İxtisas: Ekologiya Fakültə: Ekologiya və torpaqşünaslıq Fənn



Yüklə 22,51 Kb.
tarix02.01.2022
ölçüsü22,51 Kb.
#42024
Sərbəst iş 1 ekspertiza


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Univertsiteti

İxtisas: Ekologiya

Fakültə:Ekologiya və torpaqşünaslıq

Fənn: Ekoloji ekspertiza

Mövzu: Qarabağ ərazisində ermənilər tərəfindən vurulan ziyanın ekoloji qiymətləndirilməsi

Müəllimə: Hicran Rəfiyeva

Tələbə: Nəzrin Əliyeva

Erməni təcavüzü və işğalı nəticəsində Azərbaycanın ətraf mühitinə və təbii sərvətlərinə 265 milyard dollar ziyan dəyib.

 Ekoloji terror – konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ətraf mühitə və inkişafa dair Rio-de-Caneyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin, ermənilər nəinki bu prinsipləri gözləmir, əksinə həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərdə təbiəti viran qoyurlar.
Ermənistanın bəşəriyyətə və insanlığa qarşı yönələn terror siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə ciddi ziyan vurmuşdur. Ekologiyaya qənim kəsilmiş ermənilər işğal etdikləri ərazilərdə meşə zolaqlarının vəhşicəsinə qırılmasını və yandırılmasını, Araz çayı və qollarının çirkləndirilməsinı, flora və fauna növlərinin məhv edilməsinı, mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsini dövlət siyasətinə çevirmişlər.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdur.

İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir.

Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu ki, hazırda praktiki cəhətdən əraziyə nəzarət imkanı olmadığından sözügedən fauna və floranın hazırki vəziyyəti barədə məlumat yoxdur.. Xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 388,6 hektarı erməni işğalçılarının tapdağı altındadır. Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də ermənilər tərəfindən talan edilir.

261 min hektar meşə, o cümlədən 13 197,5 hektar qiymətli meşə sahələri, 215 ədəd təbiət abidəsi, 5 ədəd geoloji-paleontoloji obyekt, hündürlüyü 45 metr, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələri işğal olunmuş ərazilərdə qalmışdır. Böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyətini həmin ərazilərdə məskunlaşmış ermənilər tərəfindən məhv edilmişdir.

Kəlbəcər rayonunda “Qırmızı kitab”a daxil edilmiş 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları da kütləvi şəkildə qırılaraq xaricə satılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki vardır ki, bunlardan 200-ə qədəri dərman bitkiləri olmaqla, onlar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə talan olunaraq xaricə daşınır. Bu isə bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə səbəb olur.

Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olan “Xan Mağarası” mühafizə olunurdu. Ayrı ayrı mənbələrdən alınan məlumatlara görə, həmin abidələr amansızlıqla məhv edilir və digər məqsədlər üçün istifadə olunur.

Ölkənin ən zəngin faydalı qazıntı yataqları işğal olunmuş ərazilərində qalmışdır. İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.), 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, bu da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi.



İşğal olunmuş ərazilərimizdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri vardır.

Erməni işğalçı qüvvələri Azərbaycanın təbii sərvətlərini bacardıqca tükəndirməyi qarşılarına ən ali məqsəd kimi qoymuşlar. Ermənilər işğal etdiyi ərazilərdə bu qiymətli sərvətləri amansızcasına dağıdır, Ermənistana daşıyır, daşınması mümkün olmayanları isə yandırmaqla ekologiyaya ciddi ziyan vururlar. Ermənilərin meşələrdə hər il mütəmadi olaraq törətdiyi yanğınlar min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurur. Belə yanğınlar ekoloji tarazlığın pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olmaqla qlobal ekoloji problemlərə gətirib çıxara bilər. Torpaqlarımız tam şəkildə azad olduqdan sonra Azərbaycanın Qarabağ regionunda və təcavüzə məruz qalmış digər bölgələrində fauna və floraya xas bir sıra növlərin kökünün kəsildiyinin şahidi olacağımız qaçınılmazdır.

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Göl ətrafında ermənilərin məskunlaşması və göl suyundan suvarma məqsədilə istifadə olunması gölün suyunun tükənməsinə və çirklənməsinə səbəb olur. Su ehtiyatlarının çirkləndirilməsi Ermənistanın ekoloji terror siyasətinin əsas təsir elementlərindən sayılır. Bu məsələdə ən vacib sayılan məqam isə Ermənistan ərazilərindən gələn və Azərbaycanın içməli su mənbələrini formalaşdıran çayların kimyəvi, bioloji və digər radioaktiv tullantılarla çirkləndirilməsidir. Ermənistan ərazisindən Azərbaycana daxil olan sularda bütün növ kimyəvi və zərərli maddələr normadan dəfələrlə artıq olduğundan, ərazidə olan flora və faunaya mənfi təsir edə, Azərbaycan əhalisinin genefonduna, su axarları boyu yaşayan əhali arasında müxtəlif xəstəliklərin artmasına və yayılmasına gətirib çıxara bilər.

Bütün bunlar qarşısıalınmaz ekoloji problemlər yaratmaqla yanaşı, tək Respublikamızın deyil, lokal miqyasda regionun, qlobal baxımdan planetimizin bioloji müxtəlifliyinə vurulan zərbədir. Baş verən olaylar məğlubiyyətlə üz-üzə qalmış düşmənin son cəhdləri oldu, təbiətə dəyən ziyanın əks-sədası isə dərin və uzunmüddətli ola bilər.

Torpaqların işğaldan azad edilməsi nəticəsində Azərbaycan 30 ilə yaxındır ki, bu torpaqlarda ermənilərin həyata keçirdiyi yeni ekoloji terror faktlarını aşkar edib. Azad edilmiş ərazilərin flora və faunasının həqiqi vəziyyətini öyrənmək üçün yerində müvafiq araşdırma və obyektiv elmi qiymətləndirmələr aparmaq və təbiətə vurulmuş ziyanı müəyyənləşdirmək lazımdır. Bununla yanaşı, bölgədəki biomüxtəlifliyin genişləndirilməsi və ekosistemin bərpası geniş bir proqramın hazırlanmasını tələb edir. Bildirilir ki, mütəxəssislər tərəfindən ətraf mühitə vurdulmuş ziyan qiymətləndirildikdən sonra ekosid cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi və təzminat tələb edilməsinin hüquqi mexanizmlərini müəyyənləşdirmək mümkün olacaq.

Eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik bölgələrindəki təbiətə qarşı düşmən münasibət və eko-terror yalnız Azərbaycanın ekoloji tarazlığı, flora və faunası üçün ciddi təhlükə yaratmır, eyni zamanda bölgədə sülh və təhlükəsizlik üçün ciddi bir təhdiddir.




Yüklə 22,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin