HFT fənninin vəzifələri və bölmələri.
Təhlükəsizlik – həyat fəaliyyətinin məqsədini təşkil edir və buna nail olmaq üçün «həyat fəaliyyətinin təhlükəsizliyi» fənni təhlükələri öyrənir və onları aradan qaldırmaq üçün vasitələr, yollar və metodlar hazırlayır. Bununla əlaqədar olaraq HFT bir-biri ilə əlaqəli üç məsələni həll edir.
1. Təhlükələrin eyniləşdirilməsi, yəni kəmiyyət göstəricilərini və təhlükənin koordinatlarını müəyyən etməklə hadisələri aşkara çıxarmaq və öyrənmək.
2. Xərclərin və mənfəətin müqayisəsi əsasında təhlükələrdən müdafiə olunma yollarını müəyyən etmək.
3. Mümkün ola bilən təhlükələri aradan qaldırmaq.
Həyat fəaliyyətinin təhlükəsizliyi bir elmi fənn kimi özünün nəzəriyyəsi, metodologiyası və metodiki üsulları vardır. Lakin bununla yanaşı o, mühəndis psixologiyası, insanın fiziologiyası, əməyin mühafizəsi, ekologiya, erqonomika, iqtisadiyyat və s. fənlərin naliyyətlərindən də geniş istifadə edir. Bu fənnin metodoloji əsasını sistemli analiz təşkil edir.
HFT fənni dörd bölmədən ibarətdir.
HFT- in nəzəri əsasları
HFT-in ekoloji əsasları
İstehsalat şəraitində HFT
Fövqəladə vəziyyət şəraitində HFT
Dostları ilə paylaş: |