HFT – yaxın elmlərin məlumatlarına əsaslanan kompleks fəndir. Bunlardan biri erqonomikadır. «Erqonomika» termini 1875-ci ildə Polşa alimi Yastşembevski «Erqonomika xüsusiyyətlərin», yəni əmək haqqında elm əsərində təklif edib. Erqonomika insan fəaliyyətinin effektiv və rahat olması üçün onun fəaliyyət prosesində olan funksional imkanlarını öyrənir. Erqonomika həlledici vasitə kimi HFT-nin müəyyən məsələlərini həll etməyə imkan verir. Başqa sözlə erqonomika texniki vasitələri insanın əmək fəaliyyətinə uyğun etməyə çalışır, insan və mühitin uyğunlaşan cəhətlərini araşdırır və bununla əlaqədər müəyyən problemlərə baxır. Mütəxəssislər sistemi müvəffəqiyyətlə və funksiyasını yerinə yetirməyə zəmanət verən beş növ uyğunluqlar göstərilir: informasiya, biofiziki, enerji, fəza-antrometrik və texniki-estetik.