İqtisadi nəzəriyyənin predmeti və metodu
İqtisadiyyatın cəmiyyət həyatında rolu
İqtisadi nəzəriyyənin öyrəndiyi obyekt iqtisadiyyatdır. Lakin iqtisadi həyat elə bir məürəkkəb canlı orqanizmdir ki, burada insanların iqtisadi fəaliyyəti başqa fəaliyyət növlərilə – ideoloji, siyasi, mədəni, inzibati və s. fəaliyyətlərlə çulğaşır və təsir göstərirlər. Başqa sözlə, cəmiyyətdə iqtisadi münasibətlər «xalis» şəkildə deyil, başqa münasibətlərlə qarışıq bir sistemdə özünü göstərir. İqtisadi nəzəriyyənin də vəzifəsi bu sistemdən insanın iqtisadi fəaliyyət formalarını, iqtisadi münasibətlərini seçib götürmək və araşdırmaqdır. Bununla da iqtisadi nəzəriyyə elmi üsullarla öz predmetini və funksiyalarını müəyyənləşdirir. Bu elmin klassiklərinin nəzəri prinsiplərindən çıxan ümumi nəticəyə görə iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi münasibətlərini və onların inkişaf qanunauyğunluqlarını öyrənən elmdir. İqtisadi münasibətlər insanların şüurlu, məqsədli fəaliyyət sahələrini əhatə edən münasibətlərdir. Bu münasibətlər insanların yaşaması və həyat sürməsi üçün bir zərurətdir. İqtisadi nəzəriyyə bir humanitar elm kimi insanı, onun iqtisadi fəaliyyətini, həyat tərzini, davranışını öyrənməlidir və öz predmetinə daxil etməlidir. Bu baxımdan iqtisadi nəzəriyyənin predmetinə və öyrəndiyi obyektə müxtəlif mövqelərdən yanaşılır. Klassiklərdən başlamış bu günə qədər iqtisadi nəzəriyyənin predmetinə və öyrəndiyi obyektə dair müxtəlif nəzəri fikirlər irəli sürülmüşdür. Böyük Azərbaycan alimi N.Tusi (XIII əsr) və ərəb sosioloqu İbn Xəldun (XIV əsr) insanın iqtisadi fəaliyyətini cəmiyyətin inkişafının təməli hesab etmişlər. N.Tusi iqtisadiyyatın öyrənilməsini «İctimaiyyat» adlandırdığı elmin obyekti hesab edir və yazır ki, «Bu elmin obyekti (mövzusu) ictimai əməklə birləşən və beləliklə, istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir. Hamı bu elmi öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın, - rəftar və davranışında səhvlərə yol verməsin» (Əxlaqi-Nasiri, səh. 210). Tusinin iqtisad elminə verdiyi bu tərifdə «İqtisadi münasibətlər sistemi», «İnsanın iqtisadi fəaliyyəti və idarəetməsi», «İnsanın rəftar və davranışı» kimi anlayışlar mühüm yer tutur. Bütün bunlar isə çox müasir və iqtisad elminə verilən təriflərə xeyli uyğun gələn fikirlərdir. Bunu da xatırlatmaq istərdik ki, iqtisad elmi tarixində həmişə sərvət, onun mənşəyi, bölgüsü və istifadə olunması Şərq və Qərb klassiklərinin araşdırma obyekti olmuşdur. İlk dəfə iqtisadiyyatı bütöv şəkildə götürüb araşdıran A.Smit (1723-1790) və D.Rikardo (1772-1823) sərvəti iqtisadi nəzəriyyənin predmeti hesab etmişlər. Onlar sərvətin istehsalı, artırılması, bölgüsü, mübadiləsi və istehlakı proseslərini bir sistem şəklində araşdırmış və onun inkişaf qanunlarını aşkara çıxarmışlar. Sərvət dedikdə, onlar maddi nemətlərin istehsalı, bölgüsü və istehlakını nəzərdə tuturdular. Lakin, sərvət geniş anlayışlı bir məfhumdur. O, maddi nemətləri, bütün faydalı şeyləri, hava, su, torpaq kimi təbii resursları da əhatə edir. Lakin, sərvətin 4 ən başlıca növü insanın özüdür, onun bacarığı, mənəvi və mədəni səviyyəsidir. Məşhur alman iqtisadçısı F.List (XIX əsr) haqlı olaraq yazır ki, «Sərvət adlandırılan bütün şeylərin mənəvi əsaslarını ləğv etsək, onda biz ölü bir varidat əldə edərik». Klassiklər sərvəti «ölü bir varidat» kimi iqtisad elminin predmetinə daxil etməyiblər. Onlar insanı, onun iqtisadi və mənəvi maraqlarını, həyat tərzini, davranış qaydalarını da araşdırıb qiymətli fikirlər yürütmüşlər. Marks və Engels iqtisadi nəzəriyyəni inkişaf etdirib onun predmetini daha konkret şəkildə ifadə etməyə çalışmışlar. Marksist iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi münasibətlərini və onun obyektiv iqtisadi qanunlarını geniş, əhatəli araşdıran bir məktəbdir. Bu məktəbdə istehsal münasibətləri, məhsuldar qüvvələr və onların vəhdəti anlayışı kimi istehsal üsulu əsas tədqiqat obyektidir. Marksist siyasi iqtisad elminin predmeti də istehsal münasibətləri və iqtisadi münasibətlərdir. K.Marks «Kapital» əsərində yazır: «Bu əsərdə mənim tədqiqat predmetim kapitalist istehsal üsulu və ona müvafiq olan istehsal və mübadilə münasibətləridir. Mənim əsərimin son məqsədi isə müasir cəmiyyətin hərəkətinin iqtisadi qanununu kəşf etməkdir». Burada «kəşf» olunan izafi dəyər qanunudur. F.Engels «AntiDürinq» əsərində iqtisadi nəzəriyyənin predmetini «... ən geniş mənada, bəşər cəmiyyətinin maddi həyat nemətlərinin istehsal və mübadiləsini idarə edən qanunlar haqqında elmdir» şəklində müəyyənləşdirmişdir. Müasir iqtisadi ədəbiyyatda, dərsliklərdə klassiklərin iqtisad elminə verdiyi təriflər inkar edilmir. Maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı yeni iqtisadi şərait baxımından araşdırılır, insan və onun tələbatının ödənilməsi ön plana çəkilir. Bir sözlə, müasir iqtisad elmi ən çox sərbəst bazar iqtisadiyyatını, onun fəaliyyət mexanizmini, modellərini, qanunlarını və prinsiplərini tədqiqat obyektinə çevirmişdir. Lakin, unudulmamalıdır ki, iqtisadi nəzəriyyə həyatın cari məsələlərini, keçici, təsadüfi hadisələri, ayrı-ayrı fərdlərin davranışını, tək-tək müəssisələr və firmaların iqtisadi fəaliyyətini öyrənmir. Bu elm necə deyərlər, təktək ağacları deyil, bütün meşəni öyrənir. Başqa sözlə o, bütövlükdə iqtisadiyyatın inkişafının başlıca qanunauyğunluqlarını və prinsiplərini müəyyənləşdirir. Müəssisə, firma, şirkət, ayrı-ayrı fərdlər və idarəetmə orqanları bu nəzəriyyənin verdiyi nəticələrdən faydalana bilərlər. İqtisadiyyat ona xas olan anlayışlar, kateqoriyalar və qanunlar vasitəsi ilə təhlil edilir və öyrənilir. İqtisadi nəzəriyyənin də başlıca funksiyası bu kateqoriya və qanunları üzə çıxarmaq və şərh etməkdir. İqtisadi anlayışlar, kateqoriyalar və qanunlar - iqtisadi nəzəriyyənin bünövrəsidir. İqtisadi nəzəriyyə bir elm kimi həyatın üzündə görünən hadisələrin təsvirindən ibarət deyildir. Çünki, iqtisadi həyatın üzdə görünən, gözlə seyr edilən hadisələri heç də onların daxili mahiyyətlərilə üst-üstə düşmür. Elmin vəzifəsi isə hadisələrin görünməyən tərəflərini, mahiyyətlərini aşkar etməkdir. Bu mahiyyətlər isə iqtisadi anlayışlar, kateqoriyalar və qanunlar vasitəsilə açılır və təhlil edilir. İqtisadi anlayış müəyyən iqtisadi hadisəni, prosesi ümumiləşdirmək və müəyyən terminlə ifadə etməkdir. Məs., mülkiyyət, istehsal, bölgü, əmtəə, pul, bazar, qiymət, mənfəət, faiz kimi yüzlərlə iqtisadi anlayışlar mövcuddur. «İqtisadi kateqoriya», «iqtisadi qanun», «iqtisadi prinsip» və sairə kimi işlədilən terminlər, 5 adlar da iqtisadi anlayışlardır. Bədii ədəbiyyatın obrazları insanlardır, iqtisad elminin «obrazları» isə iqtisadi anlayış və kateqoriyalardır. İqtisadi kateqoriyalar iqtisadiyyatın ayrı-ayrı cəhətlərinin, tərəflərinin ümumiləşdirilmiş nəzəri ifadələridir. İqtisadi qanunlar iqtisadiyyatın inkişaf qanunlarıdır. Təbiətdə olduğu kimi cəmiyyətdə də ona xas olan obyektiv inkişaf qanunlarını inkar etmək olmaz. Lakin, təbiətin mütləq mənada obyektiv qanunlarından fərqli olaraq iqtisadi qanunlar şüurlu fəaliyyətin, insanın, cəmiyyətin və dövlətin fəaliyyəti şəraitində təsir göstərən qanunlardır. Bunlar insanların şüurlu, məqsədli fəaliyyətlərində özünü göstərən və reallaşan qanunlardır. Bu səbəbdən iqtisadi qanunlara iradi, subyektiv anlayışlar kimi də baxmaq olmaz. Təbiət qanunları kimi iqtisadi qanunlar da obyektiv qanunlar kimi fəaliyyət göstərirlər. Ən ümumi şəkildə götürüldükdə qanun, hadisələrin, şeylərin daxili mahiyyətidir. Bütün hadisələr isə bir-biri ilə qarşılıqlı əlaqə və asılılıq şəraitində, daim inkişaf və hərəkətdə fəaliyyət göstərirlər. Bunların arasında təsadüfi, keçici, bir an fəaliyyətdə olan hadisə və əlaqələr də mövcuddur. Qanun isə baş verən hadisələr arasındakı hər cür əlaqəni deyil, onlarda sabit qalan, təkrar olunan ən mühüm səbəb-nəticə əlaqələrini ifadə edir. Deməli, qanun hadisələrin bütün cəhətlərini və tərəflərini yox, onların ən mühüm mahiyyətini əks etdirir. Məsələn, əmtəənin alqı-satqısına, qiymətinə çoxlu təsadüfi hadisələr təsir göstərə bilər. Lakin burada əsas cəhət onun istehsalına sərf edilən xərclər və faydalılığıdır.
Hər bir elm öz predmetini müəyyən metodların vasitəsilə öyrənir. Metod yunanca «Methodos» sözündən olub tədqiqat yolu deməkdir. Məşhur ingilis filosofu F. Bekon (XVII əsr) demişdir ki, metod yolçunun yolunu işıqlandıran bir fanardır. İqtisadi nəzəriyyə bir elm kimi iqtisadi hadisələrin və proseslərin araşdırılmasında özünəməxsus metodlardan istifadə edir. Cəmiyyətin iqtisadi həyatı milyonlarla hadisələr və proseslərlə doludur. Həm də bu üzdə görünən hadisələr çox qarışıq, bir-birilə çulğaşan hadisələr kimi fəaliyyət göstərirlər. Bu hadisələri müşahidə etmək, onların görünən və görünməyən tərəflərini fərqləndirmək, mühüm hadisələri təsadüfi keçici hadisələrdən ayıra bilmək elmi təfəkkürün vəzifəsidir. Bunun üçün birinci növbədə elmi abstraksiya 6 metodundan istifadə etmək tələb olunur. Elm tarixində sınaqdan çıxmış abstraksiya metodu vasitəsilə müşahidə edilən hadisələrdə mühüm olan tərəflər aşkara çıxarılır və nəzəri ümumiləşdirmələr aparılır. Elmi abstraksiya iqtisadi həyat hadisələrinin təfəkkürdə ümumiləşdirilməsi və onların anlayışlar, kateqoriyalar şəklində ifadə edilməsi metodudur. Bu metodla hadisələr öz konkret, keçici və təsadüfi tərəflərindən təcrid olunur, onlara xas olan ümumi mühüm cəhət aşkara çıxarılır. Abstrakt (mücərrəd) anlayışlar heç də məzmunsuz, mahiyyətsiz anlayışlar deyil. Bu anlayışlar iqtisadi gerçəkliyin müəyyən tərəflərini, mahiyyətini əks etdirir. İqtisadi nəzəriyyənin tətbiq etdiyi digər bir metod da analiz və sintez metodudur. Analiz metodunda iqtisadi münasibətlər vahid bir sistem halında götürülür və o, elmi təfəkkür yolu ilə müəyyən hissələrə, tərəflərə ayrılır. Bu halda iqtisadi sistemin hər bir tərəfi ayrılıqda təhlil (analiz) edilir, onun mühüm cəhətləri və mahiyyəti konkret olaraq araşdırılır. Sonra sintez etmək yolu ilə həmin cəhətlər və tərəflər yenə də iqtisadi sistemdə birləşdirilir. Bu proses yəni vahid iqtisadi sistemin bölünməsi və birləşdirilməsi təfəkkürümüz, fikrimiz vasitəsilə həyata keçirilir. Bu üsullarla biz bütöv bir iqtisadi sistem və forma haqqında ümumi bilik əldə edə bilirik. İqtisadi nəzəriyyənin istifadə etdiyi üsullardan biri də tarixi və məntiqi metoddur. Bu metod vasitəsilə iqtisadi nəzəriyyə müəyyən etdiyi anlayışları, kateqoriyaları, onların yarandığı tarixi ardıcıllıqla şərh edir. İqtisadi nəzəriyyə bu üsulla iqtisadi hadisələrin törəməsi, inkişafı və dəyişməsi prosesinin tarixi şəraitini nəzərə almaqla, onları məntiqi metodun vasitəsilə araşdırır. Müasir iqtisadi nəzəriyyədə araşdırma vasitələrindən biri də induksiya və deduksiyadır. İnduksiya-latınca «yönəltmə» mənasını ifadə edən bir anlayışdır. Bu metod vasitəsilə əvvəlcə iqtisadi problemlərə dair faktlar toplanır, seçilib sistemləşdirilir. Bu iş hələ «iqtisadi qanun», «prinsip» və «modellər» çıxarmaq üçün kifayət deyildir. Bundan sonra iqtisadi nəzəriyyənin vəzifəsi toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir. Deduksiya - latın dilindən alınan və «hasiletmə» mənasını daşıyan bir sözdür. Bu metod vasitəsilə toplanan faktlar əsasında nəzəri nəticələr, ümumiqtisadi prinsiplər və əməli fəaliyyət üçün tövsiyələr hazırlanır. Beləliklə, bu üsulla nəzəriyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəlmək mümkün olur. Bu həm deduksiya, həm də induksiya metodlarının birlikdə tətbiq edilməsi deməkdir. İqtisadi hadisə və proseslərin keyfiyyət və kəmiyyət tərəfləri mövcuddur. Bu hadisələrin keyfiyyət tərəfləri, mahiyyətləri yuxarıda göstərilən üsullarla dərk olunursa, kəmiyyət tərəfləri statistikanın, riyazi üsulların, modelləşdirmə və s. üsulların vasitəsilə dərk olunub aşkar edilir. Bu üsullar müasir iqtisadi nəzəriyyələrdə, makro və mikroiqtisadiyyat problemlərinin öyrənilməsində geniş istifadə olunur. İqtisadi nəzəriyyə fundamental, metodoloji bir elm sahəsidir. Onun əsas funksiyası iqtisadiyyatı bütövlükdə tədqiq etmək və nəzəri təhlilini verməkdir. Bu baxımdan o, insanların iqtisadi təfəkkürünün formalaşmasına, onların məqsədyönlü iqtisadi fəaliyyətinə və davranışlarına fəal təsir göstərir.
Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tələbatının ödənilməsinin əsasını isə iqtisadiyyat1 təşkil edir və bütün münasibətlər sistemində iqtisadi münasibətlər həlledici yer tutur.
İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduq-ca mürəkkəb quruluşa malikdir. O, hər şeydən əvvəl iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazisidir. Iqtisa-diyyat özünün xüsusi qanunları əsasında fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun anatomiyasını təşkil edir. Iqtisadi münasibətlərin spesifikası nəinki məhsulların yaradılmasını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də təsərrüfatçılığın, istehsalın təş-kili, iqtisadi vasitə və stimulların müxtəlif formalarının xüsusiyyətlərini şərtləndirir.
Iqtisadiyyat həm bütövlükdə iqtisadi sistemin səciy-yəvi cəhətlərini, həm də ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiyyətlərini əks etdirir. Iqtisadiyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəqliyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil – kommunal təsərrü-fatı və s.) sahələrini əhatə edir. Ayrı-ayrı fəaliyyət növləri-nin, istehsalatların iqtisadiyyatlarını da fərqləndirmək lazımdır. Buna kənd təsərrüfatında bitkiçilik və heyvandar-lığın iqtisadiyyatlarını misal göstərmək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və birliklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı firmaların, birliklərin, müəssisələrin, səhmdar cəmiyyətlərinin də iqtisadiyyatları vardır. Ev təsərrüfatının iqtisadiyyatı da xüsusi qrupa ayrılır.
Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibət-ləri öyrənən iqtisad elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun obyektiv qanunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sahələrində baş verən prosesləri, hadisələri nəzəri cəhətdən təhlil edir, müxtəlif təyinatlı nemət-lərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr işləyib hazırlayır. Iqtisadiyyat elmi fundamental və tətbiqi tədqiqat-lara bölünür.
Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanunların dərk edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsaslandırmaqdan ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi tarix, iqtisadi təlimlər tarixi, statistika, mühasibat uçotu və s. aiddir.
Tətbiqi elmlər fundamental tədqiqatların nəticələrindən xüsusi və konkret əməli problemlərin həllində istifadə edirlər. Bu elmlər funksional (maliyyə və kredit, pul tədavülü, demoqrafiya, əmək iqtisadiyyatı, marketinq, menec-ment, iqtisadi gibernetika və s.) ayrı-ayrı ölkələrin iqtisadiy-yatı (məhəlli, ölkə) və sahə (sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və s. iqtisadiyyatları) əlamətlərinə görə təsnifləşdirilir. P. Samuelson iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunmasına dair ən çox yayılmış beş fikri sadalayır və belə bir nəticəyə gəlir ki, «iqtisadi nəzəriyyənin predmeti dəqiq müəyyən oluna bilməz və buna ehtiyac da yoxdur». Bununla birlikdə o, belə hesab edir ki, iqtisadi nəzəriyyənin predmetinə dair aşağıda göstərilən təriflərdən hər biri doğrudur və hər bir savadlı adam bu siyahını bir neçə dəfə uzada bilər: 1) Iqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul sövdələşmələri ilə əlaqədar olaraq baş verən fəaliyyət növləri haqqında elmdir; 2) Iqtisadi nəzəriyyə insanların gündəlik işgüzar fəaliyyətləri, yaşamaq üçün vəsait əldə etmələri və ondan istifadə olunmasını öyrənmələri haqqında elmdir; 3) Iqtisadi nəzəriyyə istehsal və istehlak sahəsində bəşəriyyətin üzərinə düşən vəzifələrin öhdəsindən necə gələ bilməsi haqqında elmdir; 4) Iqtisadi nəzəriyyə sərvət haqqında elmdir; 5) Iqtisadi nəzəriyyə müxtəlif əmtəələrin istehsalı, indi və gələcəkdə istehlak etmək məqsədilə onların müxtəlif adamlar və qruplar arasında bölüşdürülməsi,insanlar və cəmiyyət tərəfindən pulun köməyilə və ya onun iştirakı olmadan nadir ehtiyatlardan məhsuldar istifadə olunması haqqında elmdir.
Iqtisadi nəzəriyyə mülkiyyətin formasından, sahələrin və ərazilərin, tarixi dövrlərin xüsusiyyətlərindən asılı olmayaraq, təsərrüfatçılığın bir sıra prinsiplərinə əməl olunmasını nəzərdə tutur. Bunlar nəticə və xərclərin ölçülməsi, onlardan səmərəli istifadə edilməsi, istehsalçılar üçün müəyyən stimulların yaradılması və s-dir. Müasir dövrün qlobal sosial-iqtisadi problemlərinin-inflyasiya, işsizlik, hərbi xərclər, büdcə çatışmazlığı, yoxsulluq və qeyri-bərabərlik, ətraf mühitin çirklənməsinin qarşısının alınması, biznesin hökumət tərəfindən tənzimlənməsi və xalqın həyat səviyyəsinin yüksəldilməsi və s. həll edilməsi xeyli dərəcədə məhdud miqdarda ehtiyatlardan səmərəli istifadə olunma-sından asılıdır. Deməli, iqtisadi nəzəriyyə cəmiyyət üzvlə-rinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması, yaxud da onların idarə edilməsi problemlərini öyrənir.
Ədəbiyyat
1. «İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev, Ə.P. Babayev, M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред. В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической академии, 2000, –592 с.
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П. Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского университета, 2000,– 757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.: Эксмо, 2006, –736 с.
Dostları ilə paylaş: |