Kimyəvi qəza- istehsalat obyektlərində baş verən və dərhal insanlara, avadanlıqlara və ətraf mühitə ciddi zərərli təsir göstərən hadisədir



Yüklə 13,15 Kb.
tarix02.01.2022
ölçüsü13,15 Kb.
#40261
Sərbəst İş (2)


Kimyəvi qəza- istehsalat obyektlərində baş verən və dərhal insanlara, avadanlıqlara və ətraf mühitə ciddi zərərli təsir göstərən hadisədir. Kimyəvi maddələrin qəza halında ətrafa yayılması heç bir iyə və rəngə malik olmayan zəhərli buludun əmələ gəlməsi ilə nəticələnə bilər. Kimyəvi qəza, istehsalatda texnoloji proseslərin pozulması, insanların həyatı və sağlamlığı üçün qorxulu olan təhlükəli kimyəvi - zəhərli maddələrin saxlandığı anbarların, onları nəql edən boru xətlərinin, daşıyan nəqliyyat vasitələrinin zədələnmasi, qəzalı vəziyyətə düşməsi nəticəsində atmosferə yayılması hadisəsidir. Tərkibində xlor, ammonyak, fosgen, sianid, sulfat turşusu maddələrin olduğu bu cür kimyəvi zəhərli məhsullar əsasən kimya müəssisələri, sellüloz kağız emalı kombinatları, mineral gübrələr istehsal edən, həmçinin qara və əlvan metallurgiya zavodları, pivə zavodları, şirniyyat fabrikləri, meyvə - tərəvəz anbarlarında tədarük olunub saxlanılır. Kimyəvi qəzanın insanlar və heyvanat aləmi üçün əsas təhlükəsi - orqanizmin normal fəaliyyətinin pozulması və bəzən də genetik dəyişmələrə səbəb olması ehtimalıdır ki, bu da müəyyən situasiyalarda kimyəvi təhlükəli maddələrin nəfəs orqanları, dəri, selikli qişa, yaralar və həmçinin qida vasitəsilə canlı orqanizmə keçməsi yolu ilə baş verir.
Yüklə 13,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin