İstehsalat təhlükəli və zərərli istehsalat amilləri haqqında məlumat
İşçilərə təsir edən təhlükəli və zəhərli istehsal amilləri aşağıdakı qruplara və yarımqruplara bölünür:
1. Fiziki:
- hərəkət edən maşın və mexanizmlər;
- havanın tozlanması və qazın miqdarının artması;
- havanın temperaturunun artması və ya azalması;
- səsin və silkələnmənin yüksəklik dərəcəsi;
- havanın nəmliyinin və hərəkətinin artması;
- radiasiyanın, elektromaqnit şüalanmanın miqdarının artması;
- işıqlanmanın kafi dərəcədə olmaması.
2. Kimyəvi:
- ümumi zəhərləyicilər;
- qıcıqlandırıcılar;
- kanserogenlər.
İnsan orqanizminə nəfəs yolları, yemək borusu və dəri örtüyü ilə daxil olur:
3. Bioloji:
- potogenetik mikroorqanizmlər;
- bakteriyalar, viruslar və s.;
- mikroorqanizmlər (bitgi və heyvanlar).
4. Psixofizioloji:
- fiziki ağırlılıq;
- əsəbi psixi yorğunluq.
Ağır və gərgin şəraitli iş yerlərini zəhərli və təhlükəli amillərin növlərinə görə aşağıdakı siniflərə bölünür:
I sinif – optimal (ən əlverişli) əmək şəraitləri – bu şəraitlər yalnız işçilərin sağlamlığını saxlamır, eyni zamanda yüksək iş qabiliyyətinin saxlanılmasına şərait yaradır.
II sinif – mümkün olan əmək şərtləri. Bu onunla xarakterizə olunur ki, amillərin şəraitinin dərəcəsi və əmək prosesləri, qəbul olunan gigienik normativlər öz qiymətlərini artırmırlar.
III sinif – zərərli əmək şəraiti. Bu onunla xarakterizə olunur ki, istehsal amillərində zərərli maddələrin norması gigiyenik normalardan yüksəkdir.
Zərərli əmək şəraitində dərəcəsinə görə gigiyenik normalardan yüksək və işləyənlərin orqanizmdə yaranan dəyişiklik 4 dərəcəyə bölünür.
I dərəcə 3-cü sinif (3.1) – əməyin şərtləri gigiyenik normalardan xüsusiyyətinə əsasən fərqlənir ki, bu da funksional dəyişikliyin ilk vəziyyəitə qayıtmaq imkanı verir, ancaq xəstəliyin ilk inkişafına imkan yaratmır.
II dərəcə 3-cü sinif (3.2) – əmək şəraitlərində istehsal amillərin bu dərəcəsi davamlı funksional pozğunluğa gətirib çıxardır, əksər halda xəstəliyin artması müvəqqəti əmək qabiliyyətinin itirilməsi, peşə xəstəliyinin ilk siptomları əmələ gəlməyə başlayır.
III dərəcə 3-cü sifni (3.3) – iş müddəti ərzində peşə xəstəliyinin patologiyası özünü yüngül formada göstərir ki, bununla əlaqədar vaxt keçdikdə xəstəliyin dərəcəsinin artması nəzərə çarpır.
IV dərəcə 3-cü sinif (4.3) – bu Halda peşə xəstəliyinin forması əmələ gələ bilər, nəzərə çarpacaq dərəcədə xroniki patologiyanın artımı, xəstəliyin artımı müşahidə olunur.
IV sinif – təhlükəli (ekstremal) – işçi növbəsi ərzində həyat üçün təhlükə yaranar, böyük risk edərək ağır formada kəskin zərbə ala bilər.
Dostları ilə paylaş: |