Bunu aydınlaşdırmaq üçün lüğətlərə və bu sahəyə aid mənbələrə müraciət etsəniz, hər yerdə belə bir izah tapacaqsınız. "Blog” ingiliscədir, "web log” sözünün qısa deyilişi kimi ortaya çıxıb, "şəbəkə gündəliyi” mənasını verir və əslində, o da bir veb-saytdır.
Blog nədir ?Bloq və Bloqçu
"Bloq" – hər bir İnternet istifadəçisinin yarada biləcəyi onlayn-gündəlikdir.
Bloqlar – yeni, dəbdə olan ünsiyyət vasitəsidir.
Bloqlar – sizin adi həyatda heç bir vaxt rast gələ bilməyəcəyiniz insanla tanış olmaq imkanı yaradan yeni reallıqdır.
Bloqlar – maraqlı məlumatların birbaşa şahidlərdən operativ alınması mümkün olan yeni mediadır.
Bloqlar artıq bizdə də internet aləmində yayılmağa və önəmli yerlərdən birini tutmağa başlamış bir sahədir. Son illərdə saytlarda bloq bölmələrin açılması və yaxud da, ümumiyyətlə, bu sahədə müsaqələrin keçirilməsi (reklamı çıxsaq) buna işarədir ki, Azərbaycanda bloq istifadəçilərinin sayı artsın və bu sahə də mühüm yerlərdən birini tutsun.