İxtisas: Jurnalistika Qrup: Aj101 Kurs



Yüklə 50,3 Kb.
tarix02.01.2022
ölçüsü50,3 Kb.
#40307

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Bakı Slavyan Universiteti



Sərbəst iş

TələbəninA.S.A : Lalə Süleymanova

Fakültə: Beynəlxalq münasibətlər Regionşünaslıq və Jurnalistika

İxtisas:Jurnalistika

Qrup:Aj101

Kurs:I

Fənn:Dünya ədəbiyyatı tarixi

Müəllim:Səlimə Qasımova

Evripidin yaradıcılığının xüsusiyyətləri



Evripid — yunan faciəsinin görkəmli nümayəndəsi olmuş və öz yaradıcılığı ilə yunan faciəsinə yeniliklər gətirməklə yanaşı, onun yaradıcılığı antik yunan faciəsinin son mərhələsi olmuşdur. Evripid e.ə. 480-406-cı illərdə yaşamış ilk faciəsini e.ə. 455-ci ildə yazmışdır. Onun 92 faciəsindən 19 dövrümüzə qədər gəlib çatmışdır. Bunlardan ən çox tanınmışları "Alkesta" və "Medeya" faciələridir. Evripid insanları olduğu kimi göstərmiş və əsatirə tanqidi yanaşmışdır. Bu cəhətdən onun yaradıcılığı Esxil və xüsusilə də Sofoklun yaradıcılığından fərqlənir.

Aristotel onu “şairlərin ən faciəvisi” adlandırıb. Bəlkə də bu qiymət Evripidin qürbətdə ölməyinə işarəydi. Bəzi müəlliflərə görə, onun ölümü də sakit, yataqda olmayıb – qətlə yetirilib, ya da itlər onu parçalayıb. Yaxud ola bilsin, Aristotel Afinanı tərk edən Evripidin öz Vətənində vaxtında qiymətləndirilmədiyini nəzərdə tuturdu. Makedoniyada dəfn olunan böyük tragikə afinanılar ölümündən sonra ehtiram əlaməti olaraq boş qəbir (kenotaf) düzəldir, üzərində də Evripidin kəlamlarından birini yazırlar: “Ölən üçün ağlamayın, çoxlu məşəqqətlərlə qarşılaşacaq doğulan üçün ağlayın”.

Hər nədirsə, tarixçilərin bir məsələdə fikirləri eyni nöqtəyə gəlir: Afina Evripidin qədrini bilməyib. Əks halda o, 75 yaşında doğma yerləri birdəfəlik, küskünlüklə tərk edib niyə Makedoniyaya sığınmalıydı ki?! Razılaşın, həmin yaşda evini, doğmalarını, dostlarını atıb qürbətə yollanmaq üçün qoca, xəstə adamın çox ciddi səbəbləri olmalıydı.

Nədir o səbəblər? “Troyalılar”, “Andromaxa”, “İfigeniya”, “Medeya”, “Gekuba”, “Orest” kimi faciələrin müəllifini hər halda ostrakiya qisməti gözləmirdi – onu heç kəs qovmamışdı, o özü getmişdi. Onun böyük istedadlarla çox zəngin olan dövrü üçün (Afinada haraya baxsan, məşhur komediqraf, tragik, filosof, sofist, şair, heykəltəraş görərdin. Bu, Afinanın “qızıl dövrü” idi) Vətəndən qovulmaq, az qala, adi prosedur idi. Anaksaqor ostrakiyaya məruz qalmışdı, Sokrat eyni təklifi rədd edib sikuta içməyə razılaşmışdı, məşhur heykəltəraş Fidi ölüm hökmündən qaçaraq Afinanı tərk etmişdi (ancaq qürbətə uyğunlaşa bilməyərək tezliklə vəfat etmişdi). Evripidi həmin tale gözləmirdi. O, könüllü mühacir idi. Ağsaçlı, yorğun, xəstə qocanın rahatlığı və doğmalarını qoyub getməsi onun əsərlərindəki mifoloji mövzulardan heç də az maraqlı mövzu deyil.



Kimsə deyər ki, Evripidin bəxti əvvəldən gətirməmişdi. Onunla eyni vaxtda – eramızdan 5 əsr əvvəl Afinada çox məşhur şəxsiyyətlər yaşayırdı və bu səbəbdən də onun kölgədə qalması gözlənilən idi. Sokrat, Aristofan, Perikl, Fukidid, Anaksaqor, Protaqor onun müasirləri idi. Onu 3 məşhur tragikin ən balacası saymaq dəbi indi də qalır – Esxil və Sofoklla rəqabətdə Evripidə “üçüncü tragik” titulu yapışdırılıb. Ancaq bu, sadəcə yaşla bağlı məsələ deyildi. Esxil də, Sofokl da mifoloji mövzulara heç bir tənqidi, yaxud analitik münasibət bəsləmədən sadəcə “xam material”ı sözə düzürdü. Evripidə isə bu bəsit translyasiya yetərli deyildi. İlk dəfə olaraq məhz o, tabunu qırmışdı – onun faciələrində Tanrılar qəddar, mənfi personaj kimi verilirdi, insana taleyinin öz əlində olması təlqin edilirdi, üstəgəl, insan xarakterinin dərinliyinə baş vurmaqla Evripid sanki ona qədər olmamış bir missiyanı üzərinə götürmüşdü: onu ədəbiyyatın ilk psixoloqu saymaq olar. Onun faciələrində insan psixologiyası ilahi qismət ideyasından yuxarıda dayanır. Sofokl üçün toxunulmaz, müqəddəs olan tanrılara Evripid tənqidi münasibət sərgiləyirdi. Məsələn, “Medeya” faciəsi. Qədim miflərdən də, hətta Sovet multfilmindən də bilirik: Yason qızıl yun dalınca Kolxidaya gedir. Qalib gəlməkdə ona çarın qızı Medeya yardımçı olur. Medeya Yasonla birlikdə Yunanıstana dönür, evlənirlər, övladları olur. Sonra Yason Korinf hökmdarının qızı ilə evlənir. Qısqanc Medeya qisas alır – Yasonun sevgilisini zəhərləyir. Qəzəblənmiş kütlə isə Medeyanın övladlarını öldürür.
Yüklə 50,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin