2. Riskin münasib konsepsiyasi.
Fəaliyyətin potensial təhlükəsi haqqında aksioma. Həyat təcrübəsi göstərir ki, hər hansı fəaliyyət potensial təhlükədir. Heç bir növ fəaliyyətdə mütləq (tam) təhlükəsizlik əldə etmək mümkün deyil. Bununla əlaqədər aşağıdakı nəticəni çıxarmaq olar: hər hansı fəaliyyət təhlükəlidir. Bu nəticə aksioma xarakteri daşıyır. Lakin təhlükəni (ya riski) idarə etmək olar.
Ənənəvi təhlükəsizlik texnikası tam qəti, qeyri şərtsiz tələbi qəbul edir, yəni təhlükəsizliyi təmin etmək, heç bir qəzaya yol verməmək prinsiplərinə əsaslanır. Lakin təcrübə göstərir ki, bu cür konsepsiya texniki sistemlərin imkanları ilə uyğunlaşmır. Mütləq təhlükəsizlik çox humanist olsa da, bu konsepsiya insanlar üçün bədbəxtliyə çevrilə bilər. Çünki fəaliyyət göstərən sistemlərdə heç vaxt sıfır riski təmin etmək mümkün deyil. Ona görə də müasir aləm mütləq təhlükəsilik konsepsiyasını rədd edir və münasib (qəbul oluna bilən) risk konsepsiyasını qəbul edir.
Dostları ilə paylaş: |