Kafedra: İnformasiya Texnologiyaları və Proqramlaşdırma



Yüklə 377,61 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü377,61 Kb.
#39613
növüKompozisiya
  1   2
info


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Texniki Universiteti

Kafedra: İnformasiya Texnologiyaları və Proqramlaşdırma

Fakultə: Xüsusi Texnika və Texnologiya

Fənn : Proqramlaşdırmanın əsasları

Tələbə :Şəfiyeva Nazxanım

Müəllim: Xaliq Əmiraslanov

İxtisas: Hərbi kompozisiya Mühəndisliyi

Kurs: I

Qrup: 750A

Mövzu: Əməliyyat sistemləri

Əməliyyat sistemi (en. Operating System (OS)) - hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasıni təmin edən proqramlar toplusundan ibarətdir.Kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir.

Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlığların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır. Əməliyyat sistemi ən öncə kompüterin sabit yaddaşından əməli yaddaşa köçürülür və bütün başqa proqramlar həmin əməliyyat sistemi altında çalışır.



Funksiyaları
  • Əsas funksiyalar: Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi
  • Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün edilmasi
  • Kompüterin əməli yaddaşının idarə edilməsi
  • Kompüterin sabit yaddaşının idarə edilməsi
  • İstifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqənin yaradılması


  • Əlavə funksiyalar: Bir neçə əməliyyatın parallel olaraq yerinə yetirilməsi
  • Proseslər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması
  • Kompyuterlər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması(şəbəkə)
  • Sistemin sıradan çıxmağının, informasiyanın itirilməsinin/ikinci şəxsin əlnə keçməsinin qarşısının alınması
  • Qoşulmaların idarə edilməsi

. Əməliyyat sistemlərinin təsnifatı Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur: sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili; sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli; prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu; prosessorun mərtəbələrin sayına görə: 8 – mərtəbəli, 16 – mərtəbəli, 32 – mərtəbəli, 64 – mərtəbəli; interfeysin tipinə görə: əmrli və obyektyönlü; informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı; resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.

Linux ictimayəyə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər, o şərt, əlavə olunan bütün inkişafın gizli ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəst bölüşülməsidir.

Hal hazırda Linux dedikdə əslində onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun ardıcılları tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında distributivlər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir.

Linuksun rəsmi talismanı - Tux sayılır.

Linuks Intel x86, x86-64, PowerPC, ARM, Alpha AXP, Sun SPARC, Motorola 68000, Hitachi SuperH, IBM S/390, MIPS, HP PA-RISC, AXIS CRIS, Renesas M32R, Atmel AVR32, Renesas H8/300, NEC V850, Tensilica Xtensa və s. arxitekturalı prosessorlarda işləyir.


Yüklə 377,61 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin