HFT nin ekoloji aspektləri. Ekoloji amillər.
«Ekologiya» termini 1869-cu ildə alman bioloqu Ernst Hekkel tərəfindən irəli sürülmüşdür. Bu söz yunan sözü olub, «oykos» - ev, yaşayış yeri, «loqos» - öyrənmək və ya elm deməkdir.
Ekologiyanın vəzifələri genişdir. Bunlardan əsası qanunauyğunluqları öyrənmək əsasında təbiəti mühafizə üzrə təbəitdən istifadə və təbii ehtiyatlardan təkrar istifadə üzrə elmi tədbirlər hazırlamaqdır
Ekoloji amillər. Ekoloji amil elə bir mühit şəraitidir ki, orqanizm həmin mühitə uyğunlaşma reaksiyası verir. Ekoloji amillər abiotik (cansız) və biotik (canlı) olurlar.
Abiotik amillər – hava (işıq, hərarət, nəmlik, havanın hərəkəti, təzyiq); edafik (mexaniki tərkib, sıxlıq, rütübət tutumu, torpağın havakeçiriciliyi); oroqrafik (relyef, dəniz səviyyəsindən yüksəklik); kimyəvi (havanın qaz tərkibi, suyun duzluluq tərkibi, torpağın turşuluğu).
Biotik amillərə - fitogen (bitkinin təsiri); zoogen (heyvanat aləminin təsiri); mikrobiogen; antropogen (insanın fəaliyyəti) daxildir. Canlı orqanizm bu amillərin müəyyən qiymətlərində yaşaya bilər.
Dostları ilə paylaş: |