Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KEFUNGİN 200
mq tabletlər
®
KEFUNGIN
®
Tərkibi
Təsiredici maddələr: Hər tabletin tərkibində 200 mq ketokonazol vardır.
Köməkçi maddələr: 3.5%-li polivinilpirrolidon ilə laktoza, qarğıdalı nişastası, mikrokristallik
sellüloza, kolloidli silisium 4-oksid, maqnezium
stearat.
Farmakoterapevtik qrupu
Sistem təsirli göbələk əleyhinə dərman vasitəsi. İmidazol törəməsi.
Farmakoloji xüsusiyyətləri
Göbələk əleyhinə vasitədir. Funqisid və funqistatik təsir göstərir. Təsir mexanizmi
erqosterol sintezinin inhibə olunması və göbələk membranının lipid tərkibinin dəyişilməsi
ilə bağlıdır. Kəpəklənən dəmrovun törədicisi olan Malassezia furfur-a, bəzi
dermatomikozların törədicilərinə (Trichophyton, Epidermophyton floccosum, Microsporum),
kandidoz törədicilərinə (Candida), həmçinin sistem mikozların törədicilərinə (Cryptococcus)
qarşı fəaldır.
Həmçinin, qrammüsbət kokklara - Staphylococcus spp., Streptococcus spp.-a qarşı da
fəaldır.