin edir. Burada limfopoez-limfositlərin əmələ gəlməsi, çoxalması və sələf,yaxud yetkin qeyri-immun hüceyrələrə qədər differensiasiyası, eləcədə onların seleksiyası prosesi baş verir.
Sümük iliyi borulu sümüklərin epifizlərində, yastı sümüklərin süngərvari hissəsində yerləşir. Sümük iliyində polipotent kök hüceyrələri yerləşmişdir ki, bunlar da qanın bütün formalı elementlərinin, o cumlədən immunokompetent hüceyrələrin əcdadlarıdı. Sümük iliyinin stromasında B-limfositlərin populyasiyalarının differensiasiyası və çoxalması gedir ki, bunlar da sonradan qan cərəyani ilə bütün orqanizmə paylanır. Burada, həmçinin, sonradan timus vəzə miqrasiya edən limfositlərin T-limfositlərin sələfləri əmələ gəlir. Faqositlər və bəzi dendrit hüceyrələr də sümük iliyində yaranır.Burada, həmçinin plazmatik hüceyrələri də aşkar etmək olar.
Timus, yaxud çəngəlvari vəz döş qəfəsinin ön-yuxarı hissəsində divararası sahədə yerləümişdir, paycıqlı quruluşa malikdir.Timus vəz də Fabrisius kisəsi kimi, limfopitelial orqandır. İnsanlarda bu vəz iki paydan ibarət olaraq öz formasına görə çəngələ bənzədiyindən ona bəzən çəngəlvari vəz də deyilir.
Timusun strukturunda beyin və qabıq qatları fərqləndirilir.Qabıq qatın stromasında “dayə-hüceyrələr” adlandırılan çoxlu miqdarda epitel hüceyrələri vardır ki, onlar da öz çıxıntıları ilə birləşərək şəbəkə əmələ gətirirlər.Burada “yetkin” limfositlər yerləşirlər.Qabıq-beyin qatlarının sərhəddində timusun dendrit hüceyrələri, beyin qatında isə beyin qatın epitel hüceyrələri yerləşir.
Sümük iliyinin kök hüceyrələrindən əmələ gəlmiş T-limfositlərin sələfəri timusun qabıq qatına daxil olur. Burada timus amillərinin təsiri altında aktiv çoxalması və T-limfositlərə differensiasiyası, eləcə də sonuncuların seleksiyası baş verir:timusun qabıq qatındakı epitel hüceyrələrində toxuma uyğunluğunun baş kompleksinin (MHC) molekulları ekspressiya olunur. Seleksiya prosesində yalnız bu reseptorlarla effektiv birləşə bilən reseptorlara malik T-limfositlər proliferasiya qabiliyyətinə malik olurlar.
İmmun sistemin periferik orqanlarında immun nəzarəti bilavasitə həyata keçirən immunokompetent hüceyrələr yerləşir. Burada həmçinin, immunogenez –immunokompetent hüceyrələrin çoxalması və son differensasiyası baş verir. İmmun sistemin periferik limfoid orqanlarında antigen təsiri nəticəsində limfositlərin muvafiq differensiasiyası və immun cavabın formalaşması ilə əlaqədar murəkkəb proseslər baş verir. Elə buna gorə də periferik limfoid orqanların kənarlaşdırılması immun sistemin lokal olsa da, bir sıra vacib funksiyalarının itirilməsinə səbəb olur.
Dalaq-solqabırğaltı nahiyədə yerləşir. Burada immunokompetent hüceyrələrin antigen stimulyasiyası baş verir, antigenə qarşı spesifik immun reaksiyalar inkişaf edir və o, zərəsizləşdirilir.Paycıqlı quruluşa malik olan bu orqanda limfoid toxuma üstünlük təşkil edir və ağ pulpanı əmələ gətirir. Ağ pulpanın tərkibində arteriyalar boyunca yerləşərək onları əhatə edən ilkin limfa follikulları vardır.İlkin follikullaın sərhədlərində ikincili limfa follikulları yerləşir. İlkin limfa follikullarında əsasən T-limfositlər, ikincili limfa follikullarında isə B-limfositlər və plazmatik hüceyrələr məskunlaşır.
Limfa düyünləri-limfa damarları boyunca yerləşmiş kiçik ölçülü paxlaşəkilli limfoid törəmələrdir. Limfa düyünləri beyin və qabıq maddələrindən ibarətdir. Qabıq maddə birləşdirici toxuma arakəsmələri ilə sektorlara bölünmüşdür. Burada səthi qabıq qatı və parakortikal zona ayrıd edilir. Səthi qabıq qatının sektorlarında, mərkəzində B-limfositlər çoxalan limfa follikulları vardır. Bunlara germinativ mərkəzlər deyilir.
Bağırsaqların limfa follikulları- nazik bağırsaqların selikli qişasındakı limfoid toxuma yığınlarıdır. Bu törəmələr həmçinin, kor bağırsağın soxulcanabənzər çıxıntısında-appendiksdə də yerləşir.Bundan başqa bütün mədə-bağırsaq traktı boyunca, qida borusundan başlayaraq anal dəliyə qədər tək-tək limfa follikulları yerləşir. Onlar bağırsaq selikli qişasında və onun mənfəzində yerli immuniteti təmin edir, onun mikroflorasının növ və say tərkibini tənzimləyir.
Udlaq həlqəsinin limfoid toxuması- burun-udlaqda, burun boşluğunda, yuxarı tənəffüs yollarında yerli immuniteti təmin edir, onun selikli qişalarını hava-damcı və hava toz yolu ilə daxil olan mikroblardan və genetik cəhətdən yad olan digər agentlərdən qoruyur. Bunların ən əhəmiyyətlisi udlaq badamcıqlarıdır.
Limfa-hüceyrələrarası sahələrdən daxil olan bütün mayeləri özündə birləşdirir. Onun əsas və praktik olaraq yeganə hüceyrəsi limfositlərdir. Bu hüceyrələr orqanizmdə limfanın tərkibində-limfa damarlarında dövran edirlər.
Dostları ilə paylaş: |