Bədbəxt hadisələrin səbəbləri
İstehsalat prosesi ilə əlaqədar olaraq insan orqanizmində qəflətən gedən dəyişikliklər istehsalat zədələnmələri yaxud bədbəxt hadisə adlanır.
Məsələn, sınıq, çıxıq, yanma, əzilmə, kimyəvi və istilik yanıqları, elektrik zədəsi, donma və s.
İstehsalatda baş verən bədbəxt hadisələri 3 səbəb ətrafında ümumiləşdirmək olar:
1. Texniki səbəblər:
a) elektrik və daşıma qurğuları və sistemində konstruktiv çatışmazlığı;
b) istehsalat avadanlıqlarının texniki nasazlığı;
c) qoruyucu, mühafizəedici, bloklayıcı qurğuların olmaması;
ç) texnoloji proseslərin müasir tələblərə cavab verməməsi.
2. Təşkilati səbəblər:
a) texnoloji prosesdə qüsurlar;
b) iş rejiminin düzgün təşkil edilməməsi;
c) iş yerlərinin və avadanlıqların düzgün yerləşdirilməməsi;
ç) istehsala uyğun gəlməyən qurğu, alətlərdən istifadə olunması;
d) istehsal üzərində nəzarətin olmaması, ixtisası uyğun gəlməyən işçilərin cəlb edilməsi, icrası təhlükəli olan işçilərin icrası, işçilərin təhlükəsizlik qaydaların mənimsənilməsinə hazırlığın olmaması;
e) mühafizə vasitələrinin olmaması yaxud kifayət dərəcədə olmaması.
3. Sanitar-gigiyenik səbəblər:
a) meteroloji şəraitin qeyri-normallığı;
b) iş yerlərinin havasında zərərli toz, buxar və qaz ayrılmalarının omlası;
d) səs və küyün səviyyəsinin yüksək olması;
ç) zərərli şüalanmalar – elektromaqnit, radioaktiv və istilik şüalanmaları;
d) istehsalat otaqlarının darısqallığı;
e) antisanitariya və gigiyena cəhətdən istehsal sahəsinin qeyri-qənaətbəxş olması;
j) tibbi nəzarətin olmaması və ya qeyri-qənaətbəxş olması.
Dostları ilə paylaş: |