İXTİsas: ftç kurs: 2 qrup: 120A7



Yüklə 168,55 Kb.
tarix02.05.2022
ölçüsü168,55 Kb.
#56809
ASLAN RƏSULZADƏ-BTT


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ



AZƏRBAYCAN GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ



AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASI



  • TƏLƏBƏ:ASLAN RƏSULZADƏ

  • MÜƏLLİM:ƏKBƏROV VÜQAR

  • İXTİSAS:FTÇ

  • KURS:2

  • QRUP:120A7

  • FƏNN:BTT



  • AZƏRBAYCAN İDMANÇILARININ 31-Cİ OLİMPİYA OYUNLARINDA İŞTİRAKI

Azərbaycan — 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında. 5–21 avqust tarixləri arasında Braziliyada baş tutan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan 56 idmançı ilə 17 idman növündə təmsil olundu.

Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazandı. Azərbaycana medalları cüdo yarışlarında çıxış edən Rüstəm Orucov (gümüş) və Elmar Qasımov (gümüş), yunan-roma güləşi yarışlarında mübarizə aparan Sabah Şəriəti (bürünc) və Rəsul Çunayev (bürünc), kanoe sprint idman növündə çıxış edən İnna Osipenko-Radomska (bürünc) və Valentin Demyanenko (gümüş), sərbəst güləşçilər Mariya Stadnik (gümüş), Nataliya Sinişin (bürünc), Hacı Əliyev (bürünc), Cəbrayıl Həsənov (bürünc), Şərif Şərifov (bürünc), Toğrul Əsgərov (gümüş) və Xetaq Qazyumov (gümüş), taekvondoçular Patimat Abakarova (bürünc), Milad Beigi (bürünc), Radik İsayev (qızıl) və boksçular Kamran Şahsuvarlı (bürünc) ilə Lorenso Sotomayor (gümüş) qazandırdı.

XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanan Azərbaycan yığması medalların əyarına görə 206 dövlət sırasında 39-cu yeri, medalların sayına görə isə 15-ci yeri tutdu. Azərbaycan həmçinin avropa dövlətləri sırasında 21-ci (sayında görə 7-ci), islam dövlətləri sırasında 4-cü (sayına görə 1-ci), sabiq Sovet İttifaqı dövlətləri sırasında isə 6-cı (sayına görə 2-ci) yerdə qərarlaşdı. Azərbaycan məhz bu Olimpiya Oyunlarında tarixi ərzində ən çox medalı qazandı; 18 medal. Həmçinin sərbəst güləşçilər Mariya Stadnik və Xetaq Qazyumov Azərbaycana ardıcıl üç Olimpiya Oyunlarında medal qazandıran birinci idmançı olaraq tarixə düşdü.

1991-ci ildə Sovet İttifaqından suverenliyini qazanan Azərbaycan üçün Rio-de-Janeyro Olimpiadası sayca yeddinci Yay Olimpiya Oyunları oldu. Bu yarışlarda Azərbaycan Olimpiya Oyunları tarixində rekord sayda, 56 idmançı ilə təmsil olundu. Buna gədər Azərbaycanın rekord göstəricisi 2012 London Olimpiadasında qeydə alındı; 53 idmançı. Azərbaycan Rio-de-Janeyro Olimpiadasında həmçinin birinci dəfə olaraq kamandan oxatma , kanoe slalom , trek velosipedi  və triatlon  idman növlərində təmsil olundu.[3] Azərbaycanı Rio-de-Janeyro Olimpiadası həmdə 3 hakim təmsil etdi; Hicran Şərifov (güləş), Rövşən Hüseynov (boks) və Rza Əliyev (idman gimnastikası).

Ağır atletikada isə Azərbaycan 1996-cı ildən başlayaraq birinci dəfə Olimpiya Oyunlarında təmsil olunmadı. Azərbaycan yığmasının son iki (2014, 2015) Dünya Çempionatındakı çıxışının nəticəsinə əsasən dörd lisenziya ilə Rio-de-Janeyro Olimpiadasına yollanması gözlənilirdi. Ancaq həmin Dünya Çempionatlarının dopinq testlərinin nəticələri müsbət olduğundan, Azərbaycan yığması xal itirdi və Beynəlxalq Ağır atletika Federasiyası (IWF) Azərbaycan yığmasının dörd lisenziyasını ləğv etdi.[4]

Həmçinin Rio-de-Janeyro Olimpiadasında Azərbaycanın idman şərəfini qoruyan 56 idmançının təxminən 60 faizi, yəni 34 nəfəri milliləşdirilmiş legionerlər idi və Ukrayna, (14), Rusiya (8), İran (3), Bolqarıstan (2), Belarus (1), Efiopiya (1), Gürcüstan (1), Keniya (1), Kuba (1), Qazaxıstan (1) və Sloveniyanın (1) yetişdirdiyi idmançılar idi. Azərbaycan yığmasının ən gənc idmançısı 14 yaşlı üzgüçü Fatimə Alkərəmova, ən yaşlı idmançısı isə 33 yaşlı kanoeçi İnna Osipenko-Radomska oldu.[5] Həmdə Azərbaycanın 56 idmançısından 33 nəfəri birinci dəfə Olimpiya Oyunlarına qatıldı.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 iyul tarixli sərəncamına əsasən XXXI Yay Olimpiya Oyunlarında medal qazanan idmançılara və onların məşqçilərinə pul mükafatı verildi.  İlham Əliyevin 1 sentyabr tarixli sərəncamına əsasən isə, XXXI Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçiləri orden, medal və diplomlarla təltif olundu.

XXXI Yay Olimpiya Oyunlarını Azərbaycanın üçrəngli bayrağı ilə izləyən Azərbaycan fanatları



XXXI Yay Olimpiya Oyunlarını Azərbaycanın üçrəngli bayrağı ilə izləyən Azərbaycan fanatları



Azərbaycan XXXI Yay Olimpiya Oyunlarını 18 medalla başa vurdu. Azərbaycana yeganə qızıl medalı qazandıran Radik İsayev taekvondo idman növündə çempion olan birinci Azərbaycanlı oldu. O, həmdə stend atıcısı Zemfira Meftahətdinovadan sonra Olimpiya, Dünya və Avropa çempionu olan ikinci Azərbaycanlı idmançı oldu. Gümüş medal qazanan idmançılar sırasında Mariya Stadnik və Xetaq Qazyumov daha böyük nailiyyətə imza atdı. Stadnik və Qazyumov Azərbaycana ardıcıl üç Olimpiya Oyunlarında medal qazandıran idmançılar oldu; sərbəst güləşçilər Toğrul Əsgərov və Şərif Şərifov isə Olimpiya Oyunlarında ardıcıl ikinci medalını qazandı. Lorenso Sotomayorda ciddi nailiyyətə imza atdı. Sotomayor tarixə boks yarışlarının final görüşündə rinqə çıxan birinci Azərbaycanlı boksçu oldu. XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib çıxan kanoeçi İnna Osipenko-Radomska və taekvondoçu Patimat Abakarova isə öz yarışlarında medal qazanan birinci Azərbaycanlı idmançı oldu.



Medal

Medalçı

İdman növü

Yarış növü

Tarix



Radik İsayev

 Taekvondo

Kişilər, +80 kq.

20 avqust



Rüstəm Orucov

 Cüdo

Kişilər, −60 kq.

8 avqust



Elmar Qasımov

 Cüdo

Kişilər, −100 kq.

11 avqust



Mariya Stadnik

 Güləş

Qadınlar, Sərbəst, −48 kq.

17 avqust



Valentin Demyanenko

 Kanoe Sprint

Kişilər, Bir nəfərlik kanoe, 200 m.

18 avqust



Toğrul Əsgərov

 Güləş

Kişilər, Sərbəst, −65 kq,

21 avqust



Lorenso Sotomayor

 Boks

Kişilər, −64 kq.

21 avqust



Xetaq Qazyumov

 Güləş

Kişilər, Sərbəst, −97 kq.

21 avqust



Sabah Şəriəti

 Güləş

Kişilər, Yunan-Roma, −130 kq.

15 avqust



İnna Osipenko-Radomska

 Kanoe Sprint

Qadınlar, Bir nəfərlik qayıq, 200 m.

16 avqust



Rəsul Çunayev

 Güləş

Kişilər, Yunan-Roma, −66 kq.

16 avqust



Patimat Abakarova

 Taekvondo

Qadınlar, −49 kq.

17 avqust



Kamran Şahsuvarlı

 Boks

Kişilər, −75 kq.

18 avqust



Nataliya Sinişin

 Güləş

Qadınlar, Sərbəst, −53 kq.

18 avqust



Hacı Əliyev

 Güləş

Kişilər, Sərbəst, −57 kq.

19 avqust



Cəbrayıl Həsənov

 Güləş

Kişilər, Sərbəst, −74 kq.

19 avqust



Milad Beigi

 Taekvondo

Kişilər, −80 kq.

19 avqust



Şərif Şərifov

 Güləş

Kişilər, Sərbəst, −86 kq.

20 avqust




İdman növləri

#

İdman növü







1

 Taekvondo

1

0

2

2

 Güləş

0

3

6

3

 Cüdo

0

2

0

4

 Boks

0

1

1

5

 Kanoe Sprint

0

1

1




Təbliğat kampaniyası[redaktə | mənbəni redaktə et]

Azərbaycanın XXXI Yay Olimpiya Oyunlarına həsr edilən poçt markaları

30 iyun tarixində Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasında "Rio 2016 Birlikdə Güclüyük" layihəsinin təqdimatı keçirildi.

"Rio 2016 Birlikdə Güclüyük" layihəsi çərçivəsində sosial şəbəkələrdə (facebook, instagram, twitter və youtube) #BirlikdəGüclüyük heşteqləri yaradıldı. Həmçinin, Bakı şəhərində 400-dən artıq avtobus dayanacaqlarında, yollarda yerləşən 19 böyük reklam lövhələrində və 7 metro stansiyalarda idmançıların şəkilləri nümayiş olundu.



Televiziya sahəsində "CBC Sport" telekanalında, "Salam, Rio!" verilişində Azərbaycanı təmsil edən idmançılar haqqında məlumat verildi, "İdman Azərbaycan" telekanalında gündəlik olaraq "İdman xəbər" buraxılışlarında "Bizim Olimpiyaçılarımız" rubrikası təqdim edildi. 18 iyun tarixindən "ANS" telekanalında hər gün yayımlanan "Passport" verilişində Azərbaycanı təmsil edən idmançılar haqqında məlumat verilməsi nəzərdə tutuldu. Lakin elə həmin gün "ANS" telekanalı fəaliyyətini dayandırdı.
Yüklə 168,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin